Kafedra 1972-ci ildə Mülki hüquq kafedrasının bazası əsasında “Əmək, ailə və kolxoz hüququ” kafedrası adı altında yaradılmış, 1984-cü ildən “Əmək, kənd təsərrüfatı və təbiəti mühafizə hüququ”, 1990-cı ildən “Mülki prosessual və əmək-ailə hüququ”, 1994-cü ildən “Mülki proses, əmək və ekologiya hüququ”, 2011-ci ildən “Əmək və ekologiya hüququ” kafedrası adı altında fəaliyyət göstərir. Əmək və sosial təminat hüququ elmi məktəbinin yaradılması və inkişafı professor Məmmədxan Rəsulovun adı ilə bağlıdır. Kafedranın ilk müdiri professor Əziz Əsədov olmuşdur. Kafedra əməkdaşları tərəfindən hər il təsdiq olunmuş elmi-tədqiqat işlərinin planına uyğun olaraq elmi-tədqiqat işləri aparılır. 2018-ci ildə kafedranın bazasında “Əmək hüququ: sosial təminat hüququ” magistraturası təsis edilmişdir. Əmək və ekologiya hüququ kafedrası üzrə bakalavr təhsil pilləsində: “Əmək hüququ”, “Sosial təminat hüququ”, “Ekologiya hüququ” və s, magistratura təhsil pilləsində isə “Əmək hüququnun aktual problemləri”, “Əmək mübahisələri və onların həlli qaydası”, “Əmək hüququnda əmək haqqında müqavilələr”, “Sosial təminat hüququnun problemləri”, “Müqayisəli sosial təminat hüququ”, “Müqayisəli əmək hüququ”, “Pensiya hüququnun problemləri”, “Sosial xidmətin hüquqi tənzimlənməsi”, “Sosial təminat üzrə müavinətlər və təqaüdlər” və s. kimi fənlər tədris olunur.
Hazırda kafedra 7 nəfər professor-müəllim heyəti və 1 nəfər böyük laborantdan ibarət tərkibdə fəaliyyət göstərir. Kafedranın 5 doktorantı və 16 magistrantı vardır.