Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Hüquq fakültəsinin 95 illiyi ilə bağlı dekan Zaur Əliyevə təbrik məktubu ünvanlamışdır
28 Dekabr 2023 14:17
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Hüquq fakültəsinin 95 illiyi ilə bağlı dekan Zaur Əliyevə təbrik məktubu ünvanlamışdır. Məktubda deyilir:
“Sizi və rəhbərlik etdiyiniz kollektivi Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin yaranmasının 95-ci ildönümü münasibətilə təbrik edirəm.
Respublikamızda hüquq elminin inkişafında, hüquq qaydasının möhkəmləndirilməsində, hüquqi düşüncənin formalaşmasında və bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasında əsas elm ocağı kimi çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin xüsusi rolu danılmazdır.
Konstitusiya Məhkəməsi və Hüquq fakültəsi arasında səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğu və bu əməkdaşlıq çərçivəsində fakültənin professor və müəllim heyətinin Məhkəmənin Plenumunda baxılan işlər üzrə ekspert qismində iştirak etməsi və qanunvericiliyin müxtəlif sahələri üzrə zəngin biliklərə əsaslanan rəylərinin təqdim olunması xüsusilə təqdirəlayiqdir.
İnanırıq ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi dərin biliklərə və geniş dünyagörüşünə malik gənc hüquqşünasların yetişdirilməsində mühüm rol oynayacaq və fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəkdir.
Əlamətdar gün münasibətilə Sizi və fakültənin bütün heyətini bir daha təbrik edir, elmin inkişafına yönəlmiş fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram”.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri hörmətli Fərhad Abdullayevə təşəkkürümüzü bildiririk!
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42