“Bank hüququ” adlı dərs vəsaiti nəşr olunmuşdur
30 Oktyabr 2023 09:07
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrası tərəfindən “Bank hüququ” adlı dərs vəsaiti hazırlanaraq nəşr olunmuşdur. Dərs vəsaiti Hüquq fakültəsinin 95 illiyinə həsr edilmişdir. Kitabın müəllifləri hüquq üzrə fəlsəfə doktoru, dosent Afət Mirzəyeva, hüquq üzrə fəlsəfə doktoru, dosent Əsmər Əliyeva, hüquq üzrə fəlsəfə doktoru Aygün Hacıyeva və hüquq üzrə fəlsəfə doktoru Aysel Abbaslıdır. Kitabda bank-hüquq institutları, bank qanunvericiliyi, Azərbaycan Respublikasının bank sistemi, bankların lisenziyalaşdırılması, beynəlxalq bank sistemi institutları, maliyyə-kredit institutları və onların məhsulları, valyuta hüquq institutları və digər məsələlər araşdırılmışdır.
“Bank hüququ” dərs vəsaitindən tələbələr, magistrantlar, doktorantlar, bank əməkdaşları, hüquq və iqtisadiyyat sahəsində ixtisaslaşmış ali təhsil müəssisələrinin müəllimləri istifadə edə bilər.
Son XƏBƏRLƏR
31.05.2024 | 21:33
LAWMUN LAYİHƏSİ BAŞ TUTMUŞDUR
28.05.2024 | 20:46
THİK-NİN TƏŞKİLATÇILIĞI İLƏ TƏLİM KEÇİRİLİB
25.05.2024 | 10:00
İTTİHAM YOXSA BƏRAƏT ADLI MƏHKƏMƏ SİMULYASI KEÇİRİLMİŞDİR
24.05.2024 | 12:54
ƏTRAF MÜHİT VƏ İNSAN HÜQUQLARI ADLI TƏLİM KEÇİRİLİB
23.05.2024 | 23:42