ELMİ İSTİQAMƏT VƏ ELMİ-TƏDQİQAT MÖVZULARI

İstiqamət: Mülki hüquq

Mövzunun adı: Öhdəliklərin icrasının təmini üsullarının əsas səciyyəvi xüsusiyyətləri (nəzəri və təcrübi problemləri)

Mövzunun rəhbəri: professor Məhəbbət Dəmirçiyeva

Elmi tədqiqat işi 1. Sahibkarlıq fəaliyyətində öhdəliyin xüsusiyyətləri

İcraçılar: Məhəbbət Dəmirçiyeva

Məqsəd:  Öhdəliyin anlayışından göründüyü kimi onun predmetini əmlak dövriyyəsinin müxtəlıf obyektlərin o cümlədən əşyaların, görülmüş işlərin, göstərilmiş xidmətlərin borcu, şəxsin davranışı təşkil edir. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki dövriyyə iştirakçılar arasında xüsusilə çox sayda öhdəlik hüquq münasibətləri yaranır.

Nəticə: 

  1. bütün bunlar öhdəliklərin icra edilməsində hüquq pozuntularında yol verməmək üçün aparılan araşdırmadır
  2. borclu ilə kreditor arasında öhdəliyin lazımınca icra edilməməsinin qarşısını alır.
  3. borclu icra predmetini başqa şəxslərdən almalı olduqda və onu ala bilmədikdə də əgər müqavilədən ayrı qayda irəli gəlmirsə həmin tapşırığı icra etməmək ucun məsuliyyət daşıyır MM-nin 435.10 maddəsinin daha dəqiq tövsifinə xidmət edir

Elmi tədqiqat işi 2. Girov haqqında qanunvericiliyin tətbiqinin hüquqi və təcrübi problemləri.

İcraçılar: İbrahim Vəliyev

Məqsəd: Tədqiqat işinin məqsədi girov haqqında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər vermək, məhkəmə və bank təcrübəsində mövcud olan problemlərin aradan qaldırılması üçün tövsiyyələr hazırlamaqdır.

Nəticə:  Tədqiqat zamanı girov haqqında qanunvericiliyin müasir tələblərə tam cavab verməməsi və məhkəmə təcrübəsində bununla əlaqədar nöqsanların olduğu aşkarlanmışdır. Elmi-tədqiqat işinin nəticələri girov haqqında qanunvericiliyin təkmilləşdirilməsinə və məhkəmə, bank təcrübəsində problemlərin aradan qaldırılmasına


Elmi tədqiqat işi 3. Öhdəliklərin icrasının təmin edilməsinin anlayışı, mahiyyəti, əhəmiyyəti, üsulları və sistemi.

İcraçılar: Rzaqulu Bayramov

Məqsəd: Öhdəliklərin icrasının təmini üsullarının ümumi xarakteristikasını vermək. 1964-ci il tarixli Azərbaycan SSR-nin MM-ilə cari Mülki Məcəllə ilə müqayisə etməklə qarantiya və borclunun əmlakının saxlanılması kimi təminat üsullarının tədqiq etmək.

Nəticə:Öhdəliklərin icrasının təmin edilməsi üsulları institutunun praktiki əhəmiyyəti böyükdür. Kreditorun mənafeyinin təmin edilməsinə xidmət edən həmin üsullar iqtisadiyyatın normal fəaliyyət göstərməsində, istehsalda sabitliyin bərqərar olunmasında, əmtəələrin (məhsulların) realizə edilməsində, iqtisadi (əmlak) dövriyyədə möhkəmliyin və dayanıqlığın yaradılmasında böyük rola malikdir.


