HÜQUQ FAKÜLTƏSİNİN 97 İLLİYİDİR
17 Dekabr 2025 11:24

17 dekabr 2025-ci il — Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 97 illiyi
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi yarandığı gündən etibarən ədalətə, hüququn aliliyinə və peşəkar hüquqşünas nəslinin yetişməsinə xidmət edir. Hüquq fakültəsi 97 illik fəaliyyəti ilə ölkəmizdə hüquq elminin, hüquqi təfəkkürün və peşəkar hüquq kadrlarının formalaşmasında mühüm rol oynamışdır. Bu illər ərzində fakültə hüquqi dövlət quruculuğunun inkişafına töhfə verən, ədalət və qanunun aliliyini fəaliyyət prinsipi seçən minlərlə məzun yetişdirmişdir. Zəngin akademik ənənələrə malik Hüquq fakültəsi müasir tədris yanaşmaları, elmi-tədqiqat fəaliyyəti və beynəlxalq əməkdaşlıqları ilə hüquq təhsilinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Fakültədə formalaşan sağlam akademik mühit tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlarının inkişafına geniş imkanlar yaradır. Bu gün Hüquq fakültəsi yalnız bilik məkanı deyil, eyni zamanda Vətənə, xalqa və dövlətə sevgi, peşəkarlıq və ictimai dəyərlərin aşılandığı bir məktəb kimi fəaliyyətini uğurla davam etdirir. 97 illik şərəfli yolu ilə fakültə Azərbaycan hüquq təhsilinin aparıcı dayaqlarından biri və qabaqcıl elmi mərkəz olaraq qalmaqdadır.
Hüquq fakültəsinin 97 illiyi münasibətilə professor-müəllim heyətini, məzunları və tələbələri səmimi-qəlbdən təbrik edir, fakültəmizə gələcək fəaliyyətində yeni elmi nailiyyətlər və davamlı uğurlar arzulayırıq.
Son XƏBƏRLƏR
16.02.2026 | 19:34
Vərəsəlik hüququna dair təlim keçirilib
13.02.2026 | 16:41
Elm gününə həsr olunmuş seminar keçirilib
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45