Beynəlxalq elmi əməkdaşlıq

BDU Hüquq fakültəsi fəaliyyətə başladığı ilk vaxtlardan etibarən dünyanın nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaratmış, bu əlaqələr tədrisin keyfiyyətinin və elmi səviyyəsinin yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərmişdir. Bu əlaqələr bu gün də davam və yüksək səviyyədə inkişaf etdirilir.

Bu əlaqələr üzrə ali təhsil müəssisələrini bir neçə istiqamətdə qruplaşdlrmaq olar:

  1. Əməkdaşlıq üzrə ikili diplom proqramlarının qurulduğu və birgə beynəlxalq nərkəzlərin yaradıldığı xarici dövlətlərin aparıcı ali təhsil müəssisələri kimi aşağıdakılar qeyd edilə bilər: ABŞ-ın Tüleyn Universitetinin Hüquq fakültəsi; Almaniyanın Vürzburq Universitetinin Hüquq fakültəsi; Almaniyanın Halle-Vittenberq Universitetinin Hüquq fakültəsi; Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsi; Fransanın Lyon-2 Universitetinin Hüquq fakültəsi.
  2. Birgə elmi əlaqələrlə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu (kadr mübadiləsi, birgə elmi tədbirlərin keçirilməsi, elmi jurnalların və başqa vəsaitlərin buraxılması və s.) xarici dövlətlərin aparıcı ali təhsil müəssisələri isə bunlardır: Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsi; Türkiyənin İstanbul Universitetinin Hüquq fakültəsi; Türkiyənin İstanbul Ticarət Universiteti; Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakültəsi; Ukraynanın Vergi Xidməti Milli Universitetinin Hüquq fakültəsi; Ukraynanın Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu; Gürcüstanın Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsi; ABŞ-ın Sirakus Universitetinin Hüquq fakültəsi; Almaniyanın Maks Plank adına Beynəlxalq və Müqayisəli Cinayət Hüququ İnstitutu; Rusiyanın Kazan Federal Universitetinin Hüquq fakültəsi; Rusiyanın Dağıstan Dövlət Univedrsitetinin Hüquq fakültəsi; Litvanın Vilnüs Universitetinin Hüquq fakültəsi; Özbəkistanın Daşkənd Hüquq Universiteti; Moldovanın Kişinyov Dövlət Universitetinin Hüquq fakültəsi.
  3. Ayrı-ayrı təhsil proqramları üzrə tanınmış əcnəbi alimlərin BDU Hüquq fakültəsində tədris prosesinə cəlb edilməsi. Bu istiqamətdə də Hüquq fakültəsinin yaxşı təcrübəsi formalaşmışdır. Belə, ABŞ-ın Fulbrigt proqramı, o cümlədən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti xətti ilə tanınmış əcnəbi alimlər tədris prosesinə cəlb edilmişlər.
  4. Beynəlxalq təşkilatlarla birgə keçirilmiş elmi-praktik tədbirlər. Məsələn, BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin korrupsiya və iqtisadi cinayətlər idarəsinin, BDU-nun Hüquq fakültəsinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizə sahəsində tədris seminarı keçirilmişdir.
Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət