ELMİ İSTİQAMƏT VƏ ELMİ-TƏDQİQAT MÖVZULARI

İstiqamət: Hüquq

  1. Cinayətlərin aşılması və istintaqın təşkilatı və ekspert-kriminalistik təminatı

Mövzunun rəhbəri: h.ü.e.d., prof.Kamil Səlimov

İcraçılar: Mübariz  Mustafayev, İpək Abasova, Rəna Quliyeva, Bəxşeyiş Əsgərov,Qardaş Hüseynov

Elmi tədqiqat işi 1.

Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Kamil Səlimov

Aktuallığı:    ABŞ Kəşfiyyat  Birliyinin ABŞ ərazisin də cinayət və terror aktları üzərində geniş səlahiyyətə malik yeganə üzvü kimi, FTB vətənə milli təhlükəsizlik təhdidlərini qabaqlamaqla bütün amerikalıları qorumaq üçün and içməklə vəzifə daşıyır. FTB-nin missiyası Konstitusiyaya riayət etmək və Amerika xalqını qorumaqdır.

Məqsədi: FTB-nin missiyası Amerika xalqını qorumaq və Birləşmiş Ştatların Konstitusiyasına riayət etməkdir.

Alınmış nəticələr: FTB İstintaq Yurisdiksiyası: FTB-nin istintaq səlahiyyətləri istənilən federal hüquq-mühafizə orqanlarının əngenişidir. Buna görədə o, uzun müddətli, hərtərəfli araşdırmaları vurğulayan strateji yanaşmanı mənimsəmişdir. FTB-nin araşdırma fəlsəfəsi digər federal, əyalət, yerli və beynəlxalq hüquq-mühafizə və kəşfiyyat orqanları ilə sıxəlaqələri və məlumat mübadiləsinidə vurğulayır. Əhəmiyyətli sayda FTB araşdırmalar digər hüquq-mühafizə orqanları ilə birgə və yabirgə işçiqruplarının bir hissəsi kimi aparılır.

 


 

Elmi tədqiqat işi 2. Hüquqi mūəyyənlik hūququn ūmumi prinsiplərinin təzahūrū kimi

                      Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Mübariz  Mustafayev, Bəxşeyiş Əsgərov

Aktuallığı:   Bildiyimiz kimi formal hüquqi müəyyənlik hüququnxassələrindən biri kimiçıxış edir.Formal müəyyənlik və hüquqi müəyyənlik sinonim anlayışlar kimi çıxış etsə də, son dövrlərdə hüquqi müəyyənlik hüququn  prinsipi kimi təqdim edilir və onun mahiyyətinin qanunların aydın və dəqiq yazılmasında ifadə olunur. Lakin müəlliflərin apardığı təhlildən belə nəticəyə gəlmək olur ki, hüquq normasında, qanunda ifadə olunmuş fikrin aydınlığı hələ onun hüquqliyi  və səmərəliliyianlamınaanlamına üçün  kifayət etmir. Tədqiqatçıların fikrincə, hüquqi müəyyənlik  hüququn ümumi prinsiplərinin  realizəsinin nəticəsi kimi  çıxış etməlidir

Məqsədi:     Formal müəyyənlik və hüquqimüəyyənlik cinayətprosesinin prinsiplərinitəhlil etməklə cinayət-prosessual qanunverilicilikdəmövcüd olan  boşluqları  və   ziddiyətlərin aradan qaldırılmasına nail olmaq.

Alınmış nəticələr: CPM-in bir sıra maddələrinin təkmilləşdirilməsi üçün əsaslandırılmış təkliflər verilmişdir.

 

 


 

Elmi tədqiqat işi 3. Cinayətlərin istintaqı və açılmasında informasiya texnologiyaların istifadə edilməsi Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: İpək Abbasova

Aktuallığı: Cinayətlərin istintaqı və açılmasında xüsusi biliklərdən istifadənin formaları” adlanan  elmi tədqiqat işi xüsusi biliklərin cinayətkarlıqla mübarizədə mühüm əhəmiyyəti və təcrübədəki bəzi boşluqların aradan qaldırılması məqsədilə tədqiqat obyekti kimi seçilmişdir. İşdə  xüsusi biliklərlə bağlı prosessual, təşkilati-taktiki, texniki üsul və vasitələr və s. məsələlər araşdırılaraq onların tətbiqi xüsusiyyətləri, eləcə də onların nəticələrinin cinayətlərin istintaqında sübuti əhəmiyyəti  öz əksini tapmışdır.Burada həmçinin faktların bilavasitə qavranılması və faktların adi gözlə görünməyən xüsusiyyətlərinin və qarşılıqlı əlaqələrinin xüsusi biliklərdən istifadə edilməklə aydınlaşdırılmasının xüsusiyyətləri də təhlil edilmişdır.

Xüsusi biliklərin prosessual formada tətbiqinin yalnız cinayət-prosessual qanunvericiliklə, qeyri-prosessual formada xüsusi biliklərin tətbiqinin isə digər qanunvericilik aktları ilə (məsələn, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunla və s.) tənzimləndiyi qeyd edilməklə yanaşı, bu formaların tətbiqi xüsusiyyətlərinin təhlilinə də elmi-tədqiqat işində yer verilmişdir.

