12.09.22-ci il tarixində saat 14:00-da "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- 2022/2023-ci tədris ili üçün dərs yükünün müzakirəsi və təsdiqi.
- Kafedranın 2022/2023-cü tədris ili üçün iş planının müzakirəsi və təsdiqi.
- Magistratura təhsil pilləsi üzrə magistr dissertasiyalarının müdafiəsinin yekunlarının müzakirəsi.
- hüquq üzrə fəlsəfə proqramı üzrə qiyabı doktorantı Yavərzadə Yavər Elçin oğlunun “Milli hüquq mənbələrinin nisbəti” mövzusunda məqaləsinin müzakirəsi
23.09.22-ci il tarixində saat 12:00-da "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- Hüquq fakültəsində struktur islahatlarının aparılması ilə bağlı məsələnin müzakirəsi.
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının fakültə və kafedranın qarşısında duran problemlərlə əlaqədar təkliflərin müzakirəsi.
6.10.22-ci il tarixində saat 12:00-da "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- Kafedrada tədris olunan fənlər üzrə tədris proqramlarının, elektron mühazirə mətnlərinin, dərslik və dərs vəsaitlərinin vəziyyəti.
- Hüquq üzrə elmlər doktoru proqramı üzrə qiyabi doktorant Z.N.Əzimovun attestasiyadan keçməsi ilə bağlı elmi rəhbərinin hesabatı.
- Hüquq üzrə elmlər doktoru proqramı üzrə qiyabi doktorant L.Ş.Əliyevanın attestasiyadan keçməsi ilə bağlı elmi rəhbərinin hesabatı.
- Hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə qiyabi doktorant S.F.Turabovanın attestasiyadan keçməsi ilə bağlı elmi rəhbərinin hesabatı.
- I kurs magistrantlarının dissertasiya işlərinin mövzularının müzakirəsi,təsdiqi və onlara elmi rəhbərlərin təyin edilməsi.
20.10.22-ci il tarixində saat 13:00-da "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dövlət büdcəsi hesabına elmlər doktoru proqramı üzrə qiyabi doktorantı Əliyeva Leyla Şahin qızının cari ildə attestasiyadan keçirilməsi haqqında
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə qiyabı doktorantı Turabova Sümbül Faiq qızının cari ildə attestasiyadan keçirilməsi haqqında
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dövlət büdcəsi hesabına elmlər doktoru proqramı üzrə qiyabi doktorantı Əzimov Zaur Nəriman oğlunun cari ildə attestasiyadan keçirilməsi haqqında
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının 5606.01 – “Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi” ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə qiyabı doktorantı Həmidova Aidə Faiq qızının doktorluq imtahanı üçün əlavə proqramının müzakirəsi.
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının 5606.01 – “Dövlət və hüquq nəzəriyyəsi və tarixi; hüquq və dövlət haqqında təlimlər tarixi” ixtisasının hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə qiyabı doktorantı Həmidova Aidə Faiq qızının doktorluq imtahanı verməsinə dair.
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının professoru Xəyyam Cəbrayıl oğlu İsmayılovun I kurs, əyani şöbə, azərbaycan bölməsi 1588,1590-cı qruplarda 18 oktyabr 2022-ci il saat 10:15-də “Hüquq və siyasət” fənnindən “Siyasi hakimiyyət və siyasi sistem” adlı mövzusunda keçirilən açıq dərsinin müzakirəsi.
28.11.22-ci il tarixində saat 12:00-da "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimi Emil Zinyəddin oğlu Əliyevin I kurs, əyani şöbə, azərbaycan bölməsi 1600, 1602, 1604-cü qruplarda 22 noyabr 2022-ci il saat 10:15-də “Hüquq nəzəriyyəsi” fənnindən “Hüquq realizəsi” mövzusunda keçirilən açıq dərsinin müzakirəsi.
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının saathesabı müəllimi Seyidov Fərrux Ənvər oğlunun I kurs, əyani şöbə, azərbaycan bölməsi 1610-cu qrupda 28 noyabr 2022-ci il saat 12:00-da “Hüquq nəzəriyyəsi” fənnindən “Hüquq düşüncəsi” adlı mövzusunda keçirilən açıq dərsinin müzakirəsi.Xəyyam Cəbrayıl oğlu İsmayılovun Azərbaycanda barışdırıcı məhkəmələrin təşəkkülü və inkişafı (tarixi-hüquqi aspektlər) elmi seminarı.
