İstiqamət: Əmək, sosial təminat və ekologiya hüququ
- Əmək hüququnun sistemi
Mövzunun rəhbəri: Qasımov Alış Məmiş oğlu
İcraçılar: Qasımov Alış Məmiş oğlu
Məqsəd: Bu elmi-tədqiqat işinin əsas məqsədi milli hüququn müstəqil sahəsi kimi əmək hüququnun sisteminin struktur elementlərini tədqiq etməkdən, onların ümumi xarakteristikasını verməkdən, habelə onun inkişafının və təkmilləşdirilməsinin müasir problemlərini araşdırmaqdan ibarətdir.
- Müasir dövrdə əmək pensiyalarının hüquqi tənzimlənməsi problemləri
Mövzunun rəhbəri: Əliyev Mayis Nəbi oğlu
İcraçılar: Əliyev Mayis Nəbi oğlu
Məqsəd: Bu elmi-tədqiqat işinin əsas məqsədi müasir dövrdə yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyalarının hüquqi tənzimlənməsi problemlərini tədqiq etməkdən və mövcud pensiya qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflər irəli sürməkdən ibarətdir.
- Əmək hüququnun metodu
Mövzunun rəhbəri: Cəfərov Zahid İsa oğlu
İcraçılar: Cəfərov Zahid İsa oğlu
Məqsəd: Bu elmi-tədqiqat işinin əsas məqsədi milli hüququn müstəqil sahəsi kimi əmək hüququnun metodunun anlayışını və məzmununu tədqiq etməkdən, habelə əmək münasibətlərinin dövlət (mərkəzləşdirilmiş) və müqavilə (lokal) tənzimlənməsi metodlarının kompleks təhlilinin aparılmasından ibarətdir.
- Ekologiya hüququnun mənbələri
Mövzunun rəhbəri: Hüseynov Əbülfəz İbrahim oğlu
İcraçılar: Hüseynov Əbülfəz İbrahim oğlu
Məqsəd: Bu elmi-tədqiqat işinin əsas məqsədi ekologiya hüququnun mənbələrinin anlayışını verməkdən, təsnifatı aparmaqdan, habelə ekologiya hüququnun mənbəyi kimi beynəlxalq-hüquqi aktları, normativ hüquqi aktları tədqiq etməkdən ibarətdir.
- İşçilərin intizam məsuliyyəti əmək vəzifələrinin icrasının hüquqi vasitəsi kimi
Mövzunun rəhbəri: Ələsgərova Lalə Hacıbala qızı
İcraçılar: Ələsgərova Lalə Hacıbala qızı
Məqsəd: Bu elmi-tədqiqat işinin əsas məqsədi hüquqi məsuliyyətin bir növü kimi intizam məsuliyyətinin anlayışını verməkdən, əmək hüququ üzrə intizam xətasını və intizam məsuliyyəti tədbirlərini, habelə intizam tənbeh tədbirlərinin tətbiqi qaydasını araşdırmaqdan ibarətdir.
- Əmək hüququnun subyektləri
Mövzunun rəhbəri: Əkbərli Ülkər Asif qızı
İcraçılar: Əkbərli Ülkər Asif qızı
Məqsəd: Bu elmi-tədqiqat işinin əsas məqsədi əmək hüququnun subyektlərinin anlayışını, təsnifatını, habelə əmək hüququnun əsas subyektləri kimi işəgötürənin və işçinin hüquqi statusunu tədqiq etməkdən ibarətdir.
- 7. Azərbaycan Respublikasında sağlam ətraf mühitdə yaşamaq hüququ
Mövzunun rəhbəri: Əliyev Mahir Oqtay oğlu
İcraçılar: Əliyev Mahir Oqtay oğlu
Məqsəd: Bu elmi-tədqiqat işinin əsas məqsədi Azərbaycan Respublikasında sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsinin hüquqi mexanizmlərini təhlil etməkdən, habelə bu hüququn digər ekoloji hüquqlarla qarşılıqlı əlaqəsini təhlil etməkdən ibarətdir.