İstiqamət: Mülki proses və kommersiya hüququ
Mövzunun rəhbəri: Elçin Xələfov
İcraçılar: Elçin Xələfov
Məqsəd: Tamamilə aydındır ki, dövlət təsir etməsinin hüquqi formalarında bu proqramdan irəli gəlməlidir.
Nəticə: Bu problemlə bağlı olan digər məsələ dövlət idarəetmə orqanları sisteminin və iş üsullarının təkmilləşdirilməsidir. İdarəetmə orqanlarını yeni prinsiplər əsasında fəaliyyət göstərməsi bazar münasibətlərinə və bununlada sahibkarlıq fəaliyyətinə yeni təkan verəcəkdir.
İcraçılar: Afət Mirzəyeva
Məqsəd: Mühüm iştirak paylarının sahibi olan bir və ya bir neçə təsisçisinin banka təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar məlum deyildir;
bank ilə mühüm iştirak payı olan xarici bank və ya xarici bank holdinq şirkəti arasında münasibətlər Mərkəzi Bankın nəzarət funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır, təsisçi bankın və ya bank holdinq şirkətinin yerləşdiyi ölkədə bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara səmərəli nəzarət həyata keçirilir, həmçinin bu ölkənin bank tənzimləməsi və nəzarəti orqanları ilə əməkdaşlıq edəcəkdir;
mühüm iştirak paylarının sahibləri olan fiziki şəxslər və hüquqi şəxslərin icra orqanlarının rəhbərləri professional keyfiyyətlərə malik şəxslər olduqda.
Nəticə: Bankın və ya xarici bankın yerli filialının biznes-planı, o cümlədən maliyyə proqnozları adekvatdır;
- yerli törəmə bank xarici hüquqi şəxsin (xarici bank və ya bank holdinq şirkəti istisna olmaqla) törəmə strukturu deyildir;
- bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, xarici bank və ya xarici bank holdinq şirkəti törəmə bankın gələcək öhdəliklərinin ödəniləcəyinə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda təminat verir;
- xarici bank yerli filialının gələcək öhdəliklərinin lazımınca və vaxtında ödəniləcəyinə təminat verir.Bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, təsisçi xarici bankın və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı törəmə bankın təsis edilməsinə icazə vermiş və Palata ilə həmin orqan arasında məsləhətləşmələrdən sonra müəyyən olunmuşdur ki, xarici banka və ya xarici bank holdinq şirkətinə və onların törəmə banklarına (xarici və yerli) bu orqan tərəfindən konsolidasiya əsasında lazımi nəzarət həyata keçiriləcəkdir;
- təsisçi xarici bankın ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı yerli filialın açılmasına icazə vermiş və bankın fəaliyyətinə lazımi nəzarəti həyata keçirir;
- bank şirkətlər qrupunun üzvüdürsə, bu cür üzvlük Maliyyə Bazarlarına Nəzarət PalatasınınvəMərkəzi Bankın nəzarət funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır;
- təsisçilərin və ya yerli filial açan xarici bankın müvafiq sənədlərlə təsdiq olunmuş maliyyə vəziyyəti qənaətbəxşdir;
- bankın və ya xarici bankın yerli filialının lisenziyalaşdırılması üçün təqdim etdiyi sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.
İcraçılar: Mubariz Yolçiyev
Məqsəd: Bununla birlikdə təkcə yeni, ixtira səviyyəli olan (bəlli olmayan) və sənayedə tətbiq edilə bilən (faydalı) ixtira obyektinə hüquqi mühafizə verilir və qeydiyyata alınır. Digər tərəfdən kəşflər, elmi nəzəriyyələr, riyazi metodlar, bədii konstruktorluq işinin nəticəsi (dizayn), təsərrüfatın və əqli fəaliyyətin təşkili, idarə edilməsi metodları, oyunların qaydaları və metodları, kompüter alqoritmləri və proqramları, informasiyanın təqdimi üsulları, şərti işarələr, cədvəllər və qaydalar, qurğu (tikili kimi qurğu), bina, ərazi layihələri və planlaşdırma sxemləri, mikroorqanizmlər istisna olmaqla, bitkilər və heyvanlar, onların mahiyyət üzrə bioloji yetişdirilməsi üsulları (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla), inteqral mikrosxemlərin topologiyası, insan və heyvan orqanizmlərinin müalicəsinin cərrahi və terapevtik üsulları, xəstəliyin diaqnostikası metodları ixtiranın obyekti ola bilməz.
Nəticə: Faydalı model isə, hər hansı bir ixtiranın faydasını artıran yeni və sənayedə tətbiq edilə bilən qurğular faydalı model kimi qeydiyyata alına və mühafizə oluna bilər. Bununla birlikdə məmulatın xarici görkəminə aid edilən və estetik tələblərin təminatına yönələn həllər, inteqral sxemlərin topologiyası faydalı model sayıla bilməz.
