“Azərbaycan Respublikasının məhkəmə sistemi” adlı dərs vəsaiti nəşr olunmuşdur.
1 Noyabr 2023 09:50
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasovanın “Azərbaycan Respublikasının məhkəmə sistemi” adlı dərs vəsaiti nəşr olunmuşdur. Dərs vəsaiti Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və BDU-nun Hüquq fakültəsinin 95 illiyinə həsr olunmuşdur.
Kitabda “Azərbaycan Respublikasının məhkəmə sistemi” kursunun proqramına müvafiq olaraq, həmin fənnin predmeti, məqsədi, vəzifələri, metodları, digər hüquq sahələri ilə qarşılıqlı əlaqəsi, məhkəmə sistemi haqqında qanunvericiliyin inkişafı, ədalət mühakiməsinin prinsipləri və beynəlxalq standartları, vəzifələri, etikası, diskresion səlahiyyətləri, daxili inamı, qanunların hakimlər tərəfindən təfsir edilməsi, hakimlərin seçilməsi, vəzifəyə təyin edilməsi, həvəsləndirilməsi, intizam məsuliyyəti, səlahiyyətlərinə xitam verilməsi, Məhkəmə-Hüquq Şurası, birinci instansiya məhkəmələri, apelyasiya məhkəmələri, Ali Məhkəmə, “Elektron məhkəmə” informasiya sistemi, ədalət mühakiməsinin rəqəmsallaşdırılması məsələləri, o cümlədən, bəzi xarici dövlətlərin məhkəmə sistemi haqqında mühazirələr sistemli şəkildə təqdim edilmişdir.
Mühazirələr toplusundan hakimlər, vəkillər, prokurorlar, hüquq-mühafizə orqanlarının digər əməkdaşları, hüquqşünas alimlər, elmi tədqiqatçılar, hüquq fakültəsinin müəllim və tələbələri geniş istifadə edə bilərlər.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42