Mülki hüquq kafedrası

 

Mül­ki hüquq kafedrası 1928-ci ildə yaradılmışdır. O dövrdə ka­fed­raya professor V.N.Dyakov rəhbərlik et­miş­dir. 1937-1952-ci illərdə Mülki hüquq kafedrasına görkəmli hüquqşünas alim,  professor Qasım Cəfərov rəh­bər­lik etmişdir. 1952-1990-ci ilədək Mülki hüquq kafedrasının müdiri vəzifəsində h.ü.e.d., professor Əziz İsmayıl oğlu Əsə­­dov çalışmışdır. 1990-2003-cü illərdə ka­­­fed­raya professor Y.Ə.Meh­diyev rəhbərlik et­mişdir. 2007-ci ildən kafedranın müdir əvəzi və­zi­fəsini dosent R.S.Dün­ya­ma­lıyeva həyata keçirmişdir. 2011-ci ildən 2023-ci ilə dək  kafedraya h.ü.e.d., professor M.D.Dəmir­çiyeva rəhbərlik etmişdir. 2023-ci il may ayının 4-dən kafedraya  h.ü.f.d., dosent Şükür Məhəmməd oğlu Yusifov rəhbərlik edir.

Hal-hazırda kafedrada 8 müəllim, o cümlədən 1  hüquq elmləri doktoru, professor,  6 hüquq üzrə fəlsəfə doktoru və bir müəllim çalışır.

Kafedrada bakalavr təh­sil pillələri üzrə Mülki hüquq-1, Mülki hüquq-2, Ailə hü­ququ, Roma hüququ, Vərəsəlik hüququ, Mənzil hüququ, Notariat hüququ, Delikt hüququ; magistr tədris pilləsi üzrə isə Ailədə uşaqların tərbiyəsinin sosial və hüquqi problemləri, Məhdud əşya hüququ, Mülki təminat hü­ququ, Ümumi öhdəlik hüququ, Əmlakın istifadəyə verilməsi üzrə öh­dəliklər, Mülkiyyət üzərində sərəncamvermə öhdəliyi əmələ gətirən mü­qavilələr, Mülki hüququn iqtisadiyyatın tənzimlənməsində rolu  fənləri üzrə mühazirə və məşğələ dərsləri tədris edilir.

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət