Ölkədaxili əməkdaşlıq

BDU Hüquq fakültəsi Respublika daxilində müvafiq elm-təhsil müəssisələri və müvafiq dövlət qurumları ilə sıx elmi əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

  1. Ölkədaxili elm və təhsil mərkəzləri ilə əməkdaşlıq. Hazırda fakültə AMEA-nın Hüquq və İnsan haqları üzrə Elmi-Tədqiqat İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Respublikasının Pre­zidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Daxili İşlər Nazirliyinin Po­lis Akademiyası, Milli Aviasiya Akademiyasının Hüquq fakültəsi, Ədliyyə Nazirliyinin Ədliyyə  Akademiyası, Əd­liy­yə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Naxçıvan Dövlət Univer­sitetinin Hüquq fakültəsi, Gömrük Akademiyası və digər elm-təhsil mər­kəzləri ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.
   
BDU və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında birgə əməkdaşlıq üzrə imzalanmış Sazişlə bağlı keçirilən tədbir (2021)   Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik şurasının katibi Ramil Usubovun Hüquq fakültəsi tələbələrinin Buraxılış işinin müdafiəsində iştirakı (2019)   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə Hüquq fakültəsində magistr dissertasiya işlərinin müdafiəsi (2019)

 

2. Ölkədaxili dövlət və digər qurumlarla əməkdaşlıq. Bundan başqa, nəzəri və təcrübi biliklərin əlaqələndirilməsinin genişləndirilməsi üzrə BDU Hüquq fakültəsi Azərbaycan Respublikasının Milli Məclisi, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Dəniz Adminstrasiyası, Vəkillər Kollegiyası, Notariat Palatası, o cümlədən digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə də sıx əməkdaşlıq edir. Artıq bir sıra qurumlarla əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır. Məsələn, 2020-ci ilin sonu və 2021-ci ilin əvvəllərində BDU ilə Vəkillər Kolegiyası, Baş Prokurorluq və Notariat Palatası arasında ayrı-ayrılıqda əməkdaşlıq müqavilələri imzalanmışdlr. BDU və Ədliyyə Nazirliyi, o cümlədən Əqli Mülkiyyət Agentliyi arasında da belə əməkdaşlıq müqavilələrinin imzalanması gözlənilir.

     
BDU və Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması (2021)       BDU və Azərbaycan Respublikası DİN-nin Polis Akademiyası arasında birgə əməkdaşlıq protokolunun imzalanması (2019)

 

3. Birgə tədris-elmi-təcrübi sahədə əməkdaşlıq. Müvafiq dövlət qurumları arasında digər əməkdaşlıq formaları ilə də daha intensiv əlaqələr qurulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə BDU arasında əməkdaşlıq çərçivəsində  Hüquq fakültəsində 2020-ci ildə yeni “Əqli mülkiyyət hüququ” kafedrasının yaradılmışdır. Hazırda “Əqli mülkiyyət hüququ” magistratura ixtisaslaşması üzrə kadr hazırlığında  Əqli Mülkiyyət Agentliyi aparıcı rol oynayır, tədrisin təşkilinə, kafedranın elmi-məlumat bazasının formalaşmasına  və s. ciddi dəstək verir. Onu da qeyd etmək lazımdır ki, “Əqli mülkiyyət hüququ” kafedrasının Əqli Mülkiyyət Agentliyində filialı da təsis edilmişdir.

Fakültənin müxtəlif sahələr üzrə ixtisaslaşmış professor-müəllim heyəti Konstitusiya Məhkəməsi tərəfindən müxtəlif normativ-hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair keçirilən Plenum iclaslarında ekspert kimi öz rəyləri ilə daim çıxış edirlər. Bu əməkdaşlıq əlaqələri l Ali Məhkəmə təcrübəsində də formalaşdırılmışdır. Bundan başqa, Hüquq fakültəsinin professor-müəllim heyəti Milli Məclisin ayrı-ayrı komitələrinin iclaslarında fəal iştirak edir, müxtəlif qanun layihələrinə dair öz rəylərini təqdim edirlər. 

4. Elmi konfranslar və digər tədbirlərin keçirilməsi üzrə əməkdaşlıq. Hüquq fakültəsinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Xidmətinin Gömrük Akademiyası, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə də ciddi elmi əməkdaşlıqları da mövcuddur. Hər il fakültə hər dörd Akademiya ilə birgə beynəlxalq və Respublika səviyyəli konfranslara ev sahibliyi edir. Bundan başqa müəllim-professor heyətinin akademik mübadiləsi də həyata keçirilir. 

Azərbaycan Respublikasının Qazaxıstandakı keçmiş səfiri ilə fakültədə görüş (2019) 

 

BDU və Azərbaycan Notariat Palatası arasında birgə əməkdaşlıq üzrə sazişin imzalanması (2021)

 

Ədliyyə Nazirinin müavini Azər Cəfərovun sədrliyi ilə magistr dissertasiya işlərinin müdafiəsi (2019)

 

5. Yekun dövlət attestasiyasının keçirilməsi üzrə əməkdaşlıq. Kadr hazırlığına müvafiq dövlət qurumları artıq birbaşa cəlb edilmişdir. Bu hal kadrların gələcək iş təminatında çox vacib bir məsələdir. Belə ki, bakalavr üzrə Dövlət Attestasiya Komissiyasının sədri Azərbaycan Respublikasının Baş Prokurorudur. 2020/2021-ci tədris ilində buraxılış işlərinin müdafiəsi də çox yüksək səviyyədə keçirilmişdir.

Magistratura üzrə ixtisaslaşdırılmış dissertasiya şuralarının sədrləri kimi müvafiq dövlət qurumlarının sədrləri çıxış edir:

  • “Beynəlxalq hüquq” və “İnzibati hüquq, inzibati proses, maliyyə və iqtisadi hüquq” ixtisasları üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri;
  • “Kommersiya hüququ” və “Əmək və sosial təminat hüququ” ixtisaslaşmaları üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri;
  • “Əqli mülkiyyət hüququ” və “İnformasiya hüququ” ixtisaslaşmaları üzrə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri;
  • “İnsan hüquqları” və “Tibbi hüquq” ixtisasları üzrə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman);
  • “Dövlət hüququ” və “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” ixtisasları üzrə Azərbaycan Respublikasının Milli Məclis Aparatının rəhbəri;
  • “Avropa hüququ” və “Mülki və təsərrüfat hüququ” ixtisaslaşmaları üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirinin müavinləri;
  • “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə Dövlət Dəniz Agentliyinin rəhbəri;
  • “Tibbi hüquq” və “İdman hüququ” ixtisaslaşmaları üzrə AMEA-nın Hüquq və İnsan haqları İnstitutunun direktoru.
   
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin Hüquq fakültəsinin magistrantlarının müdafiəsində iştirakı (2019)   Hüquq fakültəsinin müəllim-tələbə heyəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində (2018)   Ombudsman Aparatı və BDU-nun birgə təşkilatçılığı ilə keçirilən virtual elmi konfrans (2020)

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət