Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirov Hüquq fakültəsinin 95 illiyi münasibətilə dekan Zaur Əliyevə təbrik məktubu ünvanlayıb
30 Dekabr 2023 12:02
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirov Hüquq fakültəsinin 95 illiyi münasibətilə dekan Zaur Əliyevə təbrik məktubu ünvanlamışdır. Məktubda deyilir:
“Bakı Dövlət Universiteti Hüquq fakültəsinin 95 illiyi münasibətilə Sizi və bütün kollektivinizi ürəkdən təbrik edir, ən xoş arzularımızı bildiririk.
Bu tarixi hadisənin Ümummilli Liderin 100 illik yubileyi münasibətilə elan olunmuş “Heydər Əliyev İli”ndə qeyd edilməsi xüsusilə əlamətdardır, “Hüquq elninin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi yubiley ilinə mühüm töhfədir.
Ölkəmizdə hüquq təhsilinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və Ümummilli Liderin bu sahədə flaqman olan Bakı Dövlət Universitetinə diqqəti sayəsində hüquq fakültəsi istedadlı gənclərin üzünə açılmış, qəbul prosesinin şəffaf, obyektiv və azad şəraitdə keçirilməsi təmin edilmiş, təhsilin səviyyəsi, hüquqşünas kadr hazırlığı işi keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sisteminin təkmilləşdirilməsi üzrə görülən tədbirlər Bakı Dövlət Universitetini əhatə etməklə bu ali təhsil ocağında tətbiq olunan yeniliklər onun ayrılmaz hissəsi kimi hüquq fakültəsində də müşahidə edilir və fakültədə tədris prosesinin müasir çağırışlara, informasiya texnologiyalarının ən son nailiyyətlərinə uyğun təşkili məmnunluq doğurur.
Fəxrlə deyə bilərik ki, bizə doğma olan Hüquq fakültəsinin məzunları dövlət idarəçiliyində, məhkəmə və hüquq-mühafizə orqanlarında, o cümlədən ədliyyə sistemində geniş təmsil olunaraq məsul və rəhbər vəzifələrdə uğurla fəaliyyət göstərir, demokratik hüquqi dövlət quruculuğu prosesində fəal iştirak edirlər.
Xüsusilə qeyd olunur ki, Universitet ilə Ədliyyə Nazirliyi arasında sıx və səmərəli işgüzar münasibətlər mövcuddur və hüquqşünas tələbələr ədliyyə orqanlarında, məhkəmələrdə mütəmadi təcrübə keçir, qulluğa qəbulla bağlı müsabiqələrdə fəal iştirak edərək uğur qazananların böyük əksəriyyətini fakültənin məzunları təşkil edir.
Fakültənin yaranmasının ildönümü münasibətilə Sizi və professor-müəllim heyətini bir daha səmimi qəlbdən təbrik edir, mühüm və gərəkli fəaliyyətinizdə uğurlar arzulayırıq”.
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirova təşəkkürümüzü bildiririk!
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42