ELMİ İSTİQAMƏT VƏ ELMİ-TƏDQİQAT MÖVZULARI

İstiqamət: Cinayət prosesi

1. Cinayət prosesində məhkəmənin (hakimin) hüquqi statusu

Mövzunun rəhbəri: prof. F.M.Abbasova

İcraçılar: prof. F.M.Abbasova

Məqsəd: Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin nəzəri və normativ-hüquqi əsaslarının tədqiq edilməsi və cinayətkarlığa qarşı mübarizəyə dair dövlət siyasətinin realizə edilməsində məhkəmə hakimiyyətinin rolunun müəyyən edilməsidir.

 


 

İstiqamət: Cinayət prosesi

2. Cinayət prosesində iştirak edən digər şəxslər: cari vəziyyət və inkişaf perspektivləri

Mövzunun rəhbəri: prof. F.M.Abbasova

İcraçılar: prof. M.S.Qəfərov

Məqsəd: Cinayət prosesində hal şahidləri institutunun mövcud olma səbəblərini, müasir dövrdə bu instituta olan ehtiyacın reallıq dərəcəsini, onun əvəzlənməsi və ya şəkil dəyişməsi perspektivlərini öyrənmək və qiymətləndirməkdir. Həmçinin, tədqiqat məq-sədi kimi cinayət prosesində şahidlərin prosessual vəziyyətinin təhlili çıxış edir.

 


 

İstiqamət: Cinayət prosesi

3. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keşirən pro-kurorun hüquqi vəziyyəti

Mövzunun rəhbəri: prof. F.M.Abbasova

İcraçılar: dos. C.Z.Xəlilov

Məqsəd: Məhkəməyədək icraatda qanunçuluğun əsas təminatçısı hesab edilə biləcək (məhkəmə nəzarəti institutu ilə yanaşı) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qüvvədə olan cinayət-prosesual qanunvericiliklə təsbit edilmiş bütün prosessual hüquqlarının və vəzifələrinin təhlil edilməsindən ibarətdir.

 


 

İstiqamət: Cinayət prosesi

4. Məhkəməyədək icraatda təhqiqatçı və müstəntiqin rolu

Mövzunun rəhbəri: prof. F.M.Abbasova

İcraçılar: dos. M.A.Qasımova

Məqsəd: Məhkəmə baxışı və işin mahiyyəti üzrə həlli üçün əsas sübut bazasını forma-laşdıran məhkəməyədək icraat növlərinin birbirindən fərqləndirilməsi (differensasiya) əsaslarının müəyyən edilməsindən və onların hər birinin yerinin, rolunun, vəzifələrinin xarakterizə edilməsindən ibarətdir.

 


 

İstiqamət: Cinayət prosesi

5. Cinayət prosesində zərər şəkmiş şəxs və xüsusi ittihamçı

Mövzunun rəhbəri: prof. F.M.Abbasova

İcraçılar: dos. Q.V.Cəfərov

Məqsəd: Cinayət qurbanlarının cinayət prosesində rəsmi “zərərçəkmiş şəxs” statu-sunun alınması əsaslarının və prosedur qaydalarının təhlil edilməsindən, cinayət qurbanlarının kriminoloji, cinayəthüquqi və prosessual-hüquqi statuslarının fərqlən-dirilməsindən ibarətdir.

 


 

İstiqamət: Cinayət prosesi

6. Cinayət mühakimə icraatında mülki iddiaçı və mülki iddiaçı müstəqil subyektlər kimi

Mövzunun rəhbəri: prof. F.M.Abbasova

İcraçılar: dos. K.E.Hüseynova

Məqsəd: Cinayət əməli nəticəsində dəymiş müxtəlif zərər növlərinin məhz cinayət mühakimə icraatı daxilində baxılan mülki iddia qaydasında həlli yolu ilə əvəzinin ödənilməsinin mənfi və müsbət cəhətlərinin, eləcə də qüvvədə olan cinayət-prosessual qanunvericiliyin müvafiq müddəalarının təhlil edilməsindən ibarətdir.

 


 

İstiqamət: Cinayət prosesi

7. Cinayət prosesində nümayəndələr və hüquq varisləri

Mövzunun rəhbəri: prof. F.M.Abbasova

İcraçılar: h.e.d. Ə.Ə.Qasımov

Məqsəd: “Cinayət-prosessual fəaliyyət qabiliyyəti” institutunun ümumi hüquq nəzəriyyəsi və cinayət-prosessual hüququn mövcud müddəaları əsasında tədqiq edilməsindən və bu instituta cinayət prosesində təmsilçilik funksiyasını zəruri edən amil kimi baxılmasından ibarətdir.

 


 

İstiqamət: Cinayət prosesi

8. Müdafiəçinin cinayət-prosessual hüquqi statusu

Mövzunun rəhbəri: prof. F.M.Abbasova

İcraçılar: h.ü.f.d. A.M.Atakişi

Məqsəd: Cinayət prosesində müdafiəçi qismində iştirak etməsinə yol verilən şəxslərin cavab verməli olduğu tələblərin, o cümlədən “müdafiəçinin iştirakının məcburi halları”nın təcrübi və elmi əsaslarının tədqiq edilməsindən ibarətdir.

 


 

İstiqamət: Cinayət prosesi

9. Cinayət prosesində dövlət ittihamşısının iştirakı məsələləri

Mövzunun rəhbəri: prof. F.M.Abbasova

İcraçılar: dos.əv.R.H.Rüstəmov

Məqsəd: Cinayətkarlığa qarşı mübarizəyə dair dövlət siyasəti üçün “dövlət ittihamı” və onun məhkəmədə müdafiə edilməsi funksiyasının mahiyyətinin və əhəmiyyətinin açıqlanmasından, o cümlədən, bu funksiyanın subyekti kimi dövlət ittihamçısının hüquq və vəzifələri sistemini təhlil etməkdən ibarətdir.

 


 

İstiqamət: Cinayət prosesi

10. Şübhəli və təqsirləndirilən şəxs barəsində icraat aparılan əsas subyektlər kimi

Mövzunun rəhbəri: prof. F.M.Abbasova

İcraçılar: müəl.S.V.Sadıqova

Məqsəd: Müdafiə tərəfinin əsas subyektlərindən biri olan “şübhəli şəxs”in cinayət prosesində bu statusu əldə etməsi əsasları və müddətlərini, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraatda və məhkəmədə hüquq və vəzifələrini təhlil etməkdən ibarətdir.

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət