1 oktyabr 1992-ci ildə anadan olmuşdur. Ailəlidir, 2 övladı var.
Təhsili:
- 2014-cü ildə BDU Hüquq fakültəsinin bakalavr pilləsini bitirmişdir.
- 2018-ci ildə BDU Hüquq fakültəsinin magistr pilləsini “Transmilli cinayət hüququ” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
- 2021-ci ildən BDU hüquq fakültəsində “Cinayət hüququ və kriminologiya: cəza-icra hüququ” ixtisası üzrə doktoranturada təhsil alır.
Əmək fəaliyyəti:
- 2018 – 2019 - “Themis Hüquq Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı - hüquqşünas,
- 2019- hal-hazıradək - Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, "Konstitusiya hüququ" kafedrası – saathesabı müəllim
Elmi məqalələri:
- “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasının mərhələləri”, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir Dövrdə Azərbaycan Respublikasında Hüquq Elminin və Təhsilinin Əsas İnkişaf Tendensiyaları” mövzusunda Beynəlxalq Elmi-praktiki konfransın materialları, 1-2 iyun, II Cild, Bakı 2017. Səh:180-182
- “Cinayət yolu ilə əldə edilmiş pul vəsaiti və ya digər əmlakın leqallaşdırılması üsulları”, (Həbib Cəfərovun birgə müəllifliyi ilə), Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir Dövrdə Azərbaycan Respublikasında Hüquq Elminin və Təhsilinin Əsas İnkişaf Tendensiyaları” mövzusunda Beynəlxalq Elmi-praktiki konfransın materialları, 1-2 iyun, II Cild, Bakı 2017. səh: 214-217