Fakültə Həmkarlar İttifaqı Komitəsinin (HİK) çoxşaxəli fəaliyyətinə fakültə əməkdaşlarının əmək hüquqlarının müdafiəsi, onlar üçün üçün ictimai iaşənin keyfiyyətli və sərfəli qiymətlərlə təminatı, əmək intizamının möhkəmləndirilməsi, onlara diqqət və qayğı göstərilməsi və sağlamlıqlarının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və təşkili kimi vəzifələr də daxildir.
HİK əməkdaşların sosial, hüquqi, mənəvi mənafelərini müdafiə etməklə yanaşı, həmçinin, bütövlükdə BDU-nun və Hüquq fakültəsinin ictimai həyatında da fəal iştirak edir. Mədəni-kütləvi tədbirlər, yubiley mərasimləri, iməciliklər, ekskursiyalar, müsabiqə və turnirlər təşkil edir. HİK əmək prosesində işçilərin ümumi mənafeyini qorumaqla yanaşı, öz üzvlərinin həyat və əmək şəraitinin yaxşılaşdırılması, onların maddi durumlarının yüksəldilməsi, tədris müəssisəsində və kənarda mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində də yaxından iştirak edir. Təşkilatın qarşısında duran mühüm vəzifələrdən biri də fakültənin əməkdaşlarının ictimai həyata, təsərrüfat fəaliyyətinə cəlb olunması, təlim-tərbiyə və təhsil prosesində onların potensialından geniş istifadə edilməsidir.
Fakültə müəllimləri və HİK tərəfindən mütəmadi olaraq şəhid olmuş tələbələrin ailələrinə, o cümlədən aztəminatlı tələbələrə yardım göstərilir.