Elmi tədqiqat işi 4. Mülki-hüquqi öhdəliklərin icrasının təmin edilməsi vasitəsi kimi zaminlik müqaviləsinin anlayışı, hüquqi təbiəti

İcraçılar: Azad Talıbov

Məqsəd: Zaminlik müqaviləsinin bağlanma qaydasını, onun hüquqi təbiətini və məzmununu təhlil etmək, zaminliyinin xitamı əsaslarını araşdirmaq, kreditor qarşısında zaminlərin məsüliyyətinin həcmi və hədlərini tədqiq etmək.

Nəticə: Mülki Məcəllənin 470.2. maddəsində göstərilmiş: “Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər”-kimi norması zaminin öhdəliklərində qeyri-müəyyənlik yaratdığından bu normanın ləğv edilməsi barədə qanunverici orqan qarşısında təklif hazırlamaq qənaətinə gəlirik. Yaxud da bu normanı daha konkret kontekstdə yazmağı təklif edirik.

  1. Mülki Məcəllənin 472.1. maddəsində göstərilmiş :”Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar-kimi ifadəsi zamin üşün yüksək məsuliyyət həddi müəyyən etdiyindən, birgə məsuliyyət həddində məhdudlaşdırılması daha düzgün olması qənaətinə gəlirik.
  2. Mülki Məcəllənin 477.0.4.maddəsində zaminlik müqaviləsinin xitam olunma əsaslarından biri kimi, zaminlik müqaviləsinin müddətsiz olması mümkünlüyü ilə razı deyilik. Bu tipdə aksessor müqavilələrdə müddət mütləq göstərilməlidir. Əks təqdirdə zaminin məsuliyyəti hüdudsuz olacaq.

Elmi tədqiqat işi 5 . Mülki qanunvericilikdə öhdəliklərin icrasının təmini üsulları ilə bağlı ümumi yanaşma və Girov

İcraçılar: Sərvər Süleymanlı

Məqsəd: Elmi-tədqiqat işində mövzu ilə bağlı həm qanunvericilikdə, həm də onun tətbiqi ilə bağlı təcrübədə ciddi ziddiyyət və nöqsanların olduğu müəyyən edilərək, onun aradan  qaldırılması yolu əsaslandırılaraq göstərilmişdir.

Nəticə: Elmi-tədqiqat işində qaldırılan məsələlər və onların həlli yolları ilə bağlı təklif  və əsaslandırılmış mülahizələr irəli sürülmüşdür. Qaldırılan hüquqi məsələlərin həlli ilə bağlı AR Konstitusiya Məhkəməsinin cari ildə Plenum qərarları olmuşdur. Bununla bağlı diqqətəlayiq nəticə kimi onu da qeyd edək ki, Konstitusiya Məhkəməsinin sözü gedən Plenum qərarları məhz elmi-tədqiat işində irəli sürülən təkliflər istiqamətində çıxarılmışdır. Bunun nə dərəcədə praktik əhəmiyyət daşıdığı işə əlavə olunmuş Konstitusiya Məhkəməsinin Plenum qərarlarından bariz şəkildə məlum olur. Belə ki, elmi-tədqiqat işinin mövzusu ilə bağlı məhkəmə təcrübəsində o dərəcədə çətinliklər yaranır ki, bu çətinliklərin aradan qaldırılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edilməsi zərurəti yaranır. Məhz bu zərurəti də nəzərə alaraq Konstitusiya Məhkəməsi sözü gedən məsələləri Plenuma çıxarmağı məqsədəmüvafiq hesab etmişdir.


Elmi tədqiqat işi 6.

İcraçılar: Şükür Yusifov

Məqsəd: Elmi tədqiqat işinin məqsədi zaminlik müqaviləsinin hüquqi təbiəti onun əsas xüsusiyyətləri və elementlərini bu öhdəliyin məzmununu və icrasını, zaminlik öhdəliyinin icra edilməsinin doğurduğu hüquqi nəticələri və zaminliyə xitam verilməsi əsaslarını tədqiq etməkdir.

