APREL DÖYÜŞLƏRİNƏ HƏSR OLUNMUŞ ONLİNE TƏDBİR KEÇİRİLİB
03.04.2022 tarixində Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə "Aprel döyüşləri - Böyük Zəfərin başlanğıcı" adlı onlayn tədbir keçirilmişdir.
Tədbirdə ilk öncə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən, şəhidlik məqamına yüksələn soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Cavid Mirzəzadə tədbiri açıq elan edərək, Aprel döyüşləri haqqında məlumat vermiş və ilk öncə söz Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Aytəkin İbrahimovaya verilmişdir. O Aprel döyüşlərinin tariximizdəki rolundan danışmış, tədbirin gedişinə uğurlar arzulamış və gələcəkdə şanlı qələbəmizlə bağlı keçiriləcək tədbirlər haqqında tələbələri məlumatlandırmışdır. Tədbirin gedişində Hüquq fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cavid Nurulu, Hüquq fakültəsi 1-ci kurs tələbəsi Cəfər Məmmədov, 2-ci kurs tələbəsi Eltac Allahyarlı, 1-ci kurs tələbəsi Rəhimə Ağayeva, Tələbə Gənclər Təşkilatı sədr müavini Gülsüm Hacıyeva çıxış etmişlər. Onlar Xalqımızın Şanlı qələbəsindən, ordumuzun gücünün dünyaya nümayiş etdirilməsindən, qələbimizdə cənab prezidentimiz İlham Əliyevin praqmatik siyasətinin rolundan, Vətən uğrunda canından keçən şəhidlərimizdən danışmış və tələbələrimiz Aprel döyüşləri haqqında şeir səsləndirmişlər.
Bir daha xalqımızın torpaqlarımızın bütövlüyü uğrunda göstərdiyi şücaəti və müharibə dövründə olan birliyini alqışlayır, şəhidlərimizin ruhu qarşısında baş əyirik.