Magistratura KH kafedrası

Magistratura təhsil pilləsində tədris işi 2 ixtisaslaşma üzrə aparılır:

 

Dövlət hüququ ixtisaslaşması üzrə tədris olunan fənlər:

  1. Müqayisəli konstitusiya hüququ
  2. Müqayisəli İnzibati hüquq
  3. Müasir hüquq sistemləri
  4. Seçki hüququ
  5. Konstitusiya quruluşunun əsasları
  6. İnzibati məsuliyyət
  7. Konstitusion məsuliyyət
  8. Konstitusiya nəzarəti
  9. Bələdiyyə hüququnun müasir problemləri
  10. İnzibati hüquqi rejimlər
  11. Dövlət qulluğu

 

İnzibati hüquq, İnzibati proses, iqtisadi və maliyyə hüququ ixtisaslaşması üzrə tədris olunan fənlər:

  1. İnzibati hüquqi deliktlər
  2. İnzibati məhkəmə icraatı
  3. İnzibati icraat
  4. İnzibati xəta haqqında işlər üzrə icraat
  5. iqtisadi və maliyyə sahələrində inzibati məsuliyyət
  6. İnzibati hüquqi rejimlər
  7. Dövlət qulluğu
  8. İqtisadiyyatın inzibati hüquqi tənzimlənməsi

 

Dissertasiya mövzuları

Dövlət hüququ ixtisaslaşması üzrə:

  • Mənəfova Ayan, Azərbaycan Respublikası Konstitusiyasının inkişaf tarixi (elmi rəhbər: prof. Əsgərov Ziyafət)
  • Əfəndiyev Tural, Konstitusiyanın hüquqi mühafizəsinin subyektləri (elmi rəhbər: prof. Aslanov Ramil)
  • Mustafayev Niyaz, Azərbaycan Respublikasında ədalət mühakiməsinin həyata keçirilməsinin Konstitusiya-hüquqi prinsipləri və şərtləri (elmi rəhbər: prof.Qaracayev Ceyhun)
  • Abdullayeva Töhfə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Konstitusiya-hüquqi statusu (elmi rəhbər: dos.İsmayılov Rövşən)
  • Qarayeva Firuzə, Konstitusiya hüququnun mənbələrinin anlayışı, mahiyyəti və növləri (elmi rəhbər: dos.İsmayılov Rövşən)
  • Sadıqova Sevinc, Sağlam ətraf mühitdə yaşamaq hüququnun konstitusiya-hüquqi təsbiti və təminatları (elmi rəhbər: dos.İsmayılov Rövşən)

 

İnzibati hüquq, İnzibati proses, iqtisadi və maliyyə hüququ ixtisaslaşması üzrə:

  • Əzizli Vüsalə, Xüsusi inzibati hüquqi rejimlərin əsas xüsusiyyətləri və hüquqi tənzimi məsələləri (elmi rəhbər: prof. Rzayev Əli)
  • Zeynalova Qəndab, İnzibati tənbehin anlayışı, əsas xüsusiyyətləri və hüquqi tərkibi (elmi rəhbər:dos. Məhərrəmov Fuad)
  • Zamanova Yeganə, Hüquqi şəxslərin inzibati məsuliyyəti (elmi rəhbər:dos. Məhərrəmov Fuad)
  • Qurbanova Nigar, İnzibati icraatın prinsipləri (elmi rəhbər:dos. Əliyev Sübhan)

 

Statistik məlumat.

Magistrantların dərc olunmuş konfrans materialları, məqalələr

 

  • Aysel Ceyhun qızı Qasımova. Azərbaycan Respublikasında parlament seçkilərinin hüquqi əsası.“Elmi iş” beynəlxalq elmi jurnal. İmpakt faktorlu.2021,cild:15 sayı:2, səh.128-131, İSSN – 4619
  • Cəfərov Nicat Rafael oğlu. Ponyatie i soderjanie prava na svobodu sovesti. “Elmi iş” beynəlxalq elmi jurnal. İmpakt faktorlu.2021,cild:15 sayı:5
  • Cəfərov Nicat Rafael oğlu. Azərbaycan Respublikasında vicdan azadlığı hüququnun konstitusion təminatı. Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci lldönümü münasibətilə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev Akademiyasının keçirdiyi Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası adlı respublika elmi-praktik konfransınin materialları. Bakı, 2021-ci il.
  • Qədirli Bəhruz Adil oğlu. Təhsil hüququnun dövlət təminatının anlayışı və məqsədləri. Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci lldönümü münasibətilə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev Akademiyasının keçirdiyi Heydər Əliyev vəAzərbaycanın inkişaf strategiyası adlı respublika elmi-praktik konfransınin materialları. Bakı, 2021-ci il.
  • Qədirli Bəhruz Adil oğlu. Təhsil hüququn anlayışı və mahiyyəti. “Qanun” jurnalı. 2021, (04) 318, səh. 86-91
  • Sahil İlqar oğlu Cəfərov. Müasir dövrdə Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının məhkəmə sisteminin inkişafına təsiri. “Elmi iş” beynəlxalq elmi jurnal. İmpakt faktorlu.2021,cild:15 sayı:2, səh.132-135, İSSN – 4619
  • Emin Teymur oğlu Məmmədov. İnformasiya sistemlərinin tənzimlənməsi üzrə təcrübə və hüquqi bazanın müqayisəli təhlili: mövcud problemlər. “Elmi iş” beynəlxalq elmi jurnal. İmpakt faktorlu.2021,cild:15 sayı:2, səh.261-264, İSSN: 2663– 4619
  • Emin Teymur oğlu Məmmədov. İnformasiya, informasiya sistemləri və informasiya təhlükəsizliyinin hüquqi problemləri. “Elmi iş” beynəlxalq elmi jurnal. İmpakt faktorlu.2021,cild:15 sayı:2, səh.408-411, İSSN: 2663– 4619
  • Babayeva Pərvanə Bayram qızı. Понятие и социално-экономическая сущность Конституции как основного закона государства. “Elmi iş” beynəlxalq elmi jurnal. İmpakt faktorlu.2020 cild:10 sayı:59 səh.101- 104, İSSN: 2663– 4619
  • Babayeva Pərvanə Bayram qızı. Общий характер правого регулирования конститутционных правоотнащений “Elmi iş” beynəlxalq elmi jurnal. İmpakt faktorlu.2021 cild:15 sayı:1 səh.147 - 150, İSSN: 2663– 4619
  • Ülkər Yaşar qızı Elmanlı. Prezidentin qanunvericilik hakimiyyəti ilə əlaqəsi. “Elmi iş” beynəlxalq elmi jurnal. İmpakt faktorlu.2021 cild:15 sayı:1 səh.175 – 178, İSSN: 2663– 4619
  • Ülkər Yaşar qızı Elmanlı. Prezidentin Konstitusiyada təsbit olunmuş vəzifələri. “Qanun” jurnalı. 2021, (01) 315, səh. 123-126
  • Elmira Elmar qızı Həşimova. The theroetical basis of the formation of e-government. “Elmi iş” beynəlxalq elmi jurnal. İmpakt faktorlu.2021,cild:15 sayı:4, səh.157-160, İSSN: 2663– 4619
  • Elmira Elmar qızı Həşimova. The legal regulation of e-government formation. “Elmi iş” beynəlxalq elmi jurnal. İmpakt faktorlu.2021,cild:15 sayı:4, səh.219-223, İSSN: 2663– 4619
  • Günel Vaqif qızı Əhmədova. Yerli özünüidarəetmənin nəzəri əsasları. Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci lldönümü münasibətilə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev Akademiyasının keçirdiyi Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası adlı respublika elmi-praktik konfransınin materialları. Bakı, 2021-ci il.
  • Samirə Eldar qızı Mehralıyeva. Termination of civil service. “Elmi iş” beynəlxalq elmi jurnal. İmpakt faktorlu.2020 cild:10 sayı:59 səh.98-101, İSSN: 2663– 4619
  • Samirə Eldar qızı Mehralıyeva. Recruitment to the civil service. “Elmi iş” beynəlxalq elmi jurnal. İmpakt faktorlu.2020 cild:07 sayı:56 səh.60-65, İSSN: 2663– 4619
  • Turan İsmayıl oğlu Xələfov. İnzibati məhkəmə icraatında icraatın təzələnməsi. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-praktiki konfransının materialları, ISBN: 978-9952-445-47-3, Bakı, 2021, səh. 705-713
  • Turan İsmayıl oğlu Xələfov. İnzibati məhkəmə icraatında müraciət hüququ. Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci lldönümü münasibətilə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev Akademiyasının keçirdiyi Heydər Əliyev vəAzərbaycanın inkişaf strategiyası adlı respublika elmi-praktik konfransınin materialları. Bakı, 2021-ci il. Səh. 148-151
  • Əliyar Akif oğlu Hüseynov. Azərbaycan Respublikasında yerli idarəetmə və özünüidarəetmə fəaliyyətinin Konstitusiya hüquqi əsasları. “Qanun” jurnalı 08 (310) 220, səh. 89-92
  • Əliyar Akif oğlu Hüseynov. Azərbaycan Respublikasında yerli idarəetmə və özünüidarəetmənin tarixi inkişafı və müasir inkişaf istiqamətləri. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda respublika elmi-praktiki konfrans materialları, 2020

 

2020-2021-ci tədris ilində müdafiə olunmuş magistr dissertasiyaları

  1. Qasımova Aysel Ceyhun qızı

Azərbaycan Respublikasında parlament seçkilərinin hüquqi tənzimi məsələləri

Konstitusiya ilə yanaşı, parlament seçkilərini nizamlayan xüsusi qanunlar qəbul edilsə də, bu sahədə ən vacib hüquqi akt 2003-cü ildə qəbul olunmuş Seçki Məcəlləsidir. Bu Məcəllə ilə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsi, bu prosesin hüquqi tənzimi və digər əlaqəli məsələlər nizama salınır.  Lakin bununla belə parlament seçkiləri üzrə qanunvericilikdə bəzi boşluqlara, praktikada isə müəyyən nöqsanlara yol verilir. Bu vəziyyət təkcə Azərbaycan üçün xarakterik deyil, belə ki,  dünyanın ən demokratik ölkələrində belə seçkilərin gedişində müəyyən nöqsanların meydana çıxması bir sıra Qərb politoloqlarının elmi mülahizələrində də xüsusi olaraq vurğulanır. Hər dəfə keçirilən seçkilər seçki qanunvericiliyindəki boşluqların üzə çıxarılmasında və onların aradan qaldırılmasında mühüm rol oynayır.

 

  1. Бабаева Парвана Байрам кызы

Понятие, основные признаки, состав, классификация и правовое регулирование конституционных правоотношений

Актуальность исследования обусловлена ​​недостаточной проработкой по сравнению с другими вопросами науки конституционного права. Проведение комплексного исследования вызвано необходимостью изучения границ правовой деятельности субъектов конституционно-правовых отношений, необходимостью изучения влияния конституционно-правовых норм на поведение субъектов.

Значимость данной работы обусловлена ​​еще и тем, что без детального изучения участников общественных отношений, регулируемых конституционно-правовыми нормами, невозможно изучить структуру конституционно-правовых отношений, определить предмет регулирования конституционно-правовых отношений.

 

  1. Qədirli Bəhruz Adil oğlu

Təhsil hüququ və onun konstitusiya hüquqi təminatları

Bu gün təhsil hüququ insan və vətəndaş hüquq və azadlıqları sistemində yalnız bir hüquqi kateqoriya kimi, sivilizasiyanın nailiyyəti kimi deyil, həmçinin özündə daha böyük potensialı əks etdirməklə cəmiyyətin inkişafının əsası kimi dəyərləndirilir və tədqiq edilir. Belə ki, insan və vətəndaş hüquq və azadlıqları gerçəkləşdiyi zaman onların hüdudsuzluğunun təmin olunması qeyri – mümkün olur və bəzən də məqsədəuyğun sayılmır. Demokratik vətəndaş cəmiyyətlərində vətəndaşlar, onların birlikləri arasında münasibətlər bərabər əsaslar, azadlıq, koordinasiya üzərində qurulur. Buda onların müəyyən bilik səviyyələri əsasında olur. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.

 

  1. Джафаров Ниджат Рафаэль оглы

Конституционное закрепление и гарантии права на свободу совести  в Азербайджанской Республике

Проблема реализации права на свободу совести сложна и многогранна и затрагивает множество вопросов: религиозный экстремизм и духовная безопасность, религиозное образование, обращение в веру, ношение религиозной одежды и т. д. Свобода совести не связана со свободой как религиозных, так и других убеждений, но все проблемы в реализации свободы совести связаны с религией. При этом особое /внимание уделяется проблемам правового регулирования, особенно в религиозной сфере. В первую очередь это связано с повышенной активностью религиозных объединений в Азербайджанской Республики, которая проявляется как в творческой общественно значимой деятельности, так и в действиях деструктивного характера.

