Vərəsəlik hüququna dair təlim keçirilib
16 Fevral 2026 19:34

Hüquq fakültəsinin “BDU könüllüləri” təşkilatı üzrə könüllülərinin və fakültənin Mülki proses və kommersiya hüququ kafedrasının birgə təşkilatçılığı ilə 2026-cı ilin ilk təlimi “Vərəsəlik hüququnun aktual problemləri” mövzusunda keçirilmişdir.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, ADA Universitetinin müəllimi Sevinc Əliyeva tərəfindən həyata keçirilən təlim çərçivəsində vərəsəlik hüququnun anlayışı, vərəsəlik hüquq münasibətləri və onların subyektləri, qanun və vəsiyyət üzrə vərəsəlik, ləyaqətli və ləyaqətsiz vərəsələr, vərəsə ola bilməyən şəxslər, miras qoyanın son iradəsinin həyata keçirilməsi və buna qəsdən maneə törədilməsinin nəticələri, mirasda məcburi pay hüququ, mirasın açılması və qəbul edilməsi qaydası, eləcə də vərəsəlikdən irəli gələn mübahisələrin həlli məsələləri müzakirə edilmişdir.
Təlimin sonunda tələbələrin sualları təlimçi tərəfindən ətraflı cavablandırmışdır.
Son XƏBƏRLƏR
13.02.2026 | 16:41
Elm gününə həsr olunmuş seminar keçirilib
17.12.2025 | 11:24
HÜQUQ FAKÜLTƏSİNİN 97 İLLİYİDİR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45