ANIM GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
26 Sentyabr 2023 18:06
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 27 Sentyabr Anım Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Hüquq fakültəsinin məzunu olan Vətən müharibəsi iştirakçıları, Hüquq fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak etmişlər. Tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev bildirmişdir ki, ilk gündən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatı nəticəsində işğala son qoyuldu və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Qeyd edilmişdir ki, 44 günlük Vətən müharibəsi zamanı Hüquq fakültəsinin 50-dən çox tələbə və məzunları Vətən müharibəsində könüllü iştirak etmiş, 1 nəfər məzunumuz isə Şalıyev Ceyhun Nüsrət oğlu şəhidlik zirvəsinə ucalmışdır. Z.Əliyev vurğulamışdır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayırlar. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi, Prezident İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin banisi olduğunu xüsusi vurğulayan dekan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qısa müddət ərzində həyata keçirdiyi uğurlu lokal anti-terror əməliyyatı nəticəsində dövlət suverenliyinin tam bərqərar olunduğunu diqqətə çatdırmışdır. Dekan Zaur Əliyev gənclərə, tələbələrə müraciət edərək bildirmişdir ki, bu gün hər birimiz Ümummilli lider Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ulu öndərimizin ən böyük arzusunu, vəsiyyətini yerinə yetirmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək əlimizdən gələni əsirgəməməliyik.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Hüquq fakültəsinin Dəniz və enerji hüququ mərkəzinin rəhbəri Bəhruz Məhərrəmov tələbələrə əldə olunmuş nailiyyətin təkcə hərb meydanında deyil, eyni zamanda uğurlu bir siyasətin nəticəsi olduğunu bildirmişdir. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanın regionda ali hüquq dəyərlərinə, beynəlxalq hüququn prinsip və normalarına riayət edən dövlət kimi tanınmasına imkan yaratdığını xüsusilə vurğulamışdır.
Sonda çıxış edənlər - Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rauf Şəmsizadə, Mülki hüquq kafedrasının müdiri Şükür Yusifov Anım Gününün əhəmiyyətindən danışmışlar.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları olan Hüquq fakültəsinin məzunları Şamo İsmayılbəyli və Anar Namazov keçdikləri döyüş yolundan bəhs etmişlər.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42