16 avqust 1987-ci ildə anadan olmuşdur. Subaydır.
Təhsili, elmi dərəcəsi və elmi adları
2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb;
2008-2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Cinayət hüququ, сinayət prosesi, кriminalistika və məhkəmə ekspertizası” ixtisası üzrə magistr təhsili alıb;
2011-2014-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminologiya” kafedrasının Fəlsəfə proqramı üzrə əyani doktorantı olub;
2015-ci ildə “Mülkiyyət əleyhinə edilən cinayətlərə görə sanksiyaların qurulmasının problem məsələləri” mövzusunda dissertasiya işini Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır;
2018- hal-hazıradək BDU Cinayət hüququ və kriminologiya kafedrasının Elmlər doktoru proqramı üzrə qiyabi doktorantıdır və “Korrupsia cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə cinayət-hüquqi mübarizənin problemləri” mövzusunda dissertasiya üzərində çalışır.
Əmək fəaliyyəti
2008-2012 – Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “Sənaye müəssisələri və Təmir-Tikinti Birliyi”nin Mexanizasiya və Tikinti İstehsalat İdarəsində hüquqşünas;
2014-2018 – Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasında müəllim;
2015-2016 – Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət;
2018 – hal-hazıradək BDU Cinayət hüququ və kriminologiya kafedrasının dosenti.
Tədqiqat sahələri
·Cinayət hüququ;
·Kriminologiya;
·Cəza-icra hüququ;
Transmilli cinayətlər;
İqtisadiyyatın hüquqi tənzimlənməsi.
Elmi fəaliyyəti və nailiyyətləri
Xaricdə və ölkə daxilində çap edilmiş 25-ə qədər elmi əsərin, o cümlədən 1 dərsliyin, 1 monoqrafiyanın, 4 tədris proqramının müəllifi.
Təltifləri
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətini şərəflə başa vurması münasibəti ilə hərbi hissə komandiri tərəfindən ailəsinə göndərilmiş “Təşəkkür Məktubu”;
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nümunəvi xidmətlərinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş “Fəxri Fərman”.
Seçilmiş əsərləri
Elmi məqalələr (xaricdə çap edilmiş)
- Асланов О.Р. Роль и важность санкций в борьбе с преступлениями против собственности в Уголовном кодексе Азербайджанской ССР 1922 года // Исторические, философские, политические и юридические науки, культурология и искусствоведение. Вопросы теории и практики. Серия «Юридические науки». Москва, 2013, № 4, s.101-107;
- Асланов О.Р. Классификация уголовно-правовых санкций // Вестник Московского государственного областного университета, Серия «Юриспруденция». Москва, № 1 / 2013 (1), c.86-91.
Elmi məqalələr (Respublikada çap edilmiş)
- Aslanov O.R. Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyində torpaqların ekoloji-hüquqi mühafizəsi // Milli Aviasiya Akademiyasının Elmi Məcmuələri. Bakı, Aprel-İyun 2018, Cild 20, № 2, s.128-132;
- Aslanov O.R. Azərbaycan Respublikasının 1999-cu il Cinayət Məcəlləsində suyun (su mənbələrinin) çirkləndirilməsi ilə mübarizənin cinayət-hüquqi əsasları // Polis Akademiyasının Elmi Xəbərləri (elmi hüquq jurnalı). Bakı, 2018, №1-2, s.52-56;
- Aslanov O.R. Mülkiyyət əleyhinə edilən cinayətlərlə mübarizədə “Dövlət müəssisələrinin, kolxoz və kooperasiya əmlakını mühafizə etmək və ictimai (sosialist) mülkiyyəti möhkəmləndirmək haqqında” 7 avqust 1932-ci il Qanununun tarixi əhəmiyyətli yeri və rolu // Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2015, № 1 (41), s.80-83;
- Aslanov O.R. Cinayət hüququnda sanksiyaların anlayışı // Milli Aviasiya Akademiyasının Elmi Məcmuələri. Bakı, Oktyabr-Dekabr 2014, Cild 16, № 4, s.119-123;
- Aslanov O.R. Ağırlaşdırıcı hallarda mülkiyyət əleyhinə edilən cinayətlərə görə xüsusi müsadirənin tətbiqi məsələləri // Elmi əsərlər (beynəlxalq elmi-nəzəri jurnal). Bakı, 2014, № 1 (22), s.280-284;
- Aslanov O.R. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 2 iyul 2001-ci il Qanununun mülkiyyət əleyhinə edilən xüsusilə ağır cinayətlərə təsiri // Milli Aviasiya Akademiyasının Elmi Məcmuələri. Bakı, Oktyabr-Dekabr 2013, Cild 15, № 4, s.184-189;
- Aslanov O.R. 1999-cu il Cinayət Məcəlləsində mülkiyyət əleyhinə edilən ağır cinayətlərə görə məsuliyyət müəyyən edən sanksiyaların təkmilləşdirilməsi problemləri // Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri. Humanitar elmlər seriyası. Bakı, 2013, № 38, s.103-109;
- Aslanov O.R. Cinayət-hüquqi sanksiyaların tipləri // Məhkəmə ekspertizası, Kriminalistika və Kriminologiyanın aktual məsələləri (elmi əsərlər məcmuəsi). Bakı, 2013, № 59, s.214-219;
- Aslanov O.R. Azərbaycan Respublikasının 1999-cu il Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzanın məqsədləri haqqında // Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki jurnal), 2013, № 1 (33), s.86-91;
- Aslanov O.R. Cinayət-hüquqi sanksiyaların qurulmasının problem məsələlərinə dair // Qanun, 2011, № 04 (204), s.48-52;
- Aslanov O.R. Cəzaya qənaət prinsipinin alternativ sanksiyaların qurulmasında rolu və yeri // Qanun, 2010, № 11-12 (199-200), s.34-39.
Konfrans materialları (xaricdə çap edilmiş)
- Асланов О.Р. Собственность и право собственности как объекты уголовно-правовой защиты в Азербайджанской Республике // «Вопросы современной юриспруденции»: материалы международной заочной научно-практической конференции (23/10/2013 г.). Новосибирск, изд. «Сибирская ассоциация консультантов», 2013, с.152-158.
Konfrans materialları (Respublikada çap edilmiş)
·Aslanov O.R. SSRİ Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il tarixli “Dövlət əmlakını və ictimai əmlakı oğurlamaq üstündə cinayət məsuliyyəti haqqında” Fərmanının mülkiyyət əleyhinə edilən cinayətərlə mübarizədə tarixi əhəmiyyətli yeri və rolu // Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş “Müasir dövrdə Azərbaycan Respublikasında Hüquq elminin və təhsilinin əsas inkişaf tendensiyaları” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfransın materialları. Bakı, 1-2 iyun 2017-ci il, II cild, s.142-144;
Aslanov O.R. Alternativ sanksiyalı normalarda əlavə cəza məsələsi // Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci il dönümünə həsr olunmuş “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda Hüquq fakültəsi professor-müəllim heyətinin, aspirant, dissertant və magistrantların 10-cu elmi-praktik konfransın materialları. Bakı, 14-15 may 2010, s.258-262;
Aslanov O.R. Cinayət hüququnun Xüsusi hissəsində alternativ sanksiyaların vəziyyəti // Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı il dönümünə həsr olunmuş “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda Hüquq fakültəsi professor-müəllim heyətinin, aspirant, dissertant və magistrantların 9-cu elmi-praktik konfransının materialları. Bakı, 14 may 2009, s.158-161.
Monoqrafiyalar
·Aslanov O.R. Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyində mülkiyyət əleyhinə edilən cinayətlərə görə müəyyən edilən sanksiyaların təkmilləşdirilməsi problemləri. Bakı: “Mütərcim” nəşriyyatı, 2018, 272 s.
Dərslik, dərs vəsaiti, tədris-metodiki vəsaitlər
Aslanov O.R. Mülkiyyət əleyhinə olan cinayətlər. Bakı: “Mütərcim” nəşriyyatı, 2021, 344 s. (Dərslik)
Proqramlar
Aslanov O.R., Səmədova Ş.T. İdman sferasında cinayətlərlə beynəlxalq və milli hüquqi mübarizə. Bakı: Mütərcim nəşriy., 2022, 20 s. (magistratura)
Aslanov O.R. İqtisadi cinayətkarlığa qarşı mübarizə. Bakı: “Mütərcim” nəşriyyatı, 2021, 22 s. (magistratura)
Асланов О.Р., Джафаров Г.Р., Рзаева С.Н., Кулиев Д.М., Уголовно-исполнительное право. Bakı: “Mütərcim” Tərcümə və Nəşriyyat Poliqrafiya Mərkəzi. 2021, 24 s. (bakalavriat)
Aslanov O.R., Quliyev C.M., Rzayeva S.N. Cəza-icra hüququ. Bakı: “Mütərcim” nəşriyyatı, 2020, 24 s. (bakalavriat)