Zaminlik müqaviləsinə görə  zamin kreditor qarşısında, borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həmin öhdəliyi tamamilə və ya hissə - hissə icra etməsi üçün öz üzərinə əmlak məsuliyyəti götürür. Ümumi qaydaya görə kreditor qarşısında borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşıyırlar.

Nəticə: Elmi tədqiqat işinin nəticəsi  olaraq qeyd etmək istərdik ki, borcun köçürülməsi zamanı və kreditorun lazımınca icranı qəbul etməkdən boyun qaçırması, zaminin razılığı olmadan əsas öhdəliyin dəyişdirilməsi hallarını bu öhdəliyin xitamı əsasları kimi tədqiq edərək nəzəriyyədə və təcrübədə rast gəlinən problemlərə və çətinliklərə münasibət bildirməkdən ibarətdir.


Elmi tədqiqat işi 7. Paylı mülkiyyət mülkiyyətçilərinin girov və ipoteka hüquqları

İcraçılar: Firuzə Mirzəyeva

Məqsəd: Tədqiqatımızda ər-arvadın, girov (ipoteka) qoyanlar kimi, hüquq və vəzifələrinin təhlil olunması planlaşdırılır.

Nəticə: Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz.

Yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi xərclər üçün haqları üç il ərzində ödəmədikdə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında olan və onların avadanlıqla təchiz edilməsi və istifadəsi üçün nəzərdə tutulan daşınar əşyaları girov qoymaq hüququna malikdir.


Elmi tədqiqat işi 8. Öhdəliyin icrası təminatının əvəz edilməsi

İcraçılar: Akif Rəsulov

Məqsəd: Elmi-tədqiqat işinin məqsədi Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi üsullarının mahiyyətinin aydınlaşdırılması və bu üsulların qanunvericilik bazasının təhlil edilməsidir. Bu məqsədin həyata keçirilməsi mülki hüquq münasibətləri iştirakçılarının mülki dövriyyənin inkişaf etdirilməsində marağının artırılması və həmin subyektlərə dəyə biləcək zərər riskinin minimuma endirilməsi kimi hədəflərə nail olmağa şərait yaradacaqdır. Lakin bu hədəflərə nail ola bilmək üçün bir sıra vəzifələrin yerinə yetirilməsi önəm daşıyır. Həmin vəzifələrə öhdəliklərin icrası üçün təminatların əvəz edilməsi mümkünlüyünün müəyyən edilməsi, öhdəliklərin icra edilmədiyi təqdirdə cərimənin ödənilməsi meyarları və şərtlərinin təhlil edilməsi, dəbbə pulunun mahiyyətinin araşdırılması və onun miqdarının müəyyənləşdirilməsi şərtlərinin öyrənilməsi, dəbbə pulunun miqdarının məhkəmə tərəfindən azaldılması şərtlərinin aydınlaşdırılması aiddir.

Nəticə: :  MM-in 461.1-ci maddəsində öhdəliyin icrasının təminat vasitələrinin əvəz edilməsinin mümkünlüyü və bunun həyata keçirilməsi qaydası təsbit olunmuşdur.

Həmin maddəyə görə əsas öhdəliyin icrasının təminat vasitəsi (məsələn, dəbbə pulu, girov və s.) yalnız kreditorun razılığı ilə başqa vasitə ilə əvəz edilə bilər.

MM-in 698.4-cü maddəsinə uyğun olaraq yalnız təminat üsulları müqavilə ilə müəyyən edilən hallarda tətbiq edilə bilər. Deməli, MM-in 252.5, 688.4 və 716-cı maddələri nəzərə alınmaqla qanunvericiliklǝ müəyyən edilən təminat vasitələrinin başqası ilə əvəz edilməsinə yol verilmir.


İstiqamət: Mülki hüquq

Mövzunun adı: Öhdəliklərin icrasının təmini üsullarının əsas səciyyəvi xüsusiyyətləri (nəzəri və təcrübi problemləri)

Mövzunun rəhbəri: professor Məhəbbət Dəmirçiyeva

Nəticə: Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə təkliflər irəli sürülüb.


Elmi tədqiqat işi 1. Öhdəliyin icra edilməməsi və məsuliyyət

İcraçılar: Məhəbbət Dəmirçiyeva, İbrahim Vəliyev, Rzaqulu Bayramov,

Məqsəd:  Elmi tədqiqat işinin əsas məqsədi bu hüquq və vəzifələrə uyğun olaraq da borclu və kreditorun məsuliyyəti də xüsusi rol oynayır.


Elmi tədqiqat işi 2. Girovun ayrı-ayrı növləri haqqında müqavlələrin xüsusiyyətləri və onların rəsmiləşdirmə qaydası

İcraçılar: Dosent İbrahim Vəliyev

Məqsəd: Tədqiqat işinin məqsədi girovun ayrı-ayrı növləri haqqında müqavilələrin tənzimini təkmilləşdirmək üçün tədqiqat aparmaq və müvafiq təkliflər hazırlamaqdır


Elmi tədqiqat işi 3. Girov öhdəliyin icrasının təmin edilmə üsulu kimi

İcraçılar: Dosent Rzaqulu Bayramov

Məqsəd: Elmi-tədqiqat işinin əsas  məqsədi  girov və onun ayrı-ayrı novlərini araşdırmaq, girov müqaviləsinin bağlanması qaydasını və əsas xüsusiyyətlərini tədqiq etmək, əşyaların lombardda girov müqaviləsini araşdırmaqdan ibarətdir.


Elmi tədqiqat işi 4. İpoteka

İcraçılar: Dosent Sərvər Süleymanlı

Məqsəd: Elmi-tədqiqat işinin məqsədi ipoteka münasibətlərinin tarixi və hüquqi aspektlərini, roman-german və anqlo-sakson hüquq sistemlərində ipoteka münasibətlərinin yaranması və inkişafını, ipoteka münasibətlərinin hüquqi təbiətini, anlayışını, məzmununu və səciyyəvi cəhətlərini, eləcə də ipoteka münasibətləri subyektlərinin hüquq və vəzifələrini dövlətdaxili və beynəlxalq qanunvericilik çərçivəsində kompleks şəkildə təhlil etməklə onun müasir dövrdə inkişaf perspektivlərini göstərməkdən ibarətdir.


Elmi tədqiqat işi 5. Faktorinq müqaviləsinin öhdəliklərinin icrasının təminat üsulu təbiətinə malik olması 

İcraçılar: Dosent Şükür Yusifov

Məqsəd: Elmi tədqiqat işinin əsas məqsədi faktorinq müqaviləsinin təminat xarakterli olmasını tədqiq etməkdir.Belə ki, pul tələbinin güzəştindən müştərinin faktor qarşısındakı hər hansı bir öhdəliyinin  təmin edilməsi vasitəsi və üsulu kimi istifadə edilir.Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədilə borcluya olan pul tələbini faktora güzəşt edə bilər.Ona görə də belə olan halda müqavilədə göstərilir ki, müvafiq pul tələbi yalnız müştəri tərəfindən öhdəlik icra edilmədiyi halda faktora keçir.


Elmi tədqiqat işi 6. Ər-arvad girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçiləri kimi

İcraçılar: Dosent Firuzə Mirzəyeva

Məqsəd: Elmi tədqiqat işinin əsas məqsədi daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Ər-arvadın mülkiyyətində, yəni ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı olduqda girov qoyula bilər.


Elmi tədqiqat işi 7. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsinin mahiyyəti

İcraçılar: Akif Rəsulov

Məqsəd: Elmi tədqiqat işinin əsas məqsədi öhdəliyin icrası zamanı tərəflərin üzərinə düşən vəzifələrini lazımınca yerinə yetirməməyinə görə qanunla müəyyən olunan qaydada cərimə edilirlər.

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət