AVROPA HÜQUQ FAKÜLTƏLƏRİ ASSOSİASİYASI BARƏDƏ İNFO SESSİYA TƏŞKİL OLUNUB
Hüquq fakültəsində müəllim və tələbələrin iştirakı ilə Avropa Hüquq Fakültələri Assosiasiyası (ELFA - European Law Faculties Association) barədə infosessiya təşkil edilmişdir. Təlimçi qismində Hüquq fakültəsinin 4-cü kurs tələbəsi Səyad Ələkbərov çıxış etmişdir. İnfosessiya zamanı ELFA-nın məqsədləri, akademik heyətin və tələbələrin fakültənin Assosiasiyaya üzvlüyü sayəsində əldə edəcəkləri geniş imkanlar, həmkarlar və müxtəlif universitetlər arasında akademik və mədəni mübadilə, əməkdaşlıq, fakültəmizdəki yeniliklərdən bəhs etmə imkanları, həmçinin ELFA platformasında şəxsi hesab yaratma imkanları geniş müzakirə olunmuşdur. Təlimçi tərəfindən Assosiasiyanın Avropa Hüquq Təhsili Jurnalı, ELFA tərəfindən təşkil edilən yay kursları və digər mövzulara da ətraflı toxunulmuşdur. İnfosessiya tələbələr tərəfindən maraqla qarşılanmış və onlar təlimçiyə müxtəlif suallar ünvanlamışlar. Qeyd edək ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ölkəmizdə bir ilkə imza ataraq ELFA-nın tamhüquqlu üzvü seçilmiş və bu da, öz növbəsində onun Avropa məkanında qabaqcıl fakültə kimi tanınmasının göstəricisidir.