Əqli mülkiyyət hüququnun yeni hüquq sahəsi kimi aktuallığını və bu sahədə kadr hazırlığının zəruriliyini nəzərə alaraq Hüquq fakültəsində 2020-ci ildə yeni “Əqli mülkiyyət hüququ” kafedrası təsis edilmişdir. Əqli mülkiyyət hüququ kafedrası Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlıq edir. Kafedra yeni hüquq sahəsi kimi bakalavr təhsil pilləsində : Əqli mülkiyyət hüququ, Magistratura təhsil pilləsində: Əqli mülkiyyət hüququnun aktual problemləri, Müəllif hüququ və əlaqəli hüquqlar, Patent hüququ, Əqli mülkiyyət sahəsində idarəetmənin hüquqi tənzimlənməsi, Mədəni irsin qorunması, Əqli mülkiyyət hüququ və Ümumdünya Ticarət Təşkilatı, Əqli mülkiyyət sahəsində xarici ölkələrin qanunvericiliyi, Əmtəə nişanları və dizayn hüququ, Əmtəə nişanları və dizayn hüququ, Əqli mülkiyyətin beynəlxalq-hüquqi tənzimlənməsi (ümumi-hüquqi aspektləri), Əqli mülkiyyətin hüquqi müdafiəsi, Beynəlxalq əqli mülkiyyət hüququ, Beynəlxalq əqli mülkiyyət hüququ və s. kimi fənlər tədris olunur.