Beynəlxalq Arbitraj Yay Məktəbində iştirak üçün qeydiyyat başladı
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Türkiyənin nüfuzlu İbn Haldun Universitetinin Hüquq fakültəsi arasında səmərəli əməkdaşlıq əlaqələri davam edir. Bu əməkdaşlıq çərçivəsində
İbn Haldun Universiteti və Türk Arbitraj Akademiyası tərəfindən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri üçün “International commercial and investment arbitration law” fənni üzrə xüsusi sertifikat proqramı təşkil olunub. Proqram ingilis dilində Türkiyə və Azərbaycandan olan təlimçilər tərəfindən onlayn formatda 1 semestr ərzində pilot layihə kimi keçiriləcək. Proqramı uğurla bitirəcək tələbələrə müvafiq sertifikatlar təqdim olunacaq. Sertifikat almış tələbələr eyni zamanda gələn il keçiriləcək Beynəlxalq Arbitraj Yay Məktəbində iştirak haqqı qazanacaqlar.
Proqramda iştirak etmək istəyən Hüquq fakültəsinin tələbələri [email protected] və ya [email protected] elektron poçt ünvanlarına məktub yazaraq qeydiyyatdan keçə bilərlər.