Məqsədi:  Cinayətlərin istintaqında xüsusi biliklərin tətbiqi formaları və onlardan  cinayətkarlıqla mübarizədə səmərəli istifadənin taktiki və təşkilati xüsusiyyətləri araşdırılmaqla müvafiq təklifləri sürüləcəkdir

Alınmış nəticələr: Cinayətlərin istintaqı və açılmasında xüsusi biliklərdən istifadənin formaları” adlanan  elmi tədqiqat işində xüsusi biliklərdən ibtidai araşdırmada məqsədyönlü, səmərəli istifadə edilmədiyi hallarda rast gəlinən müxtəlif xarakterli pozuntuların aradan qaldırılması üçün kriminalistik təkliflər verilmiş,eləcə də müxtəlif növ kriminalistik ekspertizaların (ənənəvi kriminalistik ekspertizalar və qeyri-ənənəvi kriminalistik ekspertizalar) təyin edilməsi zamanı ekspertizanın növlərindən asılı olaraq materialların (sərbəst, eksperimental və şərti sərbəst nümunələrin) hazırlanması, eyniləşdirici, diaqnostik və təsnifləşdirici məsələlərin həll edilməsindən asılı olaraq sualların formulə edilməsi və s. ilə bağlı tövsiyələr verilmişdir

 


 

Elmi tədqiqat işi 4. Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Rəna Quliyeva

Aktuallığı: Şəxsiyyətin eyniləşdirilməsinin ənənəvi metodlarını nəzərdən keçirmək və cinayətlərin effektiv araşdırılmasına imkan yaradan şəxsiyyətin eyniləşdirməsində (DNT-eyniləşdirmə) elmi kəşflərinin yeni imkanlarını tədqiq etmək.

Məqsədi:  Şəxsiyyətin eyniləşdirilməsinin ənənəvi metodlarını nəzərdən keçirmək və cinayətlərin effektiv araşdırılmasına imkan yaradan şəxsiyyətin eyniləşdirməsində (DNT-eyniləşdirmə) elmi kəşflərinin yeni imkanlarını tədqiq etmək.

Alınmış nəticələr: Alınmış nəticələri elmi seminar, məqalə, konfrans tezislərin yazılmasında və mühazirədə istifadə etmək

 


 

Elmi tədqiqat işi 5. Elmi tədqiqat işi üzrə çalışan əməkdaşlar: Qardaş Hüseynov

Aktuallığı:   Cinayətkarlıq bazar iqtisadiyyatına xas olan faktorlardan biridir. BMTN-nin məlumatına görə dünyada törədilmiş cinayətlərin 82%-i iqtisadi və əmlak cinayətləridir. Bütün bunlar ondan irəli gəlir ki, hal-hazırda təftişin aparılması üsulları günün tələbinə cavab vermir. Cinayətkarların törətdiyi cinayət üsulları elmi qabaqlamaqdadır. Bu nöqsanlar əsasən təftişin düzgün təşkil edilməməsi və vaxtında aparılmaması ilə əlaqədardır.

Mövzunun aktuallığı məhz yuxarıda qeyd edilənlərdən ibarətdir. Təftişin nəticəsinin rəsmiləşdirilməsi təftiş aktının tərtib edilməsi vasitəsilə həyata keçirilir. Təftiş aktında maddi məsul şəxslərin imzası, lazım gələrsə, onların bəzi məsələlərin təkzib etdikləri sənədlər mütləq nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, maddi məsul şəxslərin təşkil etdiyi məsələlər haqqında ilk uçot sənədləri təkzibata əlavə olunmalıdır.

Məqsədi- İlkin təftiş, əlavə təftiş və təkrar təftişin təyin edilməsində və aparılmasındaolan nöqsanların araşdırılması və təkmilləşdirilməsi yollarının müəyyən etmək

Alınmış nəticələr: Araşdırma nəticəsində belə qənaətə gəlmişik ki, təftişin aparılmasının ən optimal üsulu onun avtomatlaşdırılmasıdır. 

Məqsəd:   Bütünlükdə elm və texnikanın, həmçinin ekspert-kriminalistik metodikanın sürətli inkişafını nəzərə alaraq cinayətlərin açılması və istintaqının təşkili prosesində meydana çıxan problemləri aydınlasdırmaq və onların həlli yollarını göstərmək.

Nəticə: Əhəmiyyətli sayda FTB araşdırmalar digər hüquq-mühafizə orqanları ilə birgə və ya birgə işçi qruplarının bir hissəsi kimi aparılır; CPM-in bir sıra maddələrinin təkmilləşdirilməsi üçün əsaslandırılmış təkliflər verilmişdir; müxtəlif xarakterli pozuntuları aradanqaldırması üçün kriminalistik təkliflər verilmişdir; alınmış nəticələri elmi seminar, məqalə,konfrans tezislərin yazlılmasında və müharizədə istifadəetmək; araşdırma nəticəsində belə qənaətə gəlmişik ki, təftişini aparılmasının optimal üsulu onun avtomatlaşdırılmasıdır.

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət