BDU Hüquq fakültəsində təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliyə, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş və xaricdə çalışma bacarıqlarına malik olmaqla bakalavr və magisrtratura təhsil pillələrində yüksək ixtisaslı hüquqşünasların hazırlanması istiqamətində kadr hazırlığı uğurla həyata kecirilir. Hüquq fakültəsinin əməkdaşları geniş profildə elmi fəaliyyət göstərir, müxtəlif müsabiqə və layihələrin iştirakcıları və qalibləridir. Hüquq fakültəsinin tələbələri də daim müxtəlif beynəlxalq yarışların qalibləridir.
№ | Nailiyyətlər | İştirakçılar | İl |
1 |
BDU Hüquq fakültəsinin dekanı professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” (Azərbaycan, ingilis, türk, fransız və rus dillərində) Bakı. 2018. kitabının Bakı və Fransanın Paris şəhərlərində, o cümlədən Türkiyənin İstanbul Universitetində tanınmış alimlərin, siyasətçilərin, millət vəkillərinin iştirakı ilə geniş təqdimetməsi keçirilmişdir. |
Professor Əmir İbrahim oğlu Əliyev | 2018 |
2 |
İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası UNESCO təşkilatının 2019-cu il tarixli qərarı ilə növbəti dörd il müddətinə (2023-cü ilədək) özünün beynəlxalq kafedra statusunu saxlamışdır. Bu kafedranın gördüyü mühüm işlərin nəticəsi kimi müəyyən edilməlidir. |
Professor Əmir İbrahim oğlu Əliyev | 2019 |
3 |
İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının bazasında 21 iyul 2020-ci il tarixdə Los-Ancelesdə (ABŞ) ermənilər tərəfindən azərbaycanlılara qarşı nifrət cinayətinə dair nüfuzlu əcnəbi alimlərin də iştirak etdiyi Hesabat hazırlanmışdır.
|
hüquq elmləri doktoru, professor Əmir Əliyev hüquq elmləri doktoru, dosent Turqay Hüseynov hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə |
2020 |
4 |
BDU Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının əməkdaşları BMT-inin İnsan Hüquqları üzrə Ali Komissarlığının “İnsan hüquqları” magistratura ixtisaslaşması üzrə Tədris planının və proqramlarının hazırlanması layihəsində ekspertlər kimi qalibləri olmuşlar. Artıq tədris proqramı və planı ingilis və azərbaycan dillərində yüksək səviyyədə hazırlanmışdır və çap edilmək ərəfsindədir.
|
İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrası | 2020 |
5 |
Hüquq fakültəsinin tələbələri "Telders Beynəlxalq Məhkəmə Müsabiqəsi"ndə iştirak etmişlər. Leyden Universitetinin (Niderland) təşəbbüsü və Haaqa məhkəməsinin təşkilatçılığı ilə keçirilən tədbir Avropa dövlətlərinin universitetləri arasında təşkil edilir. Müsabiqəyə qatılan 31 komandanın beş ay ərzində ərsəyə gətirdiyi işlərin qiymətləndirilməsi zamanı BDU tələbələrinin iddiaçı memorial (yazılı arqument) 9-cu yerə, cavabdeh memorialı isə 13-cü yerə layiq görülmüşdür. Toplam nəticələrə görə Azərbaycan Komandası yüksək nəticə 12-ci sırada qərarlaşmışdır. |
Hüquq fakültəsi III və IV kurs ingilis qrup tələbələri İmranova Xədicə Fariz qızı Yusifli Səlcuq Toğrul oğlu Quliyeva Sara Rasim qızı Ağayeva Səbinə Adil qızı
|
2020 |
6 |
02 fevral 2021-ci il tarixində BDU-da 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunmuşdur. Müsabiqə Komissiyasının qərarına əsasən Hüquq fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Aytəkin İbrahimova humanitar və ictimai elmlər üzrə ən yüksək nəticə göstərərək müsabiqənin qalibi olmuşdur. Müsabiqənin qalibləri diplom və hər biri 2000 (iki min) manat pul mükafatı ilə təltif edilmişlər.
|
İbrahimova Aytəkin Nazim qızı |
2020 |
7 |
. İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının bazasında nüfuzlu əcnəbi alimlərin də iştirak etdiyi “Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabat hazırlanmışdır. Hesabat çap edilmə ərəfəsindədir. Hesabatın ideya müəllifi BDU-nun rektoru Elçin Babayevdir. |
hüquq elmləri doktoru, professor Əmir Əliyev hüquq elmləri doktoru, dosent Turqay Hüseynov hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə |
2021 |
8 |
Beynəlxalq Qızıl Xaç Komitəsinin 2021-ci il iyun ayında Azərbaycan Universitetlərinin hüquq tələbələri üçün Beynəlxalq Humanitar Hüquq mövzusunda Milli Səhnələşdirilmiş Məhkəmə (Simulasiya) Müsabiqəsində BDU Hüquq fakültəsinin komandasında iştirak etmişdir. Xarici və milli hakimlərin idarəçiliyi ilə keçən gərgin mübarizədə BDU Hüquq fakültəsinin komandası ikinci yerə çıxmışdır.
|
Abdullayeva Sona Saleh qızı
Əhmədli Kamran ilham oğlu
Əhmədzadə Lalə Şahin qızı
|
2021 |
Prof. Əmir Əliyevin "Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil" (fransız dilində) kitabının Paris şəhərində keçirilən təqdimat mərasimindən (2018-ci il) |
Hüquq fakültəsinin tələbələri konfransdan sonra (2021-ci il)
|
||
İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasınının xaricdə təhsil almış məzunlarla görüşü zamanı (2018-ci il) |
p Prof. Əmir Əliyevin "Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil" (azərbaycan, ingilis, fransız, türk və rus dillərində) kitabının Bakı şəhərində keçirilən təqdimat mərasimindən (2018-ci il) |
||
Hüquq fakültəsinin müəllim-tələbə kollektivi konfrans zamanı (2018-ci il) |
“Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair” Kompleks Beynəlxalq Hesabat |