AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI 70 MAARİFLƏNDİRMƏ KAMPANİYASI BAŞLAYIB
4 May 2023 09:46
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Avropa Şurasının Bakıdakı nümayəndəliyi ilə birgə “Avropa İnsan Hüquqları Konvensiyası – 70” maarifləndirmə kampaniyasına start vermişdir. Konvensiyanın qüvvəyə minməsinin 70-ci ildönümünə həsr edilmiş kampaniya tələbələrin insan hüquqları sahəsində fundamental sənədlərdən sayılan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müddəalarının və Avropa Məhkəməsinin presedent hüququnun dərindən öyrənilməsinə xidmət edir. Hüquq fakültəsinin dekanı Zaur Əliyevin təşəbbüsü ilə başlanan və tələbələrin böyük marağına səbəb olan "Tələbə tərəfindən tələbə üçün" layihəsi çərçivəsində həyata keçirilən bu maarifləndirmə kampaniyasının növbəti təlimi keçirilmişdir. Layihənin təlimçisi Hüquq fakültəsinin 3-cü kurs (ingilis bölməsi) tələbəsi Səyad Ələkbərov "Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları" mövzusu üzrə fərqli kurslardan olan tələbələrə təlim keçmişdir. İnteraktiv formada baş tutmuş təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, tələbələrin çoxsaylı sualları cavablandırılmışdır. Təlim, əsasən, Konvensiyanın mahiyyəti, maddələrinin təfsiri, Azərbaycan qanunvericiliyində olan yeri, Avropa Məhkəməsinin müxtəlif maddələr üzrə olan qərarlarının şərhi və Konvensiyanın Konstitusiyamız ilə müqayisəli təhlili məsələlərini əhatə etmişdir.
Qeyd edək ki, layihə çərçivəsində yuxarı kurs tələbələri aşağı kurs tələbələrinə əvvəlcədən müəyyən edilmiş və hazırlanmış mövzular üzrə təlimlər keçir. Layihənin əsas məqsədi təlimçinin tələbələri öyrətməyi yox, bildiklərini bölüşməyi və qarşılıqlı öyrənməsidir. Keçirilən təlimlər müddətində tələbələr özlərinin ictimai nitq, hüquqi araşdırma, təqdimat, arqumentləri düzgün müdafiə etmə kimi bacarıqlarını inkişaf etdirməklə yanaşı, həm də müəyyən edilmiş mövzu barəsində fundamental biliklər əldə edirlər.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42