8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
8 Mart 2023 14:21
Hüquq fakültəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxış edərək bildirmişdir ki, respublikamızda qadınlara hörmət və qayğı hələ Ulu Öndər Heydər Əliyevin dövründə diqqət mərkəzində olmuşdur. Belə ki, qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm əhəmiyyəti olan “Azərbaycanda qadınların rolunun artırılması haqqında” və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanların imzalanması, Azərbaycan qadınlarının I qurultayının keçirilməsi və s. bu kimi tədbirlər qadın siyasətinin müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindən olmasının göstəricisidir. Ulu Öndərin siyasəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və hal-hazırda Azərbaycan gender siyasətinin reallaşdırılması üzrə silsilə uğurlu tənzimləmələrə imza atmaqda davam edir.
Daha sonra qadınların cəmiyyətdəki rolunun artırılmasında və onlara dəstək göstərilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini vurğulayan Zaur Əliyev Hüquq fakültəsinin xanım əməkdaşlarını bayram münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42