İstiqamət: Dövlət və hüquq nəzəriyyəsi və tarixi
- Sosial və hüquqi proqnozlaşdırmanın metodologiyası
Mövzunun rəhbəri: prof. M.F.Məlikova
İcraçılar: prof. M.F.Məlikova
Məqsədi:Elmi tədqiqat işinin əsas məqsədi yuridik proqnozlaşdırma metodologiyasının, yəni proqnozlaşmanın üsul və mahiyyətinin, anlayışının, rolunun açılmasına, təhlilinə yönəlmişdir. Tədqiqatçı hüquq elmində həmin problemə həsr edilmiş elmi nailiyyətlərə istinad edərkən eyni zamanda bu məsələyə dair müəllif yanaşmalarını da ortaya qoymuşdur.
Alınmış nəticələr: Bu baxımdan hüquqi ədəbiyyatda haqlı olaraq göstərilir ki, hüquqyaratma strategiyasına, sosial və yuridik proqnozlaşdırmanın mahiyyətinə və üsullarına dair düzgün metodoloji təsəvvürlər, anlayışlar dövlət və hüquq sferalarında olan hər hansı proqnozun formalaşmasının zəruri və mühüm şərtidir.
- Azərbaycanda şəhər islahatlarının tarixi-hüquqi zəminləri
Mövzunun rəhbəri: prof. M.F.Məlikova
İcraçılar: prof. X.C.İsmayılov
Məqsədi: Mövzu üzrə problemlərin tədqiqində başlıca məqsəd həmin dövrdə Azərbaycanda tətbiq edilən şəhər əsasnamələrinin müddəalarını araşdırmaqla və həmin qanunların əsasında formalaşdırılan şəhər özünüidarəetmə orqanlarının praktiki fəaliyyətinin müsbət tərəflərini üzə çıxarmaqla müasir dövrdə ölkəmizdə bələdiyyələrin təşkili və fəaliyyətindəki boşluqların aradan qaldırılmasına nail olmaq, həmçinin də yeni strukturların – böyük şəhər bələdiyyəsinin təşkili istiqamətində nəzəri-hüquqi bazanın formalaşdırılmasına zəmin yaratmaqdır.
Alınmış nəticələr: Şəhər islahatının tətbiqini nəzərdə tutan qanunvericilik aktlarının Azərbaycanda özünün praktiki həllini tapması müəyyən çatışmazlıqlara və ziddiyyətli hallara baxmayaraq ümumən yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində müsbət nəticələrə gətirib çıxarmışdı.
- XX əsrdə Azərbaycanda cinayətkarlığın vəziyyəti və milli təhlükəsizliyə və milli maraqlara təhdidlər və bu yönümdə əməliyəyat-axtarış fəaliyyəti.
Mövzunun rəhbəri: prof. M.F.Məlikova
İcraçılar: dos. E.Q.Nəbiyev
Məqsədi: Bu elmi tədqiqat işinin məqsədi XX əsrdə ayrı-ayrı tarixi mərhələlərdə Azərbaycanda cinayətkarlıqla bağlı vəziyyəti araşdırmaqla ona təsir edən amilləri üzə çıxarmaq, onun nə dərəcədə mülli təhlükəsizliyə və milli maraqlara təhdid olduğunu və bu mübazirədə əməliyyat-axtarış fəaliyyətinin rolunun sərgiləməkdir. Tədqiqat zamanə cinayətkarlıqla mübarizədə əməliyyat-axtarış fəaliyətinin mühüm aspektlərinə diqqət yönəlmişdir.
Alınmış nəticələr: Araşdırma zamanı ayrı-ayrı tarixi dövrlərdə cinayətkarlıqla mübarizədə əməliyyat-axtarış fəaliyyətində müsbət və mənfi hallara diqqət yönəltməklə müasir dövrdə nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir. Cinayətkarlıqla mübarizəyə, ermənilərin azərbaycanlılara qarşı soyqırıma rəvac verən müxtəlif amillər araşdırılmışdır.
- İyerarxiya kolliziyaları və onların həlli məsələləri
Mövzunun rəhbəri: prof. M.F.Məlikova
İcraçılar: dos. Z.N.Əzimov
Məqsədi: qanunvericilik sistemində hüquqi qüvvəsinə görə bir-biri ilə iyerarxik əlaqə olan normativ hüquqi aktların tələblərində olan ziddiyyətlər, uyğunsuzluqlar və fərqli qaydaların həlli üçün əhəmiyyət kəsb edən üsulların nəzəri müddəalarının və əsaslarının təhlili ilə qüvvədə olan bəzi qanunvericilik aktlarında belə çatışmazlıqların aşkarlanması və onların aradan qaldırılması üçün təklif və tövsiyələrin hazırlanmasından ibarətdir
Alınmış nəticələr:Mövzunun araşdırıması nəticəyə gəlinmişdir ki, referendumla qəbul olunmuş aktlarla Konstitusiya arasında kolliziya olduqda, hüququn köməkçi mənbələri arasındakı uyğunsuzluqlar, normativ hüquqi aktların ayrı-ayrı növlərinin Konstitusiyaya uyğunsuzluğu kimi məsələlərin həlli üçün yanaşma tətbiq olunmalıdır.
5.Orta əsrlərdə Azərbaycanda utopik ideyalar
Mövzunun rəhbəri: prof. M.F.Məlikova
İcraçılar: dos. T.K.Zeynalova
Məqsədi: Tədqiqatın məqsədi X-XIII əsrlərdə Azərbaycan siyasi və hüquqi fikir tarixində yeni keyfiyyətlər qazanmış, yeni müddəalarla zənginləşmış ədalətli sosial nizam, sosial və əmlak bərabərliyinin bərqərar olunduğu utopik cəmiyyət haqqında ideyaların mahiyyətini, əhəmiyyətini açıb göstərməkdən ibarətdir.
Alınmış nəticələr: X əsrdə yaranmış "İxvan-əs-Səfa və xüllən əl-vəfa" ("Saflıq qardaşları və sədaqət dostları") təlimində,Şərq intibahının misilsiz nümayəndəsi Nizami Gəncəvinin və eləcə də Nəsirəddin Tusinin siyasi-hüquqi baxışlarında utopik dövlət və ideal cəmiyyət haqqında ideyaların təhlili onu deməyə əsas verir ki, orta əsrlərdə Azərbaycanda insanların hüquq və əmlak bərabərliyinə, maarifçiliyin geniş kütlələr arasında yayılmasına, cəmiyyətin bütün üzvlərinin firavan həyat tərzinə əsaslanan yeni siyasi-hüquqi quruluşun yaradılması haqqında ideyalar özünün geniş təzahürünü tapmışdır. Bu ideyalar tarixi inkişafın sonrakı mərhələlərində ictimai-siyasi və hüquqi fikrə olduqca mühüm təsir göstərmişdir və onların əsasında sosial reallıqların tələblərinə uyğun yeni sosial-siyasi və hüquqi nəzəriyyələr formalaşmış və inkişaf etmişdir.