AVROPA ŞURASI VƏ AVROPA İTTİFAQININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ ONLAYN DƏYİRMİ MASA KEÇİRİLİB
Avropa Şurası və Avropa İttifaqının birgə təşkilatçılığı ilə "Avropa Şurası və digər beynəlxalq standartlara uyğun olaraq Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində qanunvericilik və siyasətlərdə boşluqların təhlili" mövzusunda onlayn dəyirmi masa keçirilmişdir. Tədbirdə Hüquq fakültəsini Sosial məsələlər üzrə dekan müavini Aytəkin İbrahimova, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimləri Gülnaz Rzayeva, Günay Hacıyeva, Əqli mülkiyyət hüququ kafedrasının müəllimləri Aytən Mirzəyeva, Aydan Məmmədova Beynəlxalq xüsusi hüquq kafedrasının müəllimi Elnarə Mirzəyeva təmsil etmişdirlər.
Qeyd edək ki, Hüquq fakültəsi ilə Avropa Şurası arasında qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur və mütəmadi olaraq birgə tədbirlər təşkil edilir.