31 iyul 1986-cı ildə anadan olmuşdur.
Təhsili, elmi dərəcəsi və elmi adları
- 2008-cü ildə BDU Hüquq fakültəsini bitirmişdir;
- 2008-2010-cu illərdə BDU-da “Dövlət hüququ” ixtisaslaşmasında təhsil almışdır
- 2011-2015-ci illərdə BDU-da “Konstitusiya hüququ; bələdiyyə hüququ” ixtisası üzrə doktoranturada təhsil almışdır;
- 2015-ci ildə BDU-da “Azərbaycan dövlətinin sosial funksiyasının konstitusiya hüquqi aspektləri”mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır;
- 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı almışdır.
Əmək fəaliyyəti
- 2010-2014 –cü illərdə BDU, Hüquq fakültəsi dekan köməkçisi;
- 2014 – hal-hazıradək BDU, Konstitusiya hüququ kafedrasının dosenti;
- 2014 – hal-hazıradək – BDU, Hüquq fakültəsində Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini.
Tədqiqat sahələri
- Konstitusiya hüququ;
- Bələdiyyə hüququ;
- İnformasiya hüququ.
Elmi fəaliyyəti və nailiyyətləri
- BDU-nun“Azərbaycan Hüquq Jurnalı”nın katibi;
- 60-ə qədər əsərin, o cümlədən 30-a yaxın xaricdə çap edilmiş əsərin, 1 dərsliyin (həmmüəllifliklə), 2 dərs vəsaitinin (onlardan biri həmmüəllifliklə) və 2 tədris proqramının müəllifi.
Təltifləri
- Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 26 noyabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı;