AR HƏRBİ PROKURORU XANLAR VƏLİYEVİN SƏDRLİYİ İLƏ MAGİSTR DİSSERTASİYA İŞLƏRİNİN MÜDAFİƏSİ KEÇİRİLİB
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” və “Transmilli cinayət hüququ” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokuroru, əməkdar hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyevin sədrliyi ilə keçirilən müdafiə prosesində 15 magistrantın dissertasiya işləri müdafiəyə təqdim edilmişdir. Dissertasiya işləri yüksək qiymətləndirilmiş və magistrantların müdafiəsi müvəffəqiyyətlə başa çatmışdır.
Müdafiə etmiş magistrantları təbrik edir və onlara uğurlar arzulayırıq!