Hüquq Olimpiadasına qeydiyyat üçün start verilir!
25 Mart 2024 08:18
Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı “Hüquq Olimpiadası"-na qeydiyyat üçün start verir!
Olimpiada iki mərhələdə keçiriləcək: testlər mərhələsi və kazuslar mərhələsi. Olimpiada aşağıdakı hüquq sahələrini əhatə edəcək:
• Hüquq nəzəriyyəsi
• Konstitusiya hüququ
• İnzibati hüquq
• Cinayət hüququ
• Mülki hüquq
Birinci mərhələdə yüksək bal toplayan iştirakçılar ikinci mərhələyə keçid hüququnu qazanacaqlar.
Qaliblər dəyərli hədiyyələr və təcrübə imkanları ilə mükafatlandırılacaqlar.

Əgər siz də biliklərinizi sınamaq və yeni biliklər əldə eləmək istəyirsinizsə, aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçin və iştirak hüququnu qazanın!
Daha ətraflı məlumat forumda göstərilmişdir.
Son qeydiyyat tarixi: 3 aprel 2024-cü il, saat 23:59
Uğurlar!
Son XƏBƏRLƏR
31.05.2024 | 08:13
Rzayeva Gülnaz Aydın qızının hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin Müdafiəsi keçiriləcək
29.04.2024 | 08:18