Tələbə Gənclər Təşkilatı

 

Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır.

Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

  •   Tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi;
  •   Tələbələrin problemlərinin həlli istiqamətində işin   həyata keçirilməsi;
  •   Tələbələr arasında maarifləndirmə işinin aparılması;
  •   Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
  • Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
  • Tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
  • Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin və digər tədbirlərin təşkil edilməsi;
  • Tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
  • Tələbələrin maraq və meyillərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və digər xidmətlərin təşkil edilməsi;
  • Tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və ya orta ixtisas təhsili müəssisəsinin rəhbərliyi qarşısında vəsatətin qaldırılması;
  • Təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı və sair barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması.

Bakı Dövlət Universiteti Hüquq Fakültəsi Tələbə Gənclər Təşkilatnın fəaliyyətinə aşağıdakılar aiddir:

  • Fakültədə görüşlərin keçirilməsi
  • Fakültədə mədəni kütləvi tədbirlərin keçirilməsi
  • Fakültədə müxtəlif konfransların keçirilməsi
  • Fakültədə tələbələrin hüquqlarının qorunması
  • Fakültədə xeyriyyə işlərinin həyata keçirilməsi
  • Təşkilat nəzdində yaradılmış klubların fakültədə fəaliyyətinin həyata keçirilməsi       
  • Təşkilatda həyata keçirilən layihələr haqqında fakültənin məlumatlandırılması

Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri: Rəhimli Nihad Kərim oğlu

Sədrin müavinləri:

Fəaliyyətin təşkili üzrə müavin: Rəhimli Nigar Nəriman qızı

Layihələrin təşkili üzrə müavin: Sadıqova Həmidə Cəmşid qızı

Tələbələrlə iş üzrə müavin: Mehrəliyev Nizami Əjdər oğlu

İdarə heyəti:

  1. İsmayılova Ruqiyyə Naib qızı
  2. Aslanzadə Ayna Məhəmmədəli qızı
  3. Əlizadə Aytac Eşqin qızı
  4. Nəsirov İnam Şəmsi oğlu
  5. Calalov Valeh Azər oğlu
  6. Şirinova Fidan Rəşad qızı
  7. Cəfərova Aysel Elşad qızı
  8. Dadaşova Fidan Əliisa qızı
  9. Gülməmmədova Aytən Yusif qızı
  10. Əhməd Xəyal Mobil oğlu
  11. Kazımlı Nigar İlham qızı
  12. Bəşirzadə Xədicə Əli qızı
  13. Vahabov Salman Adil oğlu
  14. Bağırova Fidan Sadiq qızı
  15. İmanova Xədicə Cahid qızı
  16. Şirinova Nurlanə Zöhrab qızı
  17. Hacı Selcan Vüqar qızı
  18. Qədimli Nilufər Aqşin qızı
  19. Abbasova Aydan Elşən qızı
Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət