Beynəlxalq ümumi hüquq kafedrası ilk dəfə 1946-cı ildə ADU Hüquq fakültəsinin nəzdində yaradılmışdır. Beynəlxalq ümumi hüquq kafedrasının yaradılmasına tanınmış moskvalı alim Fyodor Kojevnikov təşəbbüs göstərmiş, müharibədən sonra isə o, öz vətəninə qayıtmışdır. Sonrakı illərdə bu kafedraya gənc və vətənpərvər alim professor Murtuz Ələsgərov rəhbərlik etmiş və beynəlxalq hüquq elminin inkişafında müstəsna xidmətlər göstərmişdir. Lakin qısa müddət ərzində kafedra bağlanmışdır. Hazırda fəaliyyət göstərən kafedra 1979-cu ildən etibarən Əyyub Əsgərovun rəhbərliyi ilə yenidən fəaliyyət başlamışdı. 1991-2011-ci illərdə də BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində fəaliyyət göstərən kafedraya gənc müəllimlər işə cəlb edilmişdir. 2006-cı ilə qədər kafedranın adı “Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ” adlanmışdır. 2006-cı ilin sentyabrından həmin kafedranın bazasında yeni kafedra – Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası yaradıldı. 2011-ci ildən sonra Universitetdə aparılmış bəzi struktur dəyişiklikləri nəticəsində Beynəlxalq ümumi hüquq kafedrası Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsindən ayrılaraq yenidən Hüquq fakültəsinin nəzdində fəaliyyət göstərməyə başlamışdır. Beynəlxalq ümumi hüquq kafedrası üzrə bakalavr təhsil pilləsində: Beynəlxalq ümumi hüquq-1, Beynəlxalq ümumi hüquq-2 Xarici əlaqələr hüququ, Beynəlxalq ümumi hüquq-2, Beynəlxalq humanitar hüquq. Magistratura təhsil pilləsi üzrə: Beynəlxalq hüquqda nəzarət, Beynəlxalq Təєkilatlar hüququ, Xəzər dənizində enerji hüququ, Soyqırım və insanlıq əleyhinə cinayətlər və s. kimi fənlər tədris olunur.