Kriminalistika və məhkəmə ekspertizasi kafedrası

 

Kriminalistika və məhkəmə ekspertizası kafedrası 1979-cu ilin dekabr ayında təşkil olunmuşdur. Təşkil olunduğu vaxtdan 1992-ci ilə qədər kafedraya Azərbaycan Respublikasının əməkdar hüquqşünası, professor Kamilə Qiyas qızı Sarıcalinskaya rəhbərlik etmiş, onun kafedranın təşkilində, elmi və pedaqoji kadrların hazırlanmasında müstəsna rolu olmuşdur.

Əsasən kriminalistik texnikanın ayrı-ayrı problemləri, xüsusilə Azərbaycan dilində icra olunmuş əlyazmaları üzrə elmi-kriminalistik tədqiqatlar aparan K.Q.Sarıcalinskaya iyirmiyə yaxın dərslik, dərs vəsaiti, metodik göstəriş, monoqrafiya və əllidən çox çox elmi məqalənin müəllifi olub. Yazının və sənədlərin kriminalistik-texniki tədqiqi sahəsində elmi məktəbin banisi olan K.Q.Sarıcalinskayanın fəaliyyəti nəticəsində kriminalistika sahəsində elmi kadrların, o cümlədən xarici ölkələrin vətəndaşlarının başqa respublikalarda deyil, məhz Kriminalistika kafedrasında hazırlanmasına başlanılmışdır.

1992-ci ildən başlayaraq bu vaxta kimi kafedraya h.e.d. prof. Kamil Nazim oğlu Səlimov rəhbərlik edir. O, 2000-ci ildə «Terrorizmin müasir problemləri» mövzusunda Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Elmi Tədqiqat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. K.N.Səlimovun terrorizmə qarsı mübarizənin kompleks problemlərinin öyrənilməsinə dair elmi məktəbin yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bu problem 1988-ci ildən başlayaraq istər respublika, istərsə də SSRİ məkanında terror aktlarının törədilməsi ilə bağlı olduğu ücün çox böyük aktuallıq kəsb edir. O, həm də terrorizim və ona qarşı mübarizəyə dair respublikamızda bu vaxta qədər olmayan qanunvericilik aktlarının qəbul olunmasına, onların tətbiqinə dair bazanın yaradılmasına və inkişafina səbəb olmuşdur. Problemin həlli siyasət, beynəlxalq hüquq, iqtisadiyyat, cinayət hüququ, əməliyyat-axtarş fəaliyyəti, psixologiya, etnopsixologiya və digər elmlər sahəsində dərin biliklər tələb edir. Fənlərarası kompleks xarakter daşıdığından bu problemin həllinin məhz kriminalistika kafedrasının bazasında tədqiqi, terrorizimlə mübarizə üsullarının digər kafedralarla sıx elmi əlaqələr şəraitində krminalistika kafedrasında tədrisi müasir dövrün reallıqlarından irəli gələrək gercəkləşir.

 Kafedranın nəzdində tədris Kriminalistika laboratoriyası fəaliyyət göstərir. Kriminalistika laboratoriyası hələ 1948-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində kriminalistika fənni Cinayət hüququ kafedrasında tədris edilən zaman fənnin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə kafedranın nəzdində yaradılmışdır. 1950-ci ildən kriminalistika fənni Cinayət prosesi kafedrasında tədris edilməyə başlanmış və kriminalistika laboratoriyası bu kafedranın nəzdində fəaliyyətini davam etdirmişdir, kafedra isə «Cinayət prosesi və kriminalistika» adlandırılmışdır. 1979-cu ilin dekabrında «Kriminalistika və məhkəmə ekspertizası» kafedrası Cinayət prosesi kafedrasından ayrılaraq müstəqil kafedra olduqdan sonra isə və kriminalistika laboratoriyası kafedranın nəzdində fəaliyyətini daha da genişləndirmişdir.