 

5.Hüseynov Əliyar Akif oğlu

Azərbaycan Respublikasında yerli idarə və özünüidarənin təşkili və fəaliyyətinin konstitusiya hüquqi əsasları

Azərbaycanda yerli özünüidarənin hüquqi bazasına dair mövcud qanunvericiliyin təhlili onu deməyə əsas verir ki, bu sahədə indiyədək aparılmış islahatlar bələdiyyələrin real səlahiyyətlərə malik yerli idarəetmə orqanı kimi normal fəaliyyətinin tənzimlənməsini təmin etmir. Ona görə də, bələdiyyələrin mükəmməl qanunvericilik təminatı, gələcək inkişafı, inzibati və maliyyə əksmərkəzləşməsi istiqamətində əsaslı islahatların həyata keçirilməsi vacibdir. Belə ki, dolğun və əhatəli olmaqla, dəqiq işlənilmiş islahatlar paketi hazırlanmalı, bu işdə bütün vətəndaş cəmiyyəti təşkilatlarının, o cümlədən ictimaiyyətin rəyi nəzərə alınmaqla münasib qanun-qaydalar tətbiq olunmalıdır. Həmçinin, həyata keçiriləcək hüquqi islahatların mahiyyəti beynəlxalq səviyyədə öhdəliyə götürülmüş təəhhüdlərə müvafiq olaraq “Yerli özünüidarə haqqında Avropa Xartiyası”nın müddəlarına cavab verməlidir. Bu zaman aparılacaq islahatların ardıcıllığı və davamlılığı təmin olunmaqla bələdiyyələrin təbii və ötürülə bilən səlahiyyətlərinin dairəsi aydın, konkret müəyyən edilməklə, hər bir səlahiyyət üzrə öhdəliklər qanunvericilikdə dəqiq əksini tapır.

                                                                                    

  1. Cəfərov Sahil İlqar oğlu

Müasir dövrdə Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə hüquq islahatlarının məhkəmə sisteminin formalaşmasında rolu

Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət mühakiməsinin keyfiyyətini və səmərəliliyini artırmaqla, ümumilikdə hüquq sisteminin inkişafına mühüm təsir göstərmişdir. Belə ki, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət mühakiməsinin keyfiyyətini və səmərəliliyini artırmaqla, ümumilikdə hüquq sisteminin inkişafına mühüm təsir göstərmişdir. Belə ki, həyata keçirilən məhkəmə-hüquq islahatları məhkəmə sistemində əsaslı dəyişikliklərin aparılmasına, bu sistemin daha mütərəqqi olmasına, təkmilləşməsinə və müstəqil fəaliyyət göstərməsinə imkan yaratmışdır. Eyni zamanda aparılan məhkəmə-hüquq islahatları vətəndaşların hüquqlarının məhkəmələrdə daha etibarlı müdafiəsini təmin etməklə məhkəmələrə etimadın və məhkəmə sisteminin nüfuzunun daha da yüksəldilməsinə səbəb olmuşdur.

 

7.Məhərrəmova Günel Vahid qızı

YERLİ ÖZÜNÜ İDARƏ HAQQINDA NƏZƏRİYYƏLƏR VƏ ONLARIN BƏLƏDİYYƏ SİSTEMLƏRİNİN FORMALAŞMASINA TƏSİRİ

Rеspublikаmızdа həyаtа kеçirilən siyаsi-hüquqi islаhаtlаr içərisində yеrli səviyyədə idаrəçiliyin həyаtа kеçirilməsinin dеmоkrаtikləşməsinə, bu sаhədə bilаvаsitə хаlq hаkimiyyəti fоrmаsı kimi təzаhür еdən yеrli özünüidаrəеtmənin hüquqi stаtusunun Kоnstitusiyа və qаnunlаrlа təsbit və təmin оlunmаsı ən mühüm yеrlərdən birini tutur.Аzərbаycаn Rеspublikаsının 12 nоyаbr 1995-ci il Kоnstitusiyаsı həyаtа kеçirilən siyаsi-hüquqi islаhаtlаrın inkişаf pеrspеktivlərini dəqiq şəkildə müəyyən еtdi. Bu Kоnstitusiyа özündən əvvəlki kоnstitusiyаlаrdаn fərqli оlаrаq özündə bir çох dеmоkrаtik institutlаrı, о cümlədən yеrli özünüidаrəеtmə institutunu təsbit еtdi. Kоnstitusiyаnın «Yеrli özünüidаrəеtmə» аdlаnаn dördüncü bölməsi yеrli özünüidаrəеtməni həyаtа kеçirən bələdiyyələrin təşkili və fəаliyyəti əsаslаrını, оnlаrın hüquqi vəziyyətini, dövlət оrqаnlаrı ilə qаrşılıqlı əlаqəsini, məhkəmə və sаir təminаtlаrını təsbit еdir. Ümumi, bərаbər və birbаşа sеçki hüququ əsаsındа şəхsi, sərbəst və gizli səsvеrmə yоlu ilə təşkil оlunmuş yеrli özünüidаrəеtmə оrqаnlаrı dеmоkrаtik milli dövlət quruculuğu sаhəsində аtılаn ən mühüm аddımlаrdаn biridir.

