ALİ KOMİSSARLIĞIN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
23 Fevral 2023 08:03

Hüquq fakültəsinin dekanı Zaur Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə Baş İnsan Hüquqları Müşaviri Vladimir Şkolnikovla tədris sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirmişdir. V. Şkolnikov Hüquq fakültəsinin BMT ilə tədris sahəsində əməkdaşlıq səviyyəsini və bu çərçivədə tələbələrin təcrübi biliklərinin inkişaf etdirilməsinə şərait yaradılmasını yüksək qiymətləndirmiş, əməkdaşlığın mütəmadi davam etdirilməsində maraqlı olduğunu xüsusi vurğulamışdır.
Dekan Zaur Əliyev bildirmişdir ki, tədris prosesində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi tələbələrin beynəlxalq təşkilatların təcrübəsindən əyani şəkildə faydalanması, tədris prosesində təqdim olunan nəzəri biliklərin təcrübədə tətbiqi metodlarını və qaydalarını öyrənməsini hədəfləyir. BMT və onun təsisatları ilə tədris sahəsində əməkdaşlıq layihələri yalnız tələbələr üçün deyil, həm də gənc müəllimlər üçün dayanıqlı bilik mənbəyi kimi faydalı olacaqdır.
Görüşdə həmçinin, BMT-nin İnsan hüquqları üzrə milli müşaviri Kamran Bağırov və layihə rəhbəri Rəşad Əliyev iştirak edirdi.
Son XƏBƏRLƏR
16.02.2026 | 19:34
Vərəsəlik hüququna dair təlim keçirilib
13.02.2026 | 16:41
Elm gününə həsr olunmuş seminar keçirilib
17.12.2025 | 11:24
HÜQUQ FAKÜLTƏSİNİN 97 İLLİYİDİR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41