Kriminalistika laboratoriyası Kriminalistikanın fənninin tədrisi prosesində hadisə yerinə baxış zamanı əl, ayaq, nəqliyyat vasitələri və s. izlərin aşkar edilməsi, qeyd edilməsi və götürülməsi; daktiloskopik qeydiyyatın aparılması; istintaq hərəkətlərinin aparılması zamanı kriminalistik elmi-texniki vasitələrin tətbiqi; məhkəmə ekspertizasının təyin edilməsi və aparılması və s. kimi hərəkətlərin praktiki tərəfinin öyrənilməsində tələbələrə yardımcı olub, onlara təcrübi bilik-bacarıqları və vərdişləri aşılayır.

Hal-hazırda fəaliyyət göstərən “Kriminalitika” laboratoriyası üçün Azərbaycanda Hərbi Sənayə Nazirliyi tərəfindən istehsal olunan müxtəlif növ silah və sürsahlar sifariş edilmişdir. Həmçinin  Kriminalistika fənninin tədrisi prosesendə istintaq hərəkətlərinin aparılması zamanı və istintaq hərəkətlərinin praktiki tərəfinin öyrənilməsində tələbələrə təcrübi bilik ,bacarıq və vərdişləri öyrətmək məqsədilə kriminalistika tədrisi laboratoriyasının təchiz edilməsi məqsədilə vasitələrin və müvafiq avadanlıqların alınması üçün müraciət edilmişdi.

Hal-hazırda 7 müəllim, o cümlədən 2 hüquq üzrə elmlər doktoru-professor,dosent; 3 -hüquq üzrə fəlsəfə doktoru,1nəfər-  iqtisad üzrə fəlsəfə doktoru müəllim çalışır.

Hüquqşünas-professor  N.N.Polyanskiy - 1928-1930-cu illərdə Cinayət hüququ kafedrasının müdiri, Kriminalistika fənnini tədris edib.

Professor Cəfər Mövsümov - 1968-1979- Cinayət prosesi kafedrasının müdiri.

Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının baş psixiatoru 1965-1972 illərdə Abasquliyev Əhməd kafedrada “Məhkəmə psixiatriyası” fənnini tədris edib.

Əməkdar elm hadimi, tibb elmləri doktoru, professor,Azərbaycan Respublikasının baş psixiatoru- Ağabəy Sultanov 1972-1990 illərdəkafedrada “Məhkəmə psixiatriyası” fənnini tədris edib.

Əməkdar müəllim, tibb elmləri doktoru,  professor - Qəray Qəraybəyli 1998-2005 illərdə kafedrada “Məhkəmə psixiatriyası” fənnini tədris edib.

Azərbaycan Respublikası, müxbir üzvü, tibb elmləri doktoru, Məhkəmə-Tibb Ekspertiza və Patoloji   Anatomiya Birliyinin direktoru- Şakir Musayev 1997-2012 illərdə kafedrada Məhkəmə təbabəti  fənnini tədris edib.    

Kriminalistika və məhkəmə ekspertizası kafedrası Azərbaycan Respublikasında errorizmə qarşı mübarizənin komplers problemlərinin öyrənilməsinə dair elmi məktəbin yaradılmasında və inkişaf müstəsna rolu vardır. Bu problem 1988-ci ildən başlayaraq istər respublika, istərsə də SSRİ məkanında terror aktlarının törədilməsi ilə bağlı olduğu ücün çox böyük aktuallıq kəsb edir. O, həm də terrorizim və ona qarşı mübarizəyə dair respublikamızda bu vaxta qədər olmayan qanunvericilik aktlarının qəbul olunmasına, onların tətbiqinə dair bazanın yaradılmasına və inkişafina səbəb olmuşdur. SSRİ dövründə terror problemi ətraflı tədqiqatlara təsdiqlənməmiş, beynəlxalq terrorizm problemi ilə bağlı, ayrıca əsərlər olmuşdur. 1988-ci ildən  SSRİ ərazisində o cümldən Azərbaycan ərazisində 367 terror aktı törədilmiş , həlak olanların ümumi sayı 2000 nəfər təşkil emişdir.

