600-DƏN YÜKSƏK BAL TOPLAYAN BİRİNCİ KURS TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞ
Hüquq fakültəsinin dekanı Zaur Əliyev 600-dən yüksək bal toplayan birinci kurs tələbələri ilə görüş keçirmişdir. Tələbələri qazandıqları yüksək nailiyyətləri münasibətilə səmimi qəlbdən təbrik edən dekan bildirmişdir ki, Bakı Dövlət Universitetində təhsil almaq hər bir gənc üçün şərəfdir, Hüquq fakültəsinin tələbəsi olmaq isə xüsusi bir məsuliyyətdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı zəfər tarixinin yazıldığı bir dövrdə ölkəmizin gələcək inkişafı naminə hər kəsin, o cümlədən gənclərin üzərinə böyük məsuliyyətin düşdüyü vurğulanmışdır.
Gələcəkdə peşəkar mütəxəssis olaraq uğurlu karyera qurmaq və Vətənə ləyaqətlə xidmət etmək üçün bu gün əldə edilən yüksək nəticələrin və toplanan yüksək balların bir başlanğıc olduğunu bildirən dekan, tələbələrə bundan sonra daha qətiyyət və əzmlə çalışmalarını, nizam intizamlı olmalarını tövsiyə etmişdir.
Zaur Əliyev tələbələrin çoxsaylı suallarını cavablandırmış, təkliflərini dinləmişdir.