BDU tələbələrinə geniş imkanlar yaradır və onların öz asudə vaxtlarını daha səmərəli keçirmələri üçün tədbirlər həyata keçirir.
Belə ki, Universitetimiz bu günü və gələcəyi özündə birləşdirən “Tələbə Həyatı” strategiyası formalaşdırıb. Bu strategiyada əsas məqsəd maraqlı, parlaq və həyat dolu tələbə həyatı yaşanmasını təmin etməkdir. Gənclər siyasəti universitetimizin vahid inkişaf proqramının mühüm tərkib hissəsidir.
Universitetimiz tələbələrin asudə vaxtının səmərəli istifadəsi üçün bütün şəraitləri yaratmaqla yanaşı, tələbələrin idarəetməyə cəlb edilməsi, onların hüquq və maraqlarının hərtərəfli müdafiəsi, təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcı özfəaliyyətinin inkişafları üçün dəstək göstərir.
Hüquq fakültəsinin tələbələri yalnız dərsdə göstərdikləri fəaliyyətləri, elmi nailiyyətləri ilə yox, həmçinin müxtəlif sosial sahələrdə də aktivliyi ilə seçilirlər. Fakültəmizdə Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti kimi tələbə təşkilatları və təşkilatdaxili klubları müvəffəqiyyətlə fəaliyyət göstərir. Tələbələrin bu təşkilatlardakı uğurları, aktiv fəliyyəti Azərbaycan mediasında da öz əksini tapır.
Tələbə təşkilatları tələbələrin fərdi inkişafına böyük dəstək verir, onların tələbəlik həyatına rəng qatır, yeni dostlar, tanışlar qazandırır, böyük imkanlar açır. İstənilən tələbə bura qoşula bilir və istədiyi layihəyə dəstək ala bilir. Bu isə tələbənin artıq idarəetmə bacarığını, liderlik qabiliyyətini artırır. Təşkilatıların fəaliyyəti yalnız universitet çərçivəsində yekunlaşmır. Bu qurumlar respublika səviyyəsində, bütün tələbə-gəncləri fərqli və maraqlı tədbir və layihələri ilə özünə cəlb etməyi bacaran bir təşkilatlardır. Öz fəaliyyət istiqamətini Azərbaycan Respublikası Prezidentinin 15.09.2017-ci il tarixli Sərəncamı İlə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-cü illərdə” Gənclər Proqramının müddəaları əsas götürülməklə müəyyən edilmiş bu klublarda könüllü şəkildə fəaliyyət göstərən tələbələrin təşkilatçılığı ilə xüsusi əhəmiyyətli bir çox tədbirlər həyata keçirilir.
Tələbələrin özlərinin idarəetmə orqanı olan Tələbə Gənclər Təşkilatı (TGT) tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndirmək, gələcəyə fikirlərini yönəltmək və strategiyasını qurmağa dəstək olmaq, tələbələrin asudə vaxtını maraqlı təşkil etməkdir. Gənclər siyasəti universitetimizin vahid inkişaf proqramının mühüm tərkib hissəsidir. Universitetimiz tələbələrin asudə vaxtının səmərəli istifadəsi üçün bütün şəraitləri yaratmaqla yanaşı, tələbələrin idarəetməyə cəlb edilməsi, onların hüquq və maraqlarının hərtərəfli müdafiəsi, təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcı özfəaliyyətinin inkişafları üçün dəstək göstərir. TGT tələbələrin fərdi inkişafına böyük dəstək verir, onların tələbəlik həyatına rəng qatır, yeni dostlar, tanışlar qazandırır, böyük imkanlar açır. İstənilən tələbə bura qoşula bilir və istədiyi layihəyə dəstək ala bilir. Bu isə tələbənin artıq idarəetmə bacarığını, liderlik qabiliyyətini artırır. Təşkilatıların fəaliyyəti yalnız universitet çərçivəsində yekunlaşmır. Bu qurumlar respublika səviyyəsində, bütün tələbə-gəncləri fərqli və maraqlı tədbir və layihələri ilə özünə cəlb etməyi bacaran bir təşkilatdır. Tələbə Gənclər Təşkilatının nəzdində 3 klub – Hüquqi İntellektual Yarışlar, Hüquqi Yazı və Tədqiqatlar, Təlimlər və Seminarlar klubu fəaliyyət göstərir. Bunlardan əlavə olaraq təşkilatın nəzdində Probono Cəmiyyəti (Hüquq klinikası) fəaliyyət göstərir. Eyni zamanda Təşkilatın dərc etdirdiyi, sırf tələbələrin hüquqi mövzularda yazdığı məqalələrin toplandığı SYO Law Review-Hüquq jurnalı mövcuddur.
BDU Hüquq fakültəsinin Tələbə Elmi Cəmiyyəti təşkil etdiyi layihələrlə hüquq tələbələri arasında akademik səviyyənin artırılmasına, həmçinin hüquqşünas üçün gərəkli olan praktiki biliklərin tələbələrə aşılanmasına yardımçı olur. Tələbə Elmi Cəmiyyətinin İdarə Heyəti tamamilə tələbələr arasından seçilir və layihələrin təşkilində fakültənin professor-müəllim heyəti və tanınmış praktiki hüquqşünaslarla sıx əməkdaşlıq edilir. Həyata keçirilən layihələrin hər biri hüquq tələbələrinə gələcək karyeralarında gərəkli olacaq konkret bacarıqların inkişafına yönəlmişdir. BDU Hüquq TEC eyni zamanda 4 istiqamətdə fəaliyyət göstərir: 1) Tələbə Hüquq Jurnalı; 2) Topçubaşov Məhkəmə Müsabiqəsi; 3) Topçubaşov Arbitraj Müsabiqəsi; 4) Xoyski Mediasiya Müsabiqəsi.
Ümumilikdə BDU Hüquq fakültəsi Tələbə Həmkarlar İttifaqının fəaliyyəti gənclərin insan hüquqları, gender bərabərliyi, eyni zamanda, insan alverinə, zorakılığa qarşı mübarizə ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılmasına istiqamətlənmişdir. Tələbə Həmkarlar Təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri az təminatlı ailələrdən olan tələbələrə müxtəlif istiqamətdən (təhsil haqqının ödənilməsi, ödənişsiz yemək kartları və s.) maddi yardım göstərməkdir. Gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi və gənclərin bilik və bacarıqlarının inkişafı məqsədi ilə təşkilat tərəfindən konfranslar və dəyirmi masalar, disskusiyalar təşkil edilir müxtəlif təlimlər həyata keçirilir.