Bir çox  terror aktlar Ermənistan  Respublikası həyata keçirdiyi terror siyasəti ilə bağlı olmuşdur. Bu baxımdan istər AR ərazisində, istərsə də onun hüdudlarından kənara terrorizma qarşı mübarizədə kompleks problemlərin hazırlanmasına böyük ehtiyac var.

Problemin həlli siyasət, beynəlxalq hüquq, iqtisadiyyat,cinayət hüququ, əməliyyat-axtarış fəaliyyəti, psixologiya,etnopsixologiya və digər elmlər sahəsində dərin biliklər tələb edir. Fənlərarası kompleks xarakter daşığından bu problemin həllinin məhz “Kriminalistika və məhkəmə ekspertizası” kafedrasının bazasında tədqiqi terrorizmlə mübarizə üsullarının digər kafedralarla sıx elmi əlaqələr şəraitində “Kriminalistika və məhkəmə ekspertizası”  kafedrasında tədrisi müasir dövrün reallıqlarından irəli gələrək gerçəkləşir. Terrorizm probleminnin hərtərəfli (kompleks şəklində) tədqiqinin nəticələrinə əsasənindiyədək aparılmış tədqiqatlar nəticəsində 1999/2000-ci illər Moskva şəhərində iki monoqrafiya nəşr olunaraq günahsız Azərbaycan vətəndaşlarının erməni millətçiləri tərəfindən öldürülməsinin terror aktı kimi qiymətləndirilməsi tövsiyə olunmuş, eyni zamanda ermənistanın apardığı siyasət dövlət terrorizmi kimi qiymətləndirilmişdir.

Monoqrafiyada ilk dəfə olaraq erməni separatçılıqının AR ərazisində törətdiyi bütün zorakılıq aktları elmi cəhətdən əsaslandırılaraq terrorizm kimi təsnif edilməsi, bu məsələ xarici alimlər  arasında geniş müzakirə mövzusuna çevrilmişdir.

Bununla yanaşı 1998-ci ildə “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanun layihəsi hazırlanıb AR MM təqdim edilmiş və 2023-cü il sentyabrın 19-da Qarabağda keçirilən antiterror əməliyyatı zamanı uğurla tətbiq edilmişdir.

Kriminalistika və məhkəmə ekspertizası kafedrası, erməni xüsusi xidmət orqanlarının, Azərbaycanın metropoliten və dəmiryolu qatarlarında törətdikləri terror aktlarının kriminoloji təhlilini etmişdir. Bu cinayətlərin hazırlanması, planlanması, icra edilməsi və gizli saxlanılması üsulları diqqətlə öyrənilmiş, nəqlyyat vasitələrində terror aktlarının həyata keçirilməsini kriminalist əsaslarla tətqiq edilmişdir. Məcburi əməliyyat aparılması haqqnda  konsepsiya hazırlanıb nəşr edilmişdir .

-К.Н.Салимов, Современные проблемы терроризма. Москва, Изд-во «Щит-М», 1999, 215 с.

-К.Н.Салимов ,Современные проблемы терроризма. Москва, Изд-во «Щит-М», 2000, 215 с.

-К.Н Салимов., Б.А Алиев, Методика расследования террористических преступлений, Учебно-практическое пособие, Изд-во «Ганун», Баку,  2003, 533 с.

Kafedra tələbələrin, magistraların, aspirantların və doktorantların hazırlanması proqramlarnı  təkmilləşdirərək, 1999-cu ildə AR əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan işçilərin, müstəntiqlərin, hakimlərin, prokurorların, vəkillərin hazırlamasında deyil, həm də insan hüquqların qorunmasında son dərəcədə zəruri olan “Əməliyyat-axtarış fəaliyyəti”  predmeti tətbiq edilmişdir.

