HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
5 May 2025 19:41
5 may 2025-ci il tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Masterclass” layihəsi çərçivəsində “Hüquqşünasın karyera planlaması” adlı növbəti interaktiv təlim keçirilmişdir. Təlimçi qismində PAŞA Bank ASC-nin Hüquqi məsələlər şöbəsinin rəhbəri İlham Hüseynov çıxış etmişdir.
Tədbirin açılışında Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək, artıq ənənəyə çevrilmiş “Masterclass” layihəsinin tələbələr arasında böyük maraq doğurduğunu qeyd edib və layihənin üçüncü qonağı olan İlham Hüseynovu iştirakçılara təqdim edib. İlham Hüseynov təqdimatında maraqlar və dəyərlər, SWOT analizi, insanı motivasiya edən amillər və peşəkar inkişafda düzgün məsləhətin əhəmiyyəti mövzularına toxunub. Tədbirdə həmçinin kommunikasiya bacarıqları, dil biliklərinin rolu, bazarın tələblərinə uyğun inkişaf yolları kimi mühüm mövzular vurğulanıb. Təlim çərçivəsində İlham Hüseynov I-IV kurs tələbələri üçün konkret və faydalı tövsiyələr verib, güclü CV-nin uğura gedən yolda ilkin və vacib addım olduğunu bildirib. O, həmçinin PAŞA Bankın fəaliyyət sahəsi ilə bağlı real nümunələr paylaşaraq mövzunu praktik yanaşmalarla zənginləşdirib. Tədbirin sonunda Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Veysəl Mirzəzadə çıxış edərək təlimin yüksək səviyyədə, keyfiyyətli və effektiv şəkildə keçirildiyini vurğulayıb, iştirakçılara və qonağa təşəkkürünü bildirib.
Tədbir iştirakçıların sualları və qarşılıqlı müzakirələrlə yekunlaşıb. “Masterclass” layihəsi tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verməkdə davam edir.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46