01 may 1979-cı ildə anadan olmuşdur. Ailəlidir, 3 övladı var.
Təhsili, elmi dərəcəsi və elmi adları
- 2000-ci ildə Moskva Dövlət Sosial Universiteti Hüquq fakültəsini bitirmişdir;
- 2001-2005-ci illərdə Rusiya Hüquq Akademiyası-da “Dövlət və Hüquq nəzəriyyəsi” ixtisası üzrə aspiranturada təhsil almışdır;
- 2005-ci il aprel ayının 4-də Rusiya Hüquq Akademiyasında Hüquq üzrə fəlsəfə doktoru dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır;
- 2006-2010-cu ildə Rusiya Hüquq Akademiyasında “İnformasiya hüququ ” ixtisası üzrə doktoranturada təhsil almışdır;
- 2016-cı il dekabr ayının 12-də BDU-da Hüquq üzrə elmlər doktoru dissertasiyası işini müdafiə edərək elmlər doktoru dərəcəsi almışdır.
Əmək fəaliyyəti
- 2006-2008 – Neft-Kimya Prosesləri İnstitutu hüquqşunaz;
- 2008-2010 – BDU Hüquq fakültəsinin Konstitusiya Hüququ Kafedrasının müəllimi;
- 2010-2013 – BDU Hüquq fakültəsinin Konstitusiya Hüququ Kafedrasının dosent əvəzi;
- 2013-2017 – BDU Hüquq fakültəsinin Konstitusiya Hüququ Kafedrasının dosenti;
- 2017 – hal-hazıradək – BDU Konstitusiya Hüququ Kafedrasının professoru;
- 2017 – hal-hazıradək – BDU FD 02.013 Dissertasiya Şurasının üzvü.
Tədqiqat sahələri
- Konustitusiya quruluşunun əsasları;
- Dövlət qulluğu;
- İnzibati məsuliyyət;
- İnformasiya hüququ.