 

 

  1. Məmmədov Emin Teymur oğlu

İnformasiya, informasiya sistemləri və informasiya təhlükəsizliyinin hüquqi problemləri

Azərbaycanın müasir informasiya təminatı və təhlükəsizliyi siyasəti hüquqi, təşkilati-texniki, iqtisadi metodlarla təmin olunur. Hüquqi metodlar informasiya sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktların, informasiya təminatı və təhlükəsizliyi ilə bağlı normativ metodiki sənədlərin işlənib hazırlanması, qəbulunu nəzərdə tutur. Təşkilati-texniki metodlara informasiya-telekommunikasiya sistemlərinin normal fəaliyyətinə təhlükə yaradan texniki qurğuların, proqramların aşkarlanması və s. daxildir. İqtisadi metodlar isə informasiya təminatı və təhlükəsizliyinin təmin olunması sahəsində iqtisadi tədbirlərin görülməsi və onların maliyyələşdirilməsi ilə əlaqədardır.

 

  1. Elmanlı Ülkər Yaşar qızı

        PREZİDENTİN  İNZİBATİ  HÜQUQİ  STATUSU

Azərbaycan Respublikasının prezidentinin səlahiyyət dairəsinin artırılması məhz inzibati hüququnun inkişafına yönəldilmişdir. Son dövrlərdə meydana gəlmiş və inkişafı son dövrlərə təsadüf edilən yeni bir hüquq sahəsi kimi inzibati hüquq subyektlərinin ən aparıcı subyekti qismində prezidentin olması və Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericiliklə onun hüquq və azadlıqlarının müəyyən edilməsi gələcəkdə prezidentlik institutunun, həmçinin inzibati hüququn dahada təkmilləşdirilməsinə şərait yaradacaqdır.

 Prezidentin inzibati hüquqi statusu hər bir dövlətin daxili qanunvericiliyi ilə müəyyənləşdirilir. Eyni zamanda, bu institut dövlətin inkişaf səviyyəsindən, idarəetmə quruluşundan asılı olaraq səlahiyyət dairəsi müəyyənləşdirilir. Onun hüquqları, vəzifələri, hüquq və vəzifələrin həyat keçirilmə mexanizmi dövlətin daxili qanunvericiyi ilə daha dəqiqləşdirilməklə, adət ənənələrinə uyğun olmaqla öz təsbitini tapır.

 

