AMERİKALI PROFESSOR TƏLƏBƏLƏRƏ MÜHAZİRƏ KEÇMİŞDİR
16 Mart 2023 09:03
ABŞ Dövlət Departamentinin "Fulbright" proqramı üzrə BDU-nun Hüquq Fakültəsinə ezam edilmiş tanınmış amerikalı professor və vəkil Thomas Glassman Fakültənin ingilis bölməsinin tələbələrinə mühazirə keçmişdir. Tort Law (Delikt Hüququ) mövzusunda keçirilən mühazirədə Glassman tələbələrə mülki hüquq pozuntularından yaranan öhdəliklərin yaranma əsasları və onların fərqləri barədə məlumat vermiş, müxtəlif praktiki kazuslar üzərindən nümunələr göstərmişdir.
Mühazirə zamanı cənab Glassman tələbələrin mövzuya olan marağını yüksək qiymətləndirərək ABŞ və Azərbaycan Respublikasının mülki qanunvericiliklərinin tələbələrlə birgə müqayisəli təhlilini aparmışdır.
Professor Glassmanın mövzu ilə əlaqədar olan üstün izahetmə bacarığı və dərin bilikləri tələbələrdə mühazirəyə xüsusi rəğbət hissi oyatmışdır.
Mühazirənin sonunda Glassman tələbələrin çoxsaylı suallarını cavablandırmışdır.
Tələbələr bu cür mühazirələrin davamlı olacağına öz ümidlərini ifadə edərək bu kimi tədbirlərin onların inkişafı və peşəkar hüquqşünas kimi formalaşmaları baxımından olduqca faydalı olduğunu vurğulamışlar.
Son XƏBƏRLƏR
06.05.2025 | 18:48
RESPUBLİKA HÜQUQ OLİMPİADASI KEÇİRİLDİ
05.05.2025 | 19:41
HÜQUQŞÜNASIN KARYERA PLANLAMASI ADLI TƏLİM BAŞ TUTUB
04.05.2025 | 11:45
HÜQUQ FAKÜLTƏSİ "KÜLƏYƏ QALİB GƏL" MARAFONUNDA
03.05.2025 | 13:09
LƏTİF HÜSEYNOV TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜB
31.05.2024 | 21:33