Hüquq fakültəsi tələbələri arasında esse müsabiqəsi elan edilir!
25 Sentyabr 2023 09:14
Heydər Əliyev İli çərçivəsində BDU Hüquq fakültəsi və Ədliyyə Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq "Ulu Öndər Heydər Əliyev hüquqi islahatların memarıdır” mövzusunda Hüquq fakültəsinin tələbələri arasında esse (inşa) müsabiqəsi elan olunur. Təqdim edilən esselər Nazirliyin və Fakültənin əməkdaşlarından ibarət qiymətləndirmə komissiyası tərəfindən seçiləcəkdir. Qalib seçiləcək esselərin müəllifləri mükafatlandırılacaq və həmin esselər müəlliflərin adı göstərilməklə kitab formasında çap olunacaq.
Texniki tələblər :
1. “Word Document” (.docx) faylı şəklində esse müəllifinin təhsil aldığı universitet, tam adı, kursu, qrupu, essenin adı göstərilməklə göndərilməlidir.
2. Times New Roman şrifti ilə, 12 şrift ölçülü, 1.5 sətir aralıqla yazılmalıdır.
3. Göndərilən esse minimum 5 səhifə olmalıdır.
4. Plagiat olmamalıdır. Plagiat olduğu halda esseniz qəbul olunmayacaqdır! İstifadə edilən ədəbiyyata istinad edilməsi mütləqdir.
Son müraciət tarixi: 2023-cü il 22 oktyabr 23:59
Müsabiqəyə qoşulmaq üçün essenizi [email protected] elektron ünvanına göndərə bilərsiniz. Hər kəsə uğurlar!
Son XƏBƏRLƏR
31.05.2024 | 08:13
Rzayeva Gülnaz Aydın qızının hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin Müdafiəsi keçiriləcək
29.04.2024 | 08:18
Hacıyeva Günay Namik qızının hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin Müdafiəsi keçiriləcək
25.03.2024 | 08:18