İcraçılar: Əsmər Əliyeva
Məqsəd: Başqa bir güzəşt vergi hesabatlarının verilməsi ilə bağlıdır. Məcəllənin 223.2-ci maddəsinə əsasən Müvəqqəti vergi rejiminin tətbiq edildiyi mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə mənfəət (gəlir) və əmlak vergisi hesabatlarını təqdim etmə müddəti sentyabrın 1-nədək uzadılır. Ötən ilin ödənilməmiş vergi borclarına görə faizlərin işləməsi isə 2020-ci il aprelin 1-dən 2021-ci il yanvar ayının 1-dək dayandırılır.
Nəticə: Koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirinin nəticələri barədə dəqiq rəqəmlər vermək bu gün olduqca çətindir. Bütün dünyada iqtisadçılar, hüquqşünaslar, siyasətçilər hesablamalar aparır, proqnozlar verməyə çalışırlar. Bir şey dəqiqdir-pandemiya son yüzilliklərdə baş vermiş ən ağır böhranla belə müqayisə edə bilməyəcəyimiz dərəcədə dünya təsərrüfatını zədələdi və bu zərbə qarşıdakı bir neçə illər, bəlkə də onillər hələ hiss olunacaqdır. Dünya iqtisadiyyatının önəmli sahələri olan turizm sıfırlandı, xidmət sahələri sıfırlanacaq dərəcədə zəiflədi, əsas istehsalçı ölkələrdə bir neçə aylıq karantin qaydalarına görə istehsal sahələrinin fəaliyyəti ya dayandı, ya da çox azaldı, idxal-ixrac əməliyyatları azaldı, pul dövriyyəsi zəiflədi və s.
İcraçılar: Fərda Cabbarlı
Məqsəd: Mülki proses iştirakçılarının prosessual fəaliyyəti mülki prosessual qanunvericilik baxımından müəyyən edilməlidir.
Nəticə: Bu tədqiqat hər bir proses iştirakcisinin öz hərəkətlərinə və prosesdəki
fəaliyyətlərinə görə məsuliyyət dərəcəsinin artırılması, məhkəmənin sərəncam və göstərişlərinə riayət etməsi və nəticə etibarilə, tamamıilə müstəqil, hec kimdən asılı olmayan məhkəmələrin ədalət mühakiməsini həyata keçirməsi prosesində yaxından iştirak etməsinin əhəmiyyətinin müəyyənləşdirməyə imkan verəcəkdir.
İcraçılar: Aygun Hacıyeva
Məqsəd: Məhdud məsuliyyətli cəmiyyəti hüquqi baxımdan cəlbedici edən ilk növbədə onların məhdud məsuliyyət prinsipi əsasında fəaliyyət göstərmələri, iştirakçıların idarəetmədə iştirakının məcburi olmaması, yaranması və fəaliyyəti ilə bağlı münasibətlərin əhəmiyyətli hissəsinin dispozitiv normalarla və daxili sənədlərlə, o cümlədən nizamnamə ilə tənzimlənməsi, fəaliyyəti barədə məlumatın yayılmasının məcburi olmaması və iştirakçı tərkibinin sabit saxlanmasını mümkün edən normaların mövcudluöudur.
Nəticə: Mütəxəssislər MMC – lərdəki payların dəyərininn iki formasını müəyyən edirlər; payların nominal dəyəri və həqiqi dəyəri. Nominal dəyər MMC təsis edilərkən qoyulan mayanın miqdarı ilə müəyyən edilir və payçının iştirak payının nisbətini bildirir.Həqiqi dəyər isə MMC-nin fəaliyyətinin nəticəsindən asılı olaraq nominal dəyərdən yuxarı və ya aşağı ola bilər.
İcraçılar: Aysel Abbaslı
Məqsəd: Bu elmi-tədqiqat işinin məqsədi müflisləşmə münasibətlərinin anlayışını vermək, müflisləşməni sahibkarlıq subyektlərinin mülki-hüquqi məsuliyyətinin reallaşma üsülü kimi araşdırmaqdır.
Nəticə: Elmi-tədqiqat işinin nəticəsində aşağıdakıları qeyd edə bilərik: müflisləşmə sahibkarın elə bir vəziyyətidir ki, o bu vəziyyətdə kreditorların qanuni tələblərini qarşılaya bilmir. Həmçinin onu deyə bilərik ki, bu vəziyyət bir növ sahibkarlıq subyektlərinin mülki-hüquqi məsuliyyətinə çevrilir. sahəvi mənsubiyyətindən asılı olaraq mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti tətbiq edilir. İntizam məsuliyyətini də istisna etmək olmaz.