Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Hüquq fakültəsinin 95 illiyi münasibətilə dekan Zaur Əliyevə təbrik məktubu ünvanlamışdır
30 Dekabr 2023 12:01
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Hüquq fakültəsinin 95 illiyi münasibətilə dekan Zaur Əliyevə təbrik məktubu ünvanlamışdır. Məktubda deyilir:
“Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin 95 illik yubileyi münasibətilə Sizi, çoxsaylı professor-müəllim heyətini, tələbə, magistrant və doktorantları səmimi qəlbdən təbrik edir, yeni nəsil hüquqşünas kadrların hazırlanması sahəsində şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Məlumdur ki, xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan Dövlətinin qurucusu, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyev ölkəmizdə hüquq təhsilinin inkişafına xüsusi diqqət göstərməklə müasir dövrün tələblərinə cavab verən innovativ düşüncəli, dövlətçiliyə sadiq, insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsində mühüm rola malik hüquqşünas kadrların yetişməsinə dəyərli töhfələr vermişdir.
Bu mənada BDU-nun ən aparıcı, nüfuzlu və zəngin tarixə malik böyük fakültələrindən biri olan Hüquq fakültəsinin 95 illik yubileyinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunduğu əlamətdar bir ilə təsadüf etməsi çox mühüm rəmzi məna daşıyır.
Təqdirəlayiq haldır ki, hüquqi maarifləndirmə fəaliyyəti Azərbycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil etdiyindən Ombudsman təsisatı ilə BDU-nun Hüquq fakültəsi arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur.
İnanıram ki, hazırda yeni inkişaf mərhələsinə qədəm qoymuş birgə əməkdaşlığımızın uğurla davam etdirilməsi əməli fəaliyyətlərində insan hüquqlarının müdafiəsini hər zaman əsas meyar kimi əldə rəhbər tutacaq peşəkar hüquqşünasların hazırlanması prosesinin daha da təkmilləşdirilməsinə zəmin yaradacaqdır.
Bir daha Sizi və rəhbərlik etdiyiniz fakültənin bütün kontingentini 95 illik yubiley münasibətilə təbrik edir və ən xoş arzularımı diləyirəm”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya təşəkkürümüzü bildiririk!
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42