- “Azərbaycan Respublikası qanunvericilik sistemində Konstitusiya qanunlarının yeri” mövzusunda kafedranın doktorantı A.Həmidovanın məruzəsi
- 2022/2023-cü tədris ilində Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası üzrə bakalavr təhsil pilləsində təhsil alan IV kurs tələbələrin buraxılış işi mövzularının təsdiqi və onlara elmi rəhbərlərin təyin edilməsi haqqında.
20.12.22-ci il tarixində saat 11:00-da "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- prof. M.F.Məlikovanın 2022-ci il üçün “Sosial və hüquqi proqnozlaşdırmanın metodologiyası” mövzusunda elmi-tədqiqat işinin müzakirəsi.
- prof.X.C.İsmayılovun 2022-ci il üçün “Azərbaycanda şəhər islahatlarının tarixi-hüquqi zəminləri” mövzusunda elmi-tədqiqat işinin müzakirəsi.
- dos.E.Q.Nəbiyevin 2022-ci il üçün “XIX əsrdə Azərbaycanda cinayətkarlığın vəziyyəti və milli təhlükəsizliyə və milli maraqlara təhdidlər və bu yönümdə əməliyəyat-axtarış fəaliyyəti” mövzusunda elmi-tədqiqat işinin müzakirəsi.
- dos. T.K.Zeynalovanın 2022-ci il üçün “Orta əsrlərdə Azərbaycanda utopik ideyalar” mövzusunda elmi-tədqiqat işinin müzakirəsi.
- Z.N.Əzimovun 2022-ci il üçün “İyerarxiya kolliziyaları və onların həlli məsələləri” mövzusunda elmi-tədqiqat işinin müzakirəsi.
- Kafedranın 2022-ci il üçün illik elmi fəaliyyətinə dair informasiya hesabatının müzakirəsi.
- “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr təhsil pilləsində tədris olunan “Hüquq və siyasət”- ingilis dilində, “Xarici ölkələrin hüquq tarixi” - azərbaycan, rus və ingilis dillərində , “Azərbaycanın dövlət və hüquqi təlimlər tarixi” - azərbaycan, rus və ingilis dillərində, “Dövlət və hüquqi təlimlər tarixi” - azərbaycan, rus və ingilis dillərində fənlərindən, magistratura təhsil pilləsində tədris olunan “Dövlət və hüquq nəzəriyyəsinin problemləri”, “Hüquq realizəsinin problemləri”, “Hüquq pozuntusu və hüquq məsuliyyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və hüququ” , “Müasir hüquq tarixi”, “Siyasi və hüquqi təlimlər tarixi”, “Müqayisəli hüquqşünaslıq” , “Müsəlman hüququnun əsasları”, “AR konstitusion inkişafı”, “Hakimiyyət bölgüsü konsepsiyası” fənləri üzrə azərbaycan və rus dillərində, magistrların elmi-tədqiqat təcrübələri üçün tərtib olunmuş proqramların çapa məsləhət görülməsi haqqında
25.01.23-cü il tarixində saat 13:00-da "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- 2022/2023-cü tədris ilinin qış-imtahan sessiyasının təşkili və imtahanların gedişinə nəzarət və qış-imtahan sessiyasının keçirilməsi ilə bağlı kafedrada müəyyən tədris metodik işlərin görülməsi: məsləhət saatlarının müəyyənləşdirilməsi, fərdi məsləhətlərin təşkili
- 2022/2023-cü tədris ilinin II semestrinə hazırlıq: sillabusların yeni konsepsiyalar nəzərə alınmaqla nəzərdən keçirilməsi,lazımi dəyişikliklərin aparılması.
- Cəfərov İlyas Hikmət oğlunun “Hüquq düşüncəsinin növləri” mövzusunda məqaləsinin müzakirəsi və çapa məsləhət görülməsi haqqında.
- Əliyeva Leyla Şahin qızının “Проблема Gründnorm и её наследие” mövzusunda məqaləsinin müzakirəsi və çapa məsləhət görülməsi haqqında.
- Kafedranın dosent əvəzi, hüquq üzrə fəlsəfə doktoru Zeynalova Təranə Kamil qızının kafedra üzrə dosent elmi adı verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması ilə bağlı məsələ.
17.02.23-cü il tarixində saat 13:00-da "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- 2022/2023-ci tədris ilinin qış-imtahan sessiyasının yekunlarının müzakirəsi və təsdiqi (bakalavriat və magistratura təhsil pillələrində).
- L.Ş.Əliyevanın “Редукция естественного до прав человека” mövzusunda məqaləsinin müzakirəsi.
- İ.H.Cəfərovun “Hüquq düşüncəsinin neqativ təzahürlərinin aradan qaldırılması” mövzusunda məqaləsinin müzakirəsi.
27.03.23-cü il tarixində saat 13:00-da "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- II kurs əyani şöbə magistrantlarının elmi-tədqiqat təcrübələrinin təşkili və hesabatlarının müzakirəsi və təsdiqi.
- X.C.İsmayılovun “Hüquq tarixinin öyrənilməsinin bəzi metodoloji aspektləri” mövzusunda məqaləsinin müzakirəsi.
- E.Q.Nəbiyevin “Qədim dövrdə cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin olunması dövlətin əsas funksiyası kimi” mövzusunda məqaləsinin müzakirəsi.
20.04.23-cü il tarixində saat 13.00-da “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının II kurs əyani şöbə magistrantlarının Bakı Dövlət Universiteti, Hüquq fakültəsində elmi-pedaqoji təcrübəsi keçməsi haqqında.
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə qiyabi doktorantı Yavərzadə Yavər Elçin oğlunun cari ildə attestasiyadan keçirilməsi haqqında.
- Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimi Cəfərov İlyas Hikmət oğlunun “Hüquq düşüncəsi” adlı dərs vəsaitinin çapa məsləhət görülməsi haqqında.
20.05.23-cü il tarixində saat 12.00-da “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- Buraxılış işlərinin yerinə yetirilməsi vəziyyəti, diplomçuların müdafiəyə hazırlığı və ilkin müdafiələrinin keçirilməsi.
- II kurs əyani şöbə magistrantlarının ilkin müdafiədən keçirilməsi.
- 2022/2023-cü tədris ilinin yay-imtahan sessiyasına hazırlıq (bakalavriat və magistratura təhsil pillələrində).
- Kafedranın müəllimi və doktorantı S.F.Turabovanın “Məhkəmə-hüquq şurasının normativ xarakterli qərarları” mövzusunda elmi seminarı.
- Kafedranın doktorantı Y.E.Yavərzadənin “Hüquq mənbələrinin sistemi” mövzusunda elmi seminarı.
24.06.23-cü il tarixində saat 11.00-da “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- 2022/2023-cü tədris ilinin yay-imtahan sessiyasının təşkili və imtahanların gedişinə nəzarət (Məlumat verir: prof. M.F.Məlikova).
- II kurs əyani şöbə magistrantlarının dissertasiya müdafiəsi üçün tələb olunan sənədlərinin müzakirəsi və təsdiqi.
- Kafedranın illik hesabatının hazırlanması.
13.09.23-cü il tarixində saat 12:00-da "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının növbəti iclası keçiriləcək.
GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:
- 2023/2024-cü tədris ili üçün dərs yükünün müzakirəsi və təsdiqi.
- Kafedranın 2023/2024-cü tədris ili üçün iş planının müzakirəsi və təsdiqi.
- Magistratura təhsil pilləsi üzrə magistr dissertasiyalarının müdafiəsinin yekunlarının müzakirəsi.
- H.e.d. prof. X.C.İsmayılovun “Hüquq tarixinin metodologiyasının sosioloji aspektləri” mövzusunda məqaləsinin müzakirəsi.
- H.ü.f.d., dos. E.Q.Nəbiyevin “Qədim dövrdə cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin olunması dövlətin əsas funksiyası kimi” məqaləsinin müzakirəsi.