 Bununla yanaşı 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin  terror aktlarından təhlükəsizliyinin kompleks şəkildə təmin edilməsi ilə bağlı  həbsxanada terrorçuların islah edilməsi və tərbiyəsi ilə bağlı proqramı hazırlanıb. Milli terrorizmin araşdrlması üçün metodologiya hazırlanıb təqdim edilmişdir

24 aprel 2020 – ci il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin, IY kurs əyani şöbəsinin  tələbələri Rusiya Federasiyasının   Novosibirsk  Hüquq İnstitutunda ənənəvi olaraq  keçirilən VII Beynəlxalq  konkursda - Kriminalistika üzrə  professor  V.K.Qavlo  adına “Золотой след” (Qızıl iz) VII kinofestivalında iştirak etmişdir. Bakı Dövlət  Universitetinin komandası iştirakına görə “Sertifikat” ilə, festivalın “GRAN-Pri” nomenasiyasnda çəkdikləri “Ölüm cinayətlərinin istitaqında kriminalistik fərziyyələr” tədris filminə görə isə  1-ci yeri tutaraq DİPLOM” və Kuboku ilə təltif  olumuşlar. Filmdə Hüquq fakültəsinin  tələbələri Ülvi Qarazadə, Tamirlan Rzayev, Cavidan Əhmədzadə, Şamil Qasımov, Teyyub Zeynallı iştirak etmişlər. Filmin çəkilməsinə prof.Kamil Salimov və dos.Rəna Quliyeva rəhbərlik və köməklik etmişlər.

Bu illər ərzində kafedrada terrorçuluqa qarşı более 50 elmi məqalə, 3 kitab, 2 tədris praktiki vəsait çapdan çıxmışdır.  Kafedra xarici ölkələrdə terrorizim problemlərinə dair 30 dan çox elmi praktik konfransda iştirak etmişdir. Eyni zamanda 4 il ərzində kafedra Almanyanın “Maks Blank” adına inistitutunda aşağıda qeyd olunan məsələlərin həlli ilə bağlı “AFR da cinayət, təhlükəsizlik  və hüququn” öyrənilməsində əməkdaşlıq etmişdir. ilə bağlı bu məslələrsə əməkdaşlıq etmişdir.

1.Tələbə beynəlxalq müsahibə

2.Terrorçunun islah və yenidən tərbiyyəsi

3.Terrorçuluğa qarşı qanun və konsepsiya

4.Antiterror əməlyatının taktika və strategiyası

5.Milli ədalət zəminində

 Kriminalistika və məhkəmə ekspertizası kafedrası tərəfindən AR XİN və habelə prokururluq, Milli Təhlükəsizlik  Xidməti tərəfindən və digələri qurumların rəhbərləri ilə işləyib  müzakirə etmişdir .

 Kafedrası tərəfindən “1915-ci il erməni soyqırım”nın tanınmasına beynəlxalq hüquqi etiraz proqramı hazırlanıb  müzakirə edilib və həmin proqram 2009/2011-ci illərdə materiallar əsasında  əsasını hazırlanmışdır nəşr edilmiş. Bu təklifin nəticələrini biz 2021-ci il iyunun 15-də AR və Türkiyə arasında “1915-ci il erməni soyqırım” tanınmasına qarşı tədbirləri nəzərdə tutan  Şuşa Bəyannaməsinin qəbulunda şahidi olduq.

 Kafedra tələbələrin fənlərarası səviyyədə hazırlanmasını geniş tətbiq edir. Belə ki, magistratura  pilləsində 2023-cü ildən Riyaziyyat fakültəsinin İmformatika kafedrası ilə birlikdə “Rəqəmsal kriminalistika” və Bioloqiya fakültəlsinin  Genetika kafedrasıyla birlikdə “Məhkəmə kriminalistik getika ekspertizası” fənlərinin hazırlanmas prosesi başlanmışdır.

  Qeyd edək ki, 2023-cü ildən bakalavriyat təhsil pilləsində yeni fənn “Yazı hüquqi”  fənni tədris edilir.

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət