Tələbə klubları

BDU Hüquq fakültəsində Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin nəzdində müxtəlif istiqamətlər üzrə klublar  fəaliyyət göstərir. Öz fəaliyyət istiqamətini Azərbaycan Respublikası Prezidentinin 15.09.2017-ci il tarixli Sərəncamı İlə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-cü illərdə” Gənclər Proqramının müddəaları əsas götürülməklə müəyyən edilmiş bu klublarda könüllü şəkildə fəaliyyət göstərən tələbələrin təşkilatçılığı ilə xüsusi əhəmiyyətli bir çox tədbirlər həyata keçirilir.

  • Tələbə Gənclər Təşkilatının nəzdində Hüquqi İntellektual Yarışlar, Hüquqi Yazı və Tədqiqatlar, Təlimlər və Seminarlar klubu fəaliyyət göstərir:
  • Hüquqi intellektual yarışlar klubunun məqsəd və vəzifələrinə aiddir: fakültədə intellektual hərəkatın geniş yayılması istiqamətində iş aparmaq; Azərbaycan gənclərinin intellektual hərəkata cəlb olunması istiqamətində fəaliyyət göstərmək; gənclər arasında vətənpərvərliyin təbliği ilə bağlı geniş miqyaslı işlər aparmaq; yaradıcı qabiliyyəti olan gəncləri dəstəkləmək, onların inkişafına şərait yaratmaq; intellektual baxımdan özlərini təsdiq etmək istəyən gənclərə şərait yaratmaq.

2) Hüquqi təlimlər və Seminarlar klubu- Hüquq fakültəsi tələbələri və gənc hüquqşünaslara onların universitet proqramı çərçivəsində öyrənə bilmədikləri müxtəlif hüquqi mövzular haqqında müzakirə etmək və öyrənmək imkanı verir.

3) Hüquqi Yazı və Tədqiqatlar klubu- Bu sahənin  layihələrində iştirakçılar praktiki və interaktiv təlim metodları vasitəsilə hüquqi bilik və bacarıqlarını artırmaq fürsəti əldə etmiş olurlar. Bu da birbaşa hüquq tələbələrinə və gənc hüquqşünaslara öz ixtisaslarında peşəkar şəkildə formalaşmağa kömək edir. Fəaliyyət istiqamətləri: hüquqi inşa müsabiqəsi; blog yazıları; Hüquq Jurnalı

- Tələbə Həmkarlar İttifaqının daxilində İntellektual Oyunlar Klubu, Xeyriyyəçilik klubu və Elmi Yaradıcılıq klubu fəaliyyət göstərir:

1) İntellektual oyunlar klubu- fakültənin tələbə və məzunları arasında müxtəlif növ intellektual oyunları təşkil etməklə  gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq məqsədinin təmin edilməsinə istiqamətlənmişdir.

2) “Xeyriyyəçilik” klubu- fəaliyyəti gənclər arasında humanizm dəyərlərinin təbliğ edilməsi və gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılmasının təmin edilməsinə yönəlmişdir.

3) Elmi yaradıcıllıq klubu- fəaliyyətinin əsas məqsədi  gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsi və  gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılmasının təmin edilməsidir.

- Tələbə Elmi Cəmiyyətinin daxilində Hüquq Müzakirə Forumu, Məhkəmə Müsabiqəsi Cəmiyyəti fəaliyyət göstərir:

1) Hüquq Müzakirə Forumu - hər həftə sonu mütəmadi olaraq təşkil edilən Forum ölkənin tanınmış hüquq alimləri və praktiki hüquqşünasların təqdimatında müxtəlif hüquqi mövzular ətrafında müzakirələri həyata keçirir.

2) Məhkəmə Müsabiqəsi Cəmiyyəti- həm BDU, həm də ölkənin digər hüquq tələbələrinin iştirakına imkan yaradan Məhkəmə Müsabiqələri təşkil edir. Bu müsabiqələrin əsas məqsədi hüquq tələbələrində praktiki hüquqi yazı və arqumentasiya bacarıqlarını inkişaf etdirməkdir.

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət