Beynəlxalq Arbitraj Yay Məktəbi keçiriləcək
26 May 2023 18:26
2023-cü ilin 26-30 iyun tarixlərində İbn Haldun Universiteti (Türkiyə), Bakı Dövlət Universiteti (Azərbaycan) və Türk Arbitraj Akademiyası tərəfindən Türk Dövlətləri Təşkilatının dəstəyi ilə ilk Beynəlxalq Arbitraj Yay Məktəbi keçiriləcəkdir.
Beynəlxalq Arbitraj Yay Məktəbinin məqsədi sözügedən sahədə gənc hüquqşünaslar hazırlamaq, o cümlədən ayrı-ayrı şəxslər, biznes strukturları və təşkilatların iştirak etdiyi Alternativ Mübahisələrin Həlli Platforması yaratmaq üçün türk dövlətlərindən olan alimləri və praktik hüquqşünasları bir araya gətirməkdir.
Qeydiyyat üçün son tarix: 30 may 2023-cü il
Yay məktəbinin keçiriləcəyi yer: Bakı şəhəri, MOGAN otel, İnşaatçılar pr/ti 12
Maraqlananlar aşağıdakı linklərdən keçid etməklə qeydiyyatdan keçə bilər:
Son XƏBƏRLƏR
31.05.2024 | 08:13
Rzayeva Gülnaz Aydın qızının hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin Müdafiəsi keçiriləcək
29.04.2024 | 08:18
Hacıyeva Günay Namik qızının hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin Müdafiəsi keçiriləcək
25.03.2024 | 08:18