AKADEMİK HÜQUQİ YAZI VƏ TƏDQİQAT MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR
1 Aprel 2024 11:03

Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı və "Tələbə könüllüləri"nin birgə təşəbbüsü ilə "Akademik hüquqi yazı və tədqiqat" mövzusunda təlim keçirilmişdir.
Təlimçi qismində Hüquq fakültəsinin müəllimi, Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Əkbər Əliyev çıxış etmişdir. Təlim zamanı akademik hüquqi yazının nəzəri və praktiki aspektləri, mərhələləri, mövzu seçimi zamanı diqqət edilməli məsələlər, tədqiqatın aparılmasının önəmli məqamları, mənbələrə istinadların edilmə qaydası, xarici və yerli təcrübənin müqayisəsi, ümümilikdə uğurlu akademik yazının hazırlanmasında düzgün istiqamət götürmək üçün mühüm məsələlər müzakirə edilmişdir.
Təlim tələbələr tərəfindən böyük maraqla qarşılanmış, sonda onların akademik yazı və tədqiqatla bağlı sualları cavablandırılmışdır.
Son XƏBƏRLƏR
16.02.2026 | 19:34
Vərəsəlik hüququna dair təlim keçirilib
13.02.2026 | 16:41
Elm gününə həsr olunmuş seminar keçirilib
17.12.2025 | 11:24
HÜQUQ FAKÜLTƏSİNİN 97 İLLİYİDİR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41