10.Həşimova Elmira Elmar qızı

Elektron Dövlətin formalaşmasının nəzəri əsasları və hüquqi tənzimi

XXI əsr ölkəmizdə və dünyanın hər yerində məlumatların xammal kimi istifadə olunduğu informasiya cəmiyyətinə və informasiya mədəniyyətinə keçidi kimi qəbul olunur. İKT-nin geniş yayılması mədəni, siyasi, sosial və iqtisadi sahələrdə əhəmiyyətli dərəcədə dəyişikliklərə gətirib çıxarır. Eyni zamanda, ictimai siyasi proseslərdə və dövlət idarəçiliyində müasir dövrlə ayaqlaşan və cəmiyyətin artan tələblərinə cavab verən çağdaş modellərin yaranmasına təkan verir. İnkişaf etmiş ölkələrin siyasi və dövlət idarəetməsinin inkişafında mühüm bir tendensiyalardan ən başlıcası “elektron hökumət”in yaradılmasıdır. Hal-hazırda informasiya və kommunikasiya texnologiyalarının istifadəsi dövlətin inkişafı üçün dominant faktorlardan biri hesab olunur. İnformasiya texnologiyaları və internet hökumətin, müxtəlif ticarət strukturları və vətəndaşlar ilə qarşılıqlı əlaqəsi üçün mükəmməl imkanlar və effektiv idarəetmə yaradır. Elektron hökümət XX əsrin ilin sonları və XXI əsrin əvvəlləri üçün yeni dövlət idarəetməsi modelidir. Belə ki, qloballaşma, informasiya cəmiyyətinə keçid və informasiya iqtisadiyyatının formalaşması, insan kapitalının potensial inkişafı, dövlətin yeni funksiyalarının yaranması və dövlət xidmətlərinin artan institusional mürəkkəbliyi dünyanın bir çox ölkəsində “elektron hökümət” modelinin intensiv şəkildə tətbiq olunmasını zəruri edir. Bu mənada dissertasiya işində Elektron dövlət sferasında qanunvericiliyin tətbiqinin araşdırılması hüquq ədəbiyyatında tədqiq olunmalı vacib sahələrdən hesab edilə bilər

 

11.Mehrəliyeva Samirə Eldar qızı

Dövlət qulluğunun inzibati hüquqi tənzimi

Vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququnun həyata keçirilməsinin mühüm formalarından biri də dövlət qulluğudur. Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Mühüm sosial-hüquqi təzahürlərdən biri olan dövlət qulluğunu müxtəlif nöqteyinəzərdən: siyasi, sosial, hüquqi, təşkilati, psixoloji, etik, sosioloji baxımdan tədqiq edilə bilər. Hüquqi nöqteyi-nəzərdən dövlət qulluğu spesifik məzmunlu və strukturlu kompleks hüquq təsisatıdır. Dövlət qulluğu təsisatı dövlətin mühüm institutlarından biri olub, onun məqsəd və vəzifələrinin reallaşdırılması istiqamətində fəaliyyət göstərir. Bir hüquq institutu kimi dövlət qulluğu dövlət qulluqçularının hüquqi vəziyyətini, dövlət qulluğuna qəbul və onun çəkilməsi qaydalarını, həmçinin dövlət qulluqçularının irəli çəkilməsi, həvəsləndirilməsi, məsuliyyəti və s. məsələləri nizama salan hüquq normalarının məcmusu hesab olunur. Belə yanaşma baxımından, dövlət qulluğu bir neçə hüquq sahəsinə (konstitusiya, inzibati, əmək, maliyyə, cinayət və s.) aid olan ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə birləşdirən kompleks hüquq institutu kimi çıxış edir.

 

12.Xələfov Turan İsmayıl oğlu

İnzibati məhkəmə icraatının mərhələləri

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra məhkəmə sistemində böyük önəm kəsb edən islahatlar həyata keçirmişdir. Məhkəmə sistemində həyata keçirilmiş mühüm islahatlardan biri də inzibati məhkəmə icraatının mülki icraatdan ayrılması və müstəqil bir icraat olmasıdır. İnzibati məhkəmə icraatı publik hüquq sahəsində şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiə olunması üçün önəmli əhəmiyyətə malikdir. Həmçinin bu icraat növü inzibati orqanların fəaliyyətinin təkmilləşdirilməsi baxımından önəmlidir.

İnzibati məhkəmə icraatı sistemli şəkildə həyata keçirilən bir prosesdir. İnzibati məhkəmə icraatının mərhələlərində həyata keçirilən fəaliyyəti dəqiq şəkildə bilmək elmi işçilərlə yanaşı, təcrübi işçilər üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki inzibati məhkəmə icraatının hər hansı bir mərhələsində yol verilən yanlışlıq icraatın bütün mərhələlərinə öz təsirini göstərir.

 

 

 

 

Son 5 ildə kafedra üzrə magistratura təhsil pilləsini müvafiq ixtisaslar üzrə 37 magistrant bitirmişdir:

                                                                                    

1

Sultanlı İbrahim Zamin о.

«Hüquqi dövlət prinsiplərinin Azərbaycan Respublikası Konstitusiyasında təsbiti»

2

Həsənli Sevinc Çingiz q.

«АR Nazirlər Kabinetinin hüquqi statusu»

3

Hacılı Jalə Nüsrət q.

«Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) konstitusiya hüquqi statusu və insan  hüquqlarının müdafisəində rolu»

4

Hüseynova Səbinə Telman q.

«Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hüquqi tənzimi məsələləri»

5

İbrahimova İlahə Arif q.

«Yerli özünüidarəetmənin əsasları»

6

Vəliyev Qasım Adil о.

«Yerli icra hakimiyyəti orqanlarının təşkili və fəaliyyətinin konstitusiya hüquqi əsasları»

7

Nuriyev Elnur  Zakir о.        

«Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin fəaliyyətinin konstitusiya hüquqi əsasları»

8

Zeynalov Elmir Fuad о.    

«İnzibati icraatın anlayışı, mahiyyəti, əsas xüsusiyyətləri və  subyektləri»

9

Mövsümov Teymur Nzim о.  

«Azərbaycan Respublikası Prezidentinin konstitusiya hüquqi statusu»

10

Şamxalzadə Xəyal Xəqani o

«İnformasiya təhlükəsizliyinin hüquqi tənzimi problemləri»

11

Qənbərova Zeynəb İlham q. 

«İnzibati məhkəmə icraatında iddialar»

12

Nağıyev Rahil Sabir o.

«Azərbaycan Respublikası Prezidenti seçkilərinin konstitusiya hüquqi tənzimi»

13

Həsənli Adil Zülfüqar o.

«Azərbaycan Respublikası Konstitusiyasının sosial-hüquqi mahiyyəti və funksiyaları»

14

Mədədli Aytac Müşfiq q.

Şəxsi məlumatlar informasiya təhlükəsizliyinin obyekti kimi

15

Mirzəyeva Aytən Sədaqət q.

İnformasiya hüququnun mənbələri

16

Səlimov İbrahim İlham o.

İcra hakimiyyəti orqanları inzibati hüququn subyekti kimi

17

Səlimova Fidan Qalib q.

İnzibati məhkəmə icraatının anlayışı, əsas xüsusiyyətləri və prinsipləri

18

Mahmudzadə Nüşabə Baxış q.

Maliyyə sahəsində inzibati hüquqi tənzimlənmənin əsas xüsusiyyətləri

19

Məmmədalıyev Teymur Yaqub o.

İnzibati icraatın anlayışı, əsas xüsusiyyətləri, prinsipləri, subyektləri və hüquqi tənzimi

20

Əliyeva Həbibə Mehdi q.

Azərbaycan Respublikasında özünüidarənin əsas xüsusiyyətləri və konstitusiya hüquqi təminatları

21

Cəmilova Könül Bəxtiyar q.

Azərbaycan Respublikasında icra hakimiyyətinin dövlət hakimiyyəti sistemində yeri

22

Əzizov Əzizxan İman o.

Azərbaycan Respublikası Milli Məclisinin konstitusiya hüquqi statusu

23

Yusifova Nuranə Yusif q.

Majoritar seçki sisteminin anlayışı, xüsusiyyətləri və növləri

24

Yusifli Nurlan Yavər o.

Azərbaycan Respublikasında referendumun hüquqi tənzimi məsələləri

25

Yusifova Elvira Rauf q.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin konstitusiya hüquqi statusu

26

Qasımova Aysel Ceyhun qızı

Azərbaycan respublikasında parlament seçkilərinin hüquqi tənzimi məsələsi

27

Hüseynov Əliyar Akif oğlu

Azərbaycan Respublikasında yerli idarə və özünüidarənin təşkili və fəaliyyətinin konstitusiya hüquqi əsasları

28

Cəfərov Sahil İlqar oğlu

Müasir dövrdə Azərbaycan Respublikasında həyata keçirilən məhkəmə hüquq islahatlarının məhkəmə sisteminin formalaşmasında rolu

29

Babayeva Pərvanə Bayram qızı

Понятие, основные признаки, состав, классификация и правовое регулирование конституционных правоотношений

30

Cəfərov Nicat Rafael oğlu

Конституционное закрепление и гарантии права на свободу совести в АР

31

Qədirli Bəhruz Adil oğlu

Təhsil hüququ və onun konstitusiya hüquqi təminatları

32

Əhmədova Günel Vahid qızı

Yerli özünüidarə haqqında nəzəriyyələr və onların bələdiyyə sisteminin formalaşmasına təsiri

33

Məmmədov Emin Teymur oğlu

İnformasiya, informasiya sistemləri və informasiya təhlükəsizliyinin hüquqi problemləri

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət