Mülki proses və kommersiya hüquq kafedrası

 

Mülki proses və kommersiya hüququ kafedrası 2011-ci ildə Mülki proses, əmək və ekologiya hüququ kafedrası və Mülki hüquq kafedrasının bazasında yaradılmışdır. 2011-ci ildən 2023-cü ilədək kafedraya h.ü.f.d.,dos. Elçin Xələfov rəhbərlik etmişdir. Hazırda kafedraya rəhbərliyi h.ü.f.d.,dos.Əsmər Əliyeva həyata keçirir.

Mülki proses və kommersiya hüququ kafedrası respublikamızda yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanmasında müstəsna rol oynayır. Burada Vergi hüququ, Kommersiya hüququ, Mülki və təsərrüfat hüququ, İnzibati hüquq, inzibati proses, iqtisasi və maliyyə hüququ kimi spesifik və müasir dövrün yüksək tələbatlı magistratura ixtisaslaşmaları üzrə mütəxəssislər hazırlanır.

Kafedrada yarandığı gündən etibarən kafedranın professor-müəllim heyəti tərəfindən çoxsaylı elmi seminarlar, dəyirmi stollar təşkil edilmişdir, kafedra əməkdaşları tərəfindən “Mülki prosessual hüquq”, “Maliyyə hüququ”, “Vergi hüququ”, “Sığorta hüququ”, “Gömrük hüququ”, “Bank hüququ” üzrə dərslik və dərs vəsaitləri, çoxsaylı tədris proqramları, metodik vəsaitlər, monoqrafiyalar çap edilmişdir.

Kafedrada tədrisi aparılan fənnlərin mənimsənilməsini təkmilləşdirmək məqsədilə vaxtaşırı Ali Məhkəmənin hakimləri, peşəkar vəkillər, Dövlət Vergi Xidmətinin yüsksək ixtisaslı əməkdaşları tərəfindən ustad dərsləri təşkil edilir.

Tədrisi tam olaraq kafedra tərəfindən aparılan Vergi hüququ və Kommersiya hüququ magistr ixtisaslaşmaları demək olar ki, hər il DİM tərəfindən keçirilən magistraturaya qəbul imtahanlarında respublika üzrə ən yuxarı keçid balına malik ixtisaslar olaraq formalaşır.

2022-ci ildən Mülki proses və kommersiya hüququ kafedrası ilə AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə sifarişi ilə Vergi hüququ magistratura ixtisaslaşması yaradılmışdır və bu ixtisaslaşma üzrə tədris fənnləri kafedranın əməkdaşları və DVX-nin Tədris Mərkəzinin əməkdaşları tərəfindən azərbaycan və ingilis bölmələri üzrə aparılır. Hazırda kafedra aşağıdakı tərkibdə fəaliyyət göstərir:

Əliyeva Əsmər Əlimusa qızı – pedaqoji fəaliyyətə 2006-cı ildən başlamışdır, 2023-cü ildən Mülki proses və kommersiya hüququ kafedrasının müdiridir, hüquq üzrə fəlsəfə doktoru, dosentdir, ”Gömrük hüququ”, “Bank hüququ” dərs vəsaitlərinin, 1 monoqrafiyanın, bir neçə proqramın, xaricdə və ölkədə dərc olunmuş 50 dən çox elmi məqalənin müəllifidir.

Xələfov Elçin Abuzər oğlu –  kafedra yaranandan 2023-ci ilədək kafedraya rəhbərlik etmişdir, hüquq üzrə fəlsəfə doktoru, dosentdir, 1 monoqrafiyanın, bir neçə proqramın və çoxsaylı məqalənin müəllifidir.

Mirzəyeva Afət Qədir qızı– 30 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə məşğuldur, Maliyyə hüququ, Vergi hüququ, Bank hüququ və digər bir neçə  dərslik və dərs vəsaitinin, 20-yə yaxın proqramın, 100-ə yaxın elmi məqalənin müəllifidir ,  hüquq üzrə fəlsəfə doktoru, dosentdir

Abbaslı Aysel İlqar qızı-15 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə məşğuldur, “Bank hüququ” dərs vəsaitinin,bir neçə proqramın, 25-ə yaxın elmi məqalənin müəllifidir ,  hüquq üzrə fəlsəfə doktorudur.

Cabbarlı Fərda Aydın qızı – 30 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə məşğuldur, “Mülki prosessual hüquq” dərsliyinin, bir neçə proqramın, 20-yə yaxın elmi məqalənin müəllifidir.

Yolçuyev Mübariz Xalid oğlu – 20 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə məşğuldur, “Sığorta hüququ” dərs vəsaitinin,bir neçə proqramın, 50-ə yaxın elmi məqalənin müəllifidir ,  hüquq üzrə fəlsəfə doktoru, dosentdir

Hacıyeva Aygün Firudin qızı-15 ildən artıqdır ki, pedaqoji fəaliyyətlə məşğuldur, “Bank hüququ” dərs vəsaitinin,bir neçə proqramın, 25-ə yaxın elmi məqalənin müəllifidir ,  hüquq üzrə fəlsəfə doktorudur.

Əlaqə
Bakı Dövlət Universiteti, I korpus 7-ci mərtəbə, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
[email protected] Bütün hüquqlar qorunur. Bakı - 2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət