Tələbə Həmkarlar İttifaqı Komitəsi

 

Hüquq fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkib hissəsi kimi bakalavr, magistr və doktorant kollektivini özündə birləşdirən, dövlət qeydiyatından keçmiş ictimai tələbə təşkilatıdır. Hüquq fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi öz təşkilati fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdur: fikirlərin ümumiliyi və hüquqların bərabərliyi; təşkilatın hər bir üzvünün fikirinə hörmət; ilk təşkilatların özünüidarəetmədə müstəqilliyi və s. Hüquq fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi fakültənin idarə olunmasında yaxından iştirak edir. Təşkilatın sədri Fakültə Elmi Şurasının üzvüdür.

Tələbə Həmkarlar İttifaqı Komitəsinə qəbul olmaq çox sadədir. Təşkilatın əsasnaməsini qəbul edən BDU-nun hər bir tələbəsi BDU ATHİK-nin üzvü ola bilər. Təşkilatın üzvü aşağıdakı hüquqlara malikdir:

-təşkilatın rəhbər orqanlarını seçmək və seçilmək;

-təşkilatın fəaliyyətinə aid olan məsələlərin müzakirəsində sərbəst iştirak etmək;

-təşkilat tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək

Təşkilatın üzvləri əsəsnamənin müddəalarına əməl etməyə və rəhbər orqanların qərarlarını yerinə yetirməyə borcludurlar. Əks təqdirdə, onlar idarə heyəti və ya yerli təşkilatlar tərəfindın təşkilata üzvlükdən azad oluna bilərlər.

Ümumilikdə Hüquq fakültəsi Tələbə Həmkarlar İttifaqının fəaliyyəti gənclərin insan hüquqları, gender bərabərliyi, eyni zamanda, insan alverinə, zorakılığa qarşı mübarizə ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılmasına istiqamətlənmişdir. Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə aşağıdakılar aiddir:

  1. Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması.
  2. Tələbələr arasında maarifləndirmə işinin aparılması
  3. Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi
  4. Tələbələrin hüquqlarının təmin edilməsi
  5. Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, disskusiya klublarının, müzakirələrin, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
  6. Tələbələrin maraq və meyllərini, intektual inkişafını təmin etmək üçün dərnəklərin, klubların, kursların, xidtəmlərin təşkil edilməsi;
  7. Tələbə Həmkarlar İttifaqı Komitəsi imtahan sessiyalarının gedişində yaxından iştirak edir.

Komitənin fəaliyyəti 5 əsas prinsip üzərində qurulmuşdur:

  1. Tələbələrin elmə və biliyə olan marağının artırılması

Gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi və  gənclərin bilik və bacarıqlarının inkişafı məqsədi ilə təşkilat tərəfindən konfranslar və dəyirmi masalar, disskusiyalar təşkil edilir müxtəlif təlimlər həyata keçirilir. Xüsusi təyinatlı ali təhsil müəssisələri ilə birlikdə müxtəlif elmi-praktiki konfranslar, müxtəlif elmi seminarlar təşkil edilir. Təşkil edilmiş “Hüquqi yazı və tədqiqatlar” mövzusunda olan təlimlər tələbələrin elmi tədqiqat mövzularında araşdırılma aparılmasına çox böyük dəstək olur.

  1. Ruhən sağlam gəncin formalaşması

“Sağlam bədəndə sağlam ruh” prinsipini əsas tutaraq müxtəlif idman növlərində - futbol, basketbol, voleybol, şahmat, dama və s. yarışlar keçirilir. Həmçinin tələbələrin bilik səviyyəsinin inkişaf etdirilməsi üçün İntellektual oyunlar da təşkil edilir. Belə tədbirlər həm sağlam gənclərin yetişdirilməsində, həm də onların zərərli vərdişlərdən uzaq olmasında köməklik göstərməklə yanaşı, çox ciddi problem olan məşğulluq məsələsində də önəmli bir addımdır.

  1. Tələbələrə sosial dəstək

Tələbə Həmkarlar Təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri az təminatlı ailələrdən olan tələbələrə müxtəlif istiqamətdən (təhsil haqqının ödənilməsi, ödənişsiz yemək kartları və s.) maddi yardım göstərməkdir. Gənclər arasında humanizm dəyərlərinin təbliğ edilməsi və gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılmasının təmin edilməsi məqsədi ilə tələbə-gənclərin fəaliyyəti nəticəsində bir tədris ilində bir neçə dəfə fakültə daxilində tələbələrin öz hazırladıqları məhsulların satışı ilə xeyriyyə yarmarkaları təşkil edilməklə həmin yarmarkalardan əldə edilmiş pul vəsaiti əhalinin sosial həssas, maddi yardıma ehtiyacı olan qruplarına xərclənir. “Card to Heart” (kartdan qəlbə) layihəsi çərçivəsində onlayn vasitələrlə xeyriyyə məqsədləri üçün vəsaitlər toplanması da təşkilatın həyata keçirdiyi sosial layihələrdəndir. 

  1. Vətənpərvərlik ruhunun formalaşdırılması və gənclərin milli dəyərlərimizə hörmətlə yanaşması uğrunda görülən işlər

Bu istiqamətdə görülən işlərə Novruz şənlikləri, "Zəfər günü" ilə bağlı fləşmob, yay düşərgələrinin təşkili, tələbələrin asudə vaxtında muzeylərə ziyarətin təşkil olunmasını və s. misal göstərmək olar.

  1. Ünsiyyətli gəncin yetişdirilməsi

Hüquq fakültəsi Tələbə Həmkarlar İttifaqı fakültənin tələbə və məzunları arasında müxtəlif növ intellektual oyunların təşkil edilməsi ilə gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq məqsədi daşıyır. Universitetdaxili və müxtəlif universitetlərin tələbələri arasında keçirilən yarışlar, turnirlər və intellektual oyunlar bu istiqamətdə gənclərin formalaşmasında və şəxsi inkişafında xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlərə BDU, Bakı Mühəndislik Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası, Gömrük Akademiyası, Polis Akademiyası və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının tələbə və kursantları arasında keçirilmiş intellektual turnirləri göstərmək olar.

Hüquq fakütləsi qurulandan bu vaxta qədər Tələbə Həmkarlar İttifaqı Komitəsi yuxarıda qeyd edilən funksiyaları daima yerinə yetirmişdir və yetirməyə davam edir.

 

Hüquq fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri:  Allahyarlı Eltac Rauf oğlu

Sədrin müavinləri:

  1. Bayramov İsmət Azər oğlu
  2. İbrahimova Turanə Həmzə qızı

 

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət