10 yanvar 1960-cı ildə anadan olmuşdur.
Təhsili, elmi dərəcəsi və elmi adları
- 1988-ci ildə BDU Hüquq fakültəsini bitirmişdir;
- 1991-1994-cü illərdə BDU-da istehsalatdan ayrılmadan “Əmək hüququ; sosial təminat hüququ” ixtisası üzrə aspiranturada təhsil almışdır.
- 1994-cü ildə BDU-da “Əmək və bəzi mülki hüquq münasibətlərindən əmələ gələn əvəzli və əvəzsiz əmlak səlahiyyətlərinin qarşılıqlı əlaqə sistemi”mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi almışdır;
- 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı almışdır.
- 2003-cü ildə BDU-da “Azərbaycan Respublikasının əmək hüququnda qarşılıqlı maddi məsuliyyət” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır;
- 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı almışdır.
Əmək fəaliyyəti
- 1977-1979 və 1981-1988-ci illərdə BMHK-da fəhlə, yataqxana müdiri;
- 1988-1989 – Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon xalq məhkəməsində kuryer, kargüzar, dəftərxana müdiri;
- 1989-1991 – BDU Hüquq fakültəsinin qiyabi şöbəsinin metodisti;
- 1991-1995 – BDU Hüquq fakültəsinin Mülki proses və əmək-ailə hüququ kafedrasının müəllimi, baş müəllimi;
- 1995-2001 – BDU Hüquq fakültəsinin dekan müavini;
- 1995-2011– BDU Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının dosenti, professoru;
- 2002-2011 – BDU Hüquq fakültəsinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri;
- 2011 – hal-hazıradək – BDU Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri;
- 2011 – hal-hazıradək – BDU Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının 0,5 ştat daxili əvəzçiliklə professoru.
Tədqiqat sahələri
Əmək hüququ;
Sosial təminat hüququ;
Ekologiya hüququ.
Elmi fəaliyyəti və nailiyyətləri
- Respublikada nəşr edilən «Qanun», Azərbaycan Respublikası DİN Polis Akademiyasının Elmi Xəbərləri, Rusiya Federasiyasında nəşr edilən «Трудовое право в России и за рубежом», «Пробелы в Российском законодательстве», Belarusiyada nəşr edilən «Əmək və sosial hüquq» jurnallarının redaksiya heyətinin üzvü;
- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü;
- Rusiya Hüquq Elmləri Akademiyasının üzvü;
- Müdafiə edilmiş 7 hüquq üzrə fəlsəfə doktoru dissertasiya işinin elmi rəhbəri, 1 hüquq üzrə elmlər doktoru dissertasiya işinin elmi məsləhətçisi;
- 360-dan çox əsərin, o cümlədən 25 xaricdə çap edilmiş əsərin, 3 dərsliyin, 14 dərs vəsaitinin, 12 monoqrafiyanın, 12 kitabın, 4 metodik vəsaitin, 41 tezisin müəllifi, 60-dan çox tədris proqramının tərtibçisi, 108 əsərin elmi redaktoru, 90 elmi əsərin rəyçisi.
Təltifləri:
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 10 fevral 2000-ci il tarixli qərarı ilə “Fəxri Fərman”;
- 2003-cü ildə “VEKTOR” Beynəlxalq Elmi Mərkəzi mükafat komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış hüquqşünasları” beynəlxalq layihəsinin qalibi olmuş və “XXI əsrin tanınmış hüquqşünasları” Beynəlxalq diplom;
- Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı;
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Sədrinin 14 yanvar 2010-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xüsusi medalı;
- Azərbaycan Respublikası Təhsil nazirinin 21 yanvar 2010-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı;
- 2014-cü ilin nəticələrinə əsasən BDU üzrə ən yüksək elmi uğurlar əldə etdiyinə görə «İlin alimi» fəxri adı;
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 13 fevral 2016-cı il tarixli qərarı ilə «Həmkarlar ittifaqında xidmətlərinə görə» medalı;
- Azərbaycan Respublikası Təhsil nazirinin 25 noyabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı;
- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə “Azərbaycan vəkilliyinin 100 illiyi (1919-2019)” yubiley döş nişanı;
- Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin 01 mart 2021-ci il tarixli qərarı ilə “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illiyi (1920-2020)” yubiley döş nişanı;
- Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının qərarı ilə «Qızıl